sənin sözü azərbaycan dilində

sənin

Yazılış

  • sənin • 61.6155%
  • Sənin • 38.3511%
  • SƏNİN • 0.0334%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sənin adın
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Sənin adın (roman)
Sənin adın (君の名は。, Kimi no Na wa.) — Makoto Şinkay tərəfindən yazılmış Yaponiya romanı. Roman Makoto Şinkayın rejissoru olduğu "Sənin adın" anime filmi üçün ilham mənbəyi rolu oynamışdır. Yaponiyada 18 iyun 2016-cı ildə Kadokawa nəşriyyatı nəşr olunmuşdur.Bundan əlavə, Arato Kano tərəfindən filmin yan personajlarından bəhs edən "Sənin adın. Digər tərəf: Yer əlaqəsi" adlı spin-off romanı da yazılmışdır. Romanın üzlüyünü Masayoşi Tanaka hazırlamış, illüstrasiyaları Hiyori Asahikava çəkmişdir. == Qəbul == 16 oktyabr 2016-cı ilə qədər romanın 1.009.000 nüsxəsi satılmışdır. Roman ardıcıl səkkiz həftə Oricon-un bunko kitab çartında birinci yerdə qalmışdır. Roman 1 milyondan çox nüsxə satmış 34-cü bunko kitabdır."Sənin adın. Digər tərəf: Yer əlaqəsi" spin-off romanı isə ümumilikdə 207.000 nüsxə satmışdır.
Sənin sevdiyin musiqi
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. == Məzmun == == Film haqqında == 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Sənin adın Dənizdir (opera)
Sənin adın Dənizdir (ing. Your Name Means the Sea) — bəstəkar Firəngiz Əlizadənin qısa kamera operası. Libretto bəstəkarın özünə məxsusdur. == Tarixçə == İlk tamaşa ABŞ-də Houston Grand Operada 2011-ci ilin may ayının 25-i göstərilib. Dənizi Hyuston operasının sopranosu Laura Botkin, onun atasını isə Amerikan baritonu Con Pakkard ifa ediblər. Seymur rolunda Azərbaycan tenoru Babək Niftəliyev, onun anasının rolunda isə Mələkxanım Əyyubova çıxış ediblər. == Məzmun == Bu, okeanı keçən mədəniyyətlər və dillərarası böyük sevgini iki musiqi gücü köməkliyi ilə anlatan operadır: bir yandan gənc Amerikan rəssamı Dənizin və atasının hekayəsindən söz açan Qərbi simli kvratet və fleyta, o biri yandan isə gənc Azərbaycan müğənnisi Seymur və anasının hekayəsindən bəhs edən tar, kamança və muğam xanəndəsi.
Mən sənin dayınam (film, 2001)
== Məzmun ==
Sənin həyat mövqeyin (film, 1979)
== Məzmun == 1979-cu ildə Bakıda "Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübə və aktual problemləri" mövzusunda Ümumittifaq elmi-praktik konfrans keçirilmişdir. Film həmin konfransın materialları əsasında yaradılmışdır. == Film haqqında == Film Azərbaycan SSR LKGİ MK-nın sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov, Yalçın Əfəndiyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan SSR LKGİ MK == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Sənin tərcümeyi-halın (film, 1963)
== Məzmun == Kinooçerk Bayıl sahəsindəki dəniz neft mədənlərində çalışan gənclərin həyatından, onların yaşlı nəsildən əmək estafetini necə qəbul etmələrindən, məşhur neft ustası Gülbala Əliyevin gənc həmkarlarına ağsaqqal tövsiyələrindən bəhs edir.
İgidliyin əbədidir sənin (film, 1971)
== Məzmun == Film İkinci Dünya müharibəsi illərində Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də onlar X.Babanlı və onun döyüş dostlarının vuruşduqları yerlərdən keçməli olmuşlar. Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi əşyalarının saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə söhbət etmişlər. Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Əlibala Ələkbərov Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dünya sənin, dünya mənim (mahnı)
"Dünya sənin, dünya mənim" — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı == Haqqında == Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir: Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir. 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir.. Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib: === Türkiyəli müğənnilərin ifasında === Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir. == Mətn == === Orijinal mətni === — may-iyun, 1986 == İstinadlar == == Xarici keçidlər == "Dərviş" band — "Dünya sənin, dünya mənim" | Səs Azərbaycan.
Sənin sevdiyin musiqi (film, 2019)
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. == Məzmun == == Film haqqında == 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Mən sənin sevgini istəyirəm (film, 2012)
Mən sənin sevgini istəyirəm (ing. I Want Your Love) — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi. == Məzmun == Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur. == Rollarda == Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir. Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı Ferrin Solano, Wayne'in boyfriendi Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur. == İnkişaf == "Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi.
Sənin, mənim və bizim (film, 2005)
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. == Məzmun == Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Radhe:Sənin ən çox axtardığın insan (film, 2020)
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün gärkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Mən həmişəlik səninəm (film, 1999)
"Mən həmişəlik səninəm" (ing. Straight From the Heart) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. == Məzmun == Cavan İtalyan musiqicisi Samir öz anasının vətəni Hindistana gələrək klassik musiqi dərsi keçmək fikrindədir. Burada o öz müəlliminin evində qalır və onun gözəl qızı Nandiyə vurulur. Bundan xəbər tutan Nandinin atası Darbara istedadlı tələbəsi olan Samirin onun evini tərk etməyi tələb edir və qızını tələsik tanınmış və varlı ailədən olan cavan hüquqşünas Vanraca ərə verir. Nandi ilə Samirin məhəbbətindən xəbər tutan Vanrac Nandiyə olan məhəbbətini boğaraq bu iki gənci qovuşdurmağa qərar verir... == Film haqqında == Film aktrisa Ayşvariya Rayin çəkildiyi ən uğurlu filmlərdən biridir.
Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
Qorxma, mən səninləyəm! 1919 — 1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsi. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. == Məzmun == Film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir.Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır. == Film haqqında == Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. operatoru Vadim Alisov quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər. == Təqdimatı == 15 noyabr 2013-cü ildə filmin Heydər Əliyev Sarayında təqdimat mərasimi olmuşdur. Birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak etmişdir.
Qorxma, mən səninləyəm (film, 1981)
Qorxma, mən səninləyəm! — Rejissor Yuli Qusmanın filmi. == Məzmun == Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır. Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. == Film haqqında == Film aktyor Nizami Musayevin kinoda ilk işidir. Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.07 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 116.49
2003 •••••• 31.89
2004 4.04
2005 ••• 12.15
2006 •• 8.11
2007 •• 6.77
2008 •• 7.55
2009 ••••• 26.40
2010 ••••• 25.96
2011 •••• 18.79
2012 ••• 13.42
2013 •••••••• 45.22
2014 •••• 20.59
2015 ••• 11.91
2016 ••• 11.80
2017 •• 8.62
2018 •• 9.89
2019 •• 7.51
2020 •••••••• 45.62

sənin sözünün inglis dilinə tərcüməsi

sənin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «sənə» c. illər.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"sənin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sənin nədir? #sənin sözünün mənası #sənin nə deməkdir? #sənin sözünün izahı #sənin sözünün yazılışı #sənin necə yazılır? #sənin sözünün düzgün yazılışı #sənin leksik mənası #sənin sözünün sinonimi #sənin sözünün yaxın mənalı sözlər #sənin sözünün əks mənası #sənin sözünün etimologiyası #sənin sözünün orfoqrafiyası #sənin rusca #sənin inglisça #sənin fransızca #sənin sözünün istifadəsi #sözlük