Mən həmişəlik səninəm (film, 1999)
"Mən həmişəlik səninəm" (ing. Straight From the Heart) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri.
Cavan İtalyan musiqicisi Samir öz anasının vətəni Hindistana gələrək klassik musiqi dərsi keçmək fikrindədir. Burada o öz müəlliminin evində qalır və onun gözəl qızı Nandiyə vurulur. Bundan xəbər tutan Nandinin atası Darbara istedadlı tələbəsi olan Samirin onun evini tərk etməyi tələb edir və qızını tələsik tanınmış və varlı ailədən olan cavan hüquqşünas Vanraca ərə verir. Nandi ilə Samirin məhəbbətindən xəbər tutan Vanrac Nandiyə olan məhəbbətini boğaraq bu iki gənci qovuşdurmağa qərar verir...
Film aktrisa Ayşvariya Rayin çəkildiyi ən uğurlu filmlərdən biridir.
Filmfare Awards]2000
Filmfare Award — ən yaxşı film
Filmfare Award — ən yaxşı rejisor (Sancay Lila Bhansali)
Filmfare Award — ən yaxşı qadın rolu (Ayşvariya Ray)
Filmfare Award — ən yaxşı musiqi vokalı (Udit Narayan)
Filmfare Award — film üçün ən yaxşı musiqi (Ancan Bisvas)
Hindistanın Milli Konomükafatı 2000
IIFA Award 2000
Screen Weekly Awards 2000
Ən yaxşı qadın rolu(Ayşvariya Ray)
Ən yaxşı rejissor (Sancay Lila Bhansali)
Ən yaxşı film
'Zee Cine Awards 2000
Ssenari müəllifi : Sancay Lila Bhansali
Rejissor : Sancay Lila Bhansali
Operator : Anil Mexta
Prodüser : ancay Lila Bhansali
Bəstəkarlar : Ancan Bisvas
Навеки твоя — Internet Movie Database saytında.