əsrin sözü azərbaycan dilində

əsrin

Yazılış

  • əsrin • 80.0483%
  • Əsrin • 19.8981%
  • ƏSRİN • 0.0537%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsrin Müqaviləsi
Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti ilə bağlanmış müqavilə. == Müqavilənin bağlanması == 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. == "Əsrin müqaviləsi"nin ilk günləri == "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı.
FİFA Əsrin klubu
FİFA Əsrin klubu — 13 dekabr 2000-ci ildə FİFA tərəfindən Real Madrid FK komandasına verilən mükafatdır. Mükafat üzrə səsvermə ayda iki dəfə olmaqla FIFA World Magazine (FİFA-nın rəsmi jurnalı) jurnalının abunəçiləri tərəfindən keçirilmişdir Mükafat 2000-ci ilin dekabr ayında Real Madrid klubununa təqdim olunmuşdur.2006-cı ildə Əsrin klubu olan Real Madrid komandası öz statusuna uyğun olaraq loqosuna və futbolçuların formalarına tac şəkli əlavə etmişdir.
XXI əsrin müharibələri
== İstinadlar ==
XX əsrin döyüşləri
== 1901—1925 ==
XXI əsrin günəş tutulmaları
2001-ci və 2100-cü illərin arasında olan dövür ərzində 224 dəfə günəş tutulması olacaqdır. Onlardan 77-si qismən, 72-si Halqavari, 68-i tam və 7-si hibrid növlərində olacaqlar. Tutulmalar ən çox 2011, 2029, 2047, 2065, 2076 və 2094-cü illərdə baş verəcək. Bu illərin hər birinə 4 günəş tutulması düşür. Ən uzun müddətli tam günəş tutulması 22 iyul 2009-cu ildə oldu (maksimum müddəti 6 dəqiqə 38,86 saniyə idi), ən uzun müddətli həlqəvi günəş tutulma isə 15 yanvar 2010-cu ildə (maksimum müddəti 11 dəqiqə 7,8 saniyə idi). 20 may 2050-ci ildə baş verəcək tutulma, bir ildən az olan müddət ərzində 2-ci hibrid tutulması olacaq, ondan öncəki hibrid günəş tutulması 25 noyabr 2049-cu ildə olacaq.Siyahıda dinamik vaxtda baş verəcək ən böyük tutulmaların tarixlər və saatları göstərilib, vaxt UTC ilə göstərilib. Tam və halqavari tutulmalarının maksimal mərhələsini müşahidə etməyi mümkün edən bölgələr göstərilib.
XXI əsrin müharibələri siyahısı
== İstinadlar ==
XX əsrin ay tutulmaları
XX əsrdə, ümumilikdə, 229 ay tutulması baş vermişdir. Bunlardan 83-ü penumbra, 65-i qismən, 81-i isə tam tutulma olmuşdur. == 1901 və 2000-ci illər arasında baş verən ay tutulmaları == 2001 və 2002-ci ildə baş verən tutulmalar da son mərhələni tamamlamaq üçün buraya əlavə edilmişdir.
Əsrin kontraktı (film, 1996)
== Məzmun == Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. == Festivallar və mükafatlar == 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
X əsrin axmaqları (film, 2003)
X əsrin axmaqları — Amitabh Baççan tərəfindən 2003-cü ildə çəkilmiş Hindistan fantastik komediya filmidir. Baş rolda Fəridə Cəlal, Pariş Raval və Gülşən Qrover oynayıb.Bəstəkar Pritam və Salim-Süleymanın bu filmə bəstələdiyi mahnılar özü bir albom olmuşdular. == Məzmun == Mumbay özünü Çindi Çor ( Gülşən Qrover ) adlandıran bədnam oğru qorxusundan yaşayır və təhlükəsizlik və polis qorunmasına heç bir əhəmiyyət vermədən istədiyi zaman və istədiyi şeyi oğurlayır. Ghoshal ( Ashish Vidyarthi ) İmperator Babuşanın ( Gülşən Qroverin də oynadığı ) tacının sərgisini və sonrakı auksionunu elan edərkən , Chindi bu qiymətsiz tacı oğurlamaq niyyətində olduğunu iddia edir və Ghosal bu çətinliyi qəbul edir və xüsusi təhlükəsizlik işçilərini işə götürür. .Çindi oğurluğu həyata keçirir və təhlükəsizlik işçilərindən ikisi Vikram ( Məhəmməd İqbal Xan ) və Ajay ( Anuj Sawhney ) və ortağı John D'Souza ( Paresh Rawal)), şübhəli olmaq və qaçışda olmaq. Bu cinayətdən yaxa qurtarmaq üçün Çindini tutmalı və tacı bərpa etməlidirlər. Təhlükəsizlik işçiləri tərəfindən təqib edilərkən üçlük bir divara çırpılır və 10-cu əsrdə yenidən imperator Babuşanın sarayına aparılır. Üçlülər bir Bollivud filminin çəkilişlərində olduqlarını düşünür və həbs olunana qədər heç bir şeyə ciddi yanaşmırlar. Bədbəxt üçlük bu cinayətdən yaxa qurtarmaq üçün təkcə qaçmaqla yanaşı, tacı da 21-ci əsrdə geri götürməli olduqlarını başa düşür. Yalnız bir möcüzənin 21-ci əsrə qayıda biləcəyini başa düşürlər.
Əsrin tufanı (mini-serial, 1999)
Əsrin tufanı (ing. Storm of the Century) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Əsərin müəllifi Stiven Kinqdir. == Məzmun == Litl-Toll adasında güclü qasırğa baş verir. Bu adada belə qasırğa artıq 100 il idi ki, baş vermirdi. Bu zaman adaya dəhşətli adam gəlir. Bu dəhşətli adam insanlardan istədiyi şeyə çatmayanadək, buradan getməyəcəkdir.
10-cu əsrin axmaqları(film, 2003)
X əsrin axmaqları — Amitabh Baççan tərəfindən 2003-cü ildə çəkilmiş Hindistan fantastik komediya filmidir. Baş rolda Fəridə Cəlal, Pariş Raval və Gülşən Qrover oynayıb.Bəstəkar Pritam və Salim-Süleymanın bu filmə bəstələdiyi mahnılar özü bir albom olmuşdular. == Məzmun == Mumbay özünü Çindi Çor ( Gülşən Qrover ) adlandıran bədnam oğru qorxusundan yaşayır və təhlükəsizlik və polis qorunmasına heç bir əhəmiyyət vermədən istədiyi zaman və istədiyi şeyi oğurlayır. Ghoshal ( Ashish Vidyarthi ) İmperator Babuşanın ( Gülşən Qroverin də oynadığı ) tacının sərgisini və sonrakı auksionunu elan edərkən , Chindi bu qiymətsiz tacı oğurlamaq niyyətində olduğunu iddia edir və Ghosal bu çətinliyi qəbul edir və xüsusi təhlükəsizlik işçilərini işə götürür. .Çindi oğurluğu həyata keçirir və təhlükəsizlik işçilərindən ikisi Vikram ( Məhəmməd İqbal Xan ) və Ajay ( Anuj Sawhney ) və ortağı John D'Souza ( Paresh Rawal)), şübhəli olmaq və qaçışda olmaq. Bu cinayətdən yaxa qurtarmaq üçün Çindini tutmalı və tacı bərpa etməlidirlər. Təhlükəsizlik işçiləri tərəfindən təqib edilərkən üçlük bir divara çırpılır və 10-cu əsrdə yenidən imperator Babuşanın sarayına aparılır. Üçlülər bir Bollivud filminin çəkilişlərində olduqlarını düşünür və həbs olunana qədər heç bir şeyə ciddi yanaşmırlar. Bədbəxt üçlük bu cinayətdən yaxa qurtarmaq üçün təkcə qaçmaqla yanaşı, tacı da 21-ci əsrdə geri götürməli olduqlarını başa düşür. Yalnız bir möcüzənin 21-ci əsrə qayıda biləcəyini başa düşürlər.
20 il. Əsrin müqaviləsi (film, 2014)
20 il. Əsrin müqaviləsi tammetrajlı sənədli televiziya filmi rejissor Arzu Məhərrəmov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasıda istehsal edilmişdir. Film "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunub. == Məzmun == Əsrin müqaviləsi 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir.Film bu tarixi əhəmiyyətli hadisənin 20 illiyinə həsr olunub. Filmdə bu müddət ərzində neft-qaz sənayesinin mərhələli inkişafı əks etdirilir. Film müxtəlif başlıqlardan ibarətdir: "Müstəqilliyin ilk illərində Azərbaycanın neft-qaz sənayesinin böhrandan xilası", "Heydər Əliyev üçün aşılmaz sədd yoxdur", ""Əsrin müqaviləsi" Heydər Əliyevin şah əsərlərindən biridir", ""Əsrin müqaviləsi" silsilə layihələrə yol açdı", ""Xəzər neft-qaz sərgi və konfransları" da strateji mahiyyət daşıyır", "Çıraq-1 platformasından ilkin neftin hasilatı ümumxalq bayramına çevrildi", "BTC — XXI əsrin ən möhtəşəm layihələrindən biri", "Azərbaycan dünyanın ən iri qaz istehsalçıları sırasına da qoşuldu", "ARDNF — Beynəlxalq şəffaflıq təşəbbüsünün ilk tam hüquqlu üzvü", "Hazırda SOCAR nüfuzlu beynəlxalq iqtisadi qurumlardan biridir" və ""Əsrin müqaviləsi" artıq "minilliyin müqaviləsi"nə çevrilməkdədir".
XX əsrin 100 kitabı (Le Monde)
Əsrin 100 kitabı ( fr. Les cent livres du siècle ) Fransız pərakəndə satış şirkəti Fnac və Parisin Le Monde qəzetinin 1999-cu ilin yazında keçirdiyi sorğuya əsasən, 20-ci əsrin ən yaddaqalan yüz kitabının siyahısıdır.
Azərbaycanda borc-bank idarələri (XX əsrin əvvəlləri)
Azərbaycanın bank sistemi — "Banklar haqqında" qanunla tənzimlənir. Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir – Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank – bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir. Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Banklar haqqında" qanun, Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit İttifaqları haqqında" qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 125.41 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 219.27
2003 •••••••••••••••••••• 216.92
2004 •••••••••••••••••••• 213.24
2005 •••••••••••• 128.88
2006 ••••••••••••••••• 181.32
2007 •••••••••••••••• 170.62
2008 ••••••••••••••• 160.55
2009 •••••••••••••• 145.59
2010 ••••••••••• 116.64
2011 ••••••••••••• 134.26
2012 ••••••••••••• 138.19
2013 •••••• 62.00
2014 ••••••••••• 120.13
2015 ••••••••• 98.16
2016 •••••••• 81.39
2017 ••••••••• 96.90
2018 ••••••••• 92.89
2019 •••••••••••• 127.82
2020 •••••••••• 104.36

"əsrin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsrin nədir? #əsrin sözünün mənası #əsrin nə deməkdir? #əsrin sözünün izahı #əsrin sözünün yazılışı #əsrin necə yazılır? #əsrin sözünün düzgün yazılışı #əsrin leksik mənası #əsrin sözünün sinonimi #əsrin sözünün yaxın mənalı sözlər #əsrin sözünün əks mənası #əsrin sözünün etimologiyası #əsrin sözünün orfoqrafiyası #əsrin rusca #əsrin inglisça #əsrin fransızca #əsrin sözünün istifadəsi #sözlük