şərik sözü azərbaycan dilində

şərik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şərik • 99.4022%
  • Şərik • 0.4270%
  • ŞƏRİK • 0.1708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərdimə şərik ol (roman)
Dərdimə şərik ol — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Roman Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == Moskvanı nahaq yerə indinin "oğru Roması", "dünyanın kriminal paytaxtı", "Rusiya Çikaqosu" adlandırmırlar. Moskva quldur müharibələrinin döyüş arenasına çevrilib. Burada adi quldurlar deyil, kriminal aləmin kralları toplaşıblar. Burada, sadəcə olaraq, cinayətlər törədilmir, həm də "quldur siyasətinin" aglasığmaz dərəcədə iyrənc çəkişmələri gedir. Satılmış və ya qorxmuş asayış orqanları susur. Bəs yeni "Vətəndaş müharibəsini" - mafioz qruplaşmaların müharibəsini kim dayandıracaq?...
Söz sizindir, şəriklər (film, 1983)
== Məzmun == Filmdə şəriklərin kooperasiyası və onların fəaliyyəti haqqında söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Şərikan
Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Şərikli çörək (film, 1969)
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.
Şərikli çörək
Şərikli çörək — rejissor Şamil Mahmudbəyovun eyniadlı filmi. == Məzmun == Kinopovestdə İkinci dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Rejissor Şamil Mahmudbəyova və ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. == Film haqqında == Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. Filmin çox hissəsi İçərişəhərdə, “Böyük qala” küçəsində çəkilib. Ümumilikdə, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə də lentə alınıb. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı, qonşuların olduğu məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçill bundan geyinib, bu hələ fikirləşir" frazasının olduğu bazar Nalçik şəhərindədir. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.49 dəfə / 1 mln.
2002 •••••••••••••••• 37.69
2003 •••••••••••••••••••• 47.24
2004 ••••••••• 21.22
2005 ••••••••• 20.92
2006 ••••• 11.71
2007 •••• 9.30
2008 ••••• 10.96
2009 •••• 9.44
2010 ••• 6.72
2011 ••• 6.86
2012 •••• 8.17
2013 •••• 8.31
2014 ••• 5.49
2015 •••• 9.19
2016 ••• 6.59
2017 2.28
2018 •• 3.60
2019 •• 3.20
2020 ••• 5.70

şərik sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq. Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. M.S.Ordubadi. Hacı Nəsir ayrı bir yerdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov. □ Şərik etmək (eləmək) – özünə ortaq etmək. [Əsgər bəy:] Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. M.F.Axundzadə. [Ruqiyyə Əhmədə:] Dərdinə məni şərik et. A.Divanbəyoğlu. Şərik olmaq – 1) ortaq olmaq. Alverdə şərik olmaq, ortaq olmaq; 2) iştirak etmək, yoldaşlıq eləmək, birləşmək. Öz müsibətimi unudub [Xədicənin] qəminə şərik oldum. S.Hüseyn; 3) razılaşmaq, qoşulmaq. Dostumun fikrinə şərik oldum. Şərik çıxmaq – bir işdə iştirak etmədiyi halda, şəriklik iddiasında olmaq. 2. İştirak edən, əli olan, əlbir olan. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. M.F.Axundzadə. [İbrahim bəy:] …Belə işdə Camal bəylə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır. N.Vəzirov. 3. Şərikəm şəklində – razıyam, qoşuluram, etirazım yoxdur. [Həcər xanım:] Mən də onun fikrinə şərikəm. S.S.Axundov. [Ata:] Mən sənin sözünə şərikəm, Heybət, – dedi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / şərik

şərik sözünün sinonimləri (yaxın mənalı sözlər)

şərik sözünün rus dilinə tərcüməsi

  • 1 1. компаньон, совладелец; 2. соучастник, сотоварищ, сообщник;

    Azərbaycanca-rusca lüğət / şərik
  • 2 I сущ. 1. компаньон (тот, кто составляет компанию кому-л., вместе с кем-л. участвует в чем-л. – в торговле и т.п.), компаньонка, сотоварищ, партнёр. Özünə şərik tapmaq найти себе компаньона, юрид. miras şəriki сонаследник, kirayə şəriki сонаниматель, şərik zamin сопоручитель, şərik kreditor сокредитор 2. совладелец. Mülk şəriki совладелец имущества 3. соучастник, сообщник (какого-л. неблаговидного дела). Cinayət şəriki соучастник преступления II предик. в форме şərikəm согласен, разделяю чье-л. мнение. Mən də onun fikrinə şərikəm и я согласен с его мнением (разделяю его мнение); şərik etmək kimi принять в компаньоны (партнеры) кого; сделать своим компаньоном, сотоварищем; şərik olmaq: 1. быть компаньоном с кем-л. в чем-л. Alverdə (alqı-satqı işində) şərik olmaq быть компаньоном в торговле (купле и продаже); 2. быть соучастником, сообщником (в каком-л. неблаговидном деле); 3. соглашаться, согласиться; kimin fikrinə şərik olmaq согласиться с мнением чьим (разделять мнение чьё); 4. делить, разделять (переживать, испытывать вместе с кем-л. какое-л. чувство, состояние). Dərdinə şərik olmaq kimin делить (разделять) горе чье, кого; şərik çıxmaq приписаться в компаньоны (не участвуя в каких-л. делах)

    Azərbaycanca-rusca lüğət / şərik

şərik sözünün inglis dilinə tərcüməsi

  • 1 i. companion; (ticarətdə) partner; ~ etmək to take* a partner / companion; ~ olmaq 1) to be* companion / a partner; 2) to share; bir kəsin fikrinə ~ olmaq to share smb.’s opinion; bir kəsin kədərinə ~ olmaq to share smb.’s sorrow

    Azərbaycanca-ingiliscə lüğət / şərik

şərik sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) associé m, -e f ; partenaire m, f ; 2) tic. copropriétaire m, f ; copossesseur m ; ~ olmaq être associé, -e ; bir kəsin fikrinə ~ olmaq être de même avis que qn ; ~ etmək associer qn à qch

    Azərbaycanca-fransızca lüğət / şərik

şərik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. шерик (1. уртах; амадаг; şərik etmək (eləmək) шерик авун, уртах авун, уртахрун, шерикрун; şərik olmaq шерик хьун а) уртах хьун; б) иштирак авун, юлдашвал авун; в) рази хьун, сад хьун; 2. галайди, гъил авайди, иштирак авурди).

    Azərbaycanca-ləzgicə lüğəti / şərik

şərik sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bir işdə iştirak edənlərdən hər biri; ortaq; 2) arxadaş, yoldaş.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şərik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şərik nədir? #şərik sözünün mənası #şərik nə deməkdir? #şərik sözünün izahı #şərik sözünün yazılışı #şərik necə yazılır? #şərik sözünün düzgün yazılışı #şərik leksik mənası #şərik sözünün sinonimi #şərik sözünün yaxın mənalı sözlər #şərik sözünün əks mənası #şərik sözünün etimologiyası #şərik sözünün orfoqrafiyası #şərik rusca #şərik inglisça #şərik fransızca #şərik sözünün istifadəsi #sözlük