* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Tənə, qaxınc, töhmət, məzəmmət, danlaq. Özüm də bilmirəm, nədir günahım; Başıma yer-yerdən sərkilər yağır. S.Rüstəm. ◊ (Başına) sərki vurmaq – etdiyi yaxşılığı üzə vurmaq, tənə etmək, başına vurmaq. [Gültəkin:] Neçin siz həmişə mənim başıma sərki vurursunuz? C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / sərki2 сущ. устар. упрёк, укор, укоризна; разг. попрёк. Sərki vurmaq kimə сделать упрёк кому, упрекать кого
Azərbaycanca-rusca lüğət / sərki1 сущ. тегьне, къехуьн, ахмур, гъуьнтӀ, туьгьмет; ** (başına) sərki vurmaq къехуьн авун, тегьне авун, ччиниз хъиягъун, къехуьнрун (авур са хъсанвал, кар).
Azərbaycanca-ləzgicə lüğəti / sərki(Bakı, Quba, Şamaxı) tənə, qaxınc ◊ Sərki vurmağ (Quba) – tənə vurmaq, qaxınc etmək. – Balaca bir iş gürdi, axşamsəhər başıma sərki vurdı. Sərki eləməg (Quba, Şamaxı) – tənə vurmaq, qaxınc eləmək. – Ömründə bizim üçün bir iş gördün, daha oni başimizə sərki elədün (Şamaxı). Sərki olmağ (Bakı) – tənə olmaq, qaxınc olmaq. – Bilmidəm mə: nə yaxçılığ eləmisən ki, hər da:ğada başıma sərki olıb (Bakı)
Azərbaycan dilinin dialektoloji lüğəti.