* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yonucu (kəsici) alət. Kərki ağacı yastısına yonar, balta dikinə. (Məsəl). Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü). Əlisa … yarıehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi. S.Rəhimov. // Kərkiyə oxşayan şey haqqında. [Soldatın] tükləri qarışıq, sallaq idi, bunların arasından kiçik kərki çənəsi güclə gözə dəyirdi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / kərki2 Aşağı çevrilmiş enli tiyəsi olan olan uzunsaplı, yonucu (kəsici) alət. (“Koroğlu” dastanının lüğəti) Bas bayıra, yoxsa əlimdəki bu kərki ilə başını yararam. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / kərki1 Mənası “əyri” deməkdir. Kərki formaca toxayabənzər (əyri) dəmir alətidir, ağzı içəriyə doğru əyilmiş olur. Əyri mənasında kərkə sözü işlədilib ki, bunların hər ikisi eyni sözün müxtəlif formalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kərki2 сущ. тесло (плотничье орудие, род топора с лезвием, расположенным перпендикулярно к топорищу)
Azərbaycanca-rusca lüğət / kərki1 i. 1. (xarrat aləti) adze; 2. (toxa) hoe, hack; ~ ilə yonmaq to adze, to hew* / to dress (d.) with an adze
Azərbaycanca-ingiliscə lüğət / kərki1 is. plane f ; pioche f, houe f, bine f, binette f, serfouette f
Azərbaycanca-fransızca lüğət / kərkiI (Ağsu, Bakı, Cəbrayıl, Kürdəmir, Qusar, Ordubad, Şamaxı, Şərur, Salyan, Zaqatala) kətmən. – Kərkini mağa versənə, bir az ala çehmax isdiyirəm (Zaqatala) II (Yardımlı) qənd doğrayan çəkic
Azərbaycan dilinin dialektoloji lüğəti.