kəndi sözü azərbaycan dilində

kəndi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəndi • 95.4646%
  • KƏNDİ • 3.7975%
  • Kəndi • 0.7321%
  • kəndİ • 0.0058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haput kəndi
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Horadiz kəndi
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz.
Həsən kəndi
Həsənkəndi (Şövt)
Kosakan kəndi
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhali == 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Kosalı kəndi
Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir. == Tarixi == Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub. == Əhalisi == Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir. == Təhsil == Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.
Ləki kəndi
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Minəxorlu kəndi
Minaxorlu — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Minaxorlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Minaxorlu kəndi Kürdlər kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Minaxorlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Tarixi abidələri == Kəndin yaxınlığında — Qarqarçayın yatağında eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib. Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan bu küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9–1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfüqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi — eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub.
Molla kəndi
Molla kəndi (Poldəşt)
Mollaəhmədli kəndi
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. == Abidələri == Kənddəki körpü Seyid Əmir körpüsü adlanır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.
Kələbədin kəndi
Kələbədin kəndi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun, Kələbədin kənd inzibati ərazi dairəsində kənd, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi–Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. == Toponimikası == Kəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.
Mirzə Kəndi
Mirzə kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Kəndi
Mirzəli Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Məhəmməd kəndi
Məhəmməd kəndi (Maku)
Məlikumudlu Kəndi
Məlikumudlu Kəndi — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi Məlikumudlu Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, Zərdab şəhərindən 13 kilometr şimalda, Zərdab-Ucar şose yolunun bir neçə kilometrliyində (5–6 km) yerləşir. Ərazisi 1917,77 hektar, əhalisi 1400 nəfərdən çoxdur. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, meyvəçilikdir. Məlikumudlu kəndinin ərazisi qədim yaşayış məskənlərindən biri hesab olunur. Kənd ərazilərində torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsa başı, Atabəylərə aid sikkələr tapılmışdır. Tədqiqatlar nəticəsində ərazidə IX-XIII əsrlərdə kənd tipli yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Taleh Əliyev Məlikumudlu ərazisindən tapılan sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir. Xanlıqlar dövründə Məlikumudlu kəndinin ərazisi indiki Zərdab, Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının müəyyən əraziləri ilə birlikdə Xançoban mahalına daxil idi.
Məmmədbağırlı kəndi
Məmmədbağırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Mərvan kəndi
Mərvan (fars. مروان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Miyandüab şəhristanı ərazisinə daxil olan kənd.
Mərzili kəndi
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Rusiya İmperiyasının əhali siyahıyalaması nəticəsində hazırlanmış "Qafqaz Təqvimi" adlanan reyestr məlumatlrının 1886-cı ilə aid qeyrlərinə əsasən "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 273 evdə yaşayan 1079 nəfər Qafqaz diyarının tatarından (azərbaycanlıdan) ibarətdir və hamısı şiə müsəlmanıdır. Həmin reyestrin 1912-ci ilə aid qeydlərinə görə "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 1625 nəfər tatarlardan (Azərbaycanlılardan) ibarətdir. Mərzili kəndində Azərbaycan SSR dövründə Ağdam rayonunun ikinci böyük kolxozu yerləşirdi. Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə Mərzili kənd sakinlərinin xahişi nəzərə alınaraq, kənd sakinlərinin toplandığı ərazidə Mərzili bələdiyyəsi təşkil edilmişdir. 2004-cü ildə Mərzili Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
Məşhədi kəndi
Məşhədi kəndi (Sərab)
Navahı kəndi
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Navahı kənd inzibati ərazi dairəsində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45–50 °C dərəcəyə kimi yüksəlir.
Nəbi kəndi
Nəbi kəndi (Takab)
Oğuzyeri kəndi
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. == Toponimikası == Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd.
Piri kəndi
Piri kəndi (Kəleybər)
Potyomkin kəndi
Potyomkin kəndi — tarixi mif. Rəvayətə görə 1787-ci ildə Qriqori Potyomkin kraliça II Yekaterinada müsbət təəssürat yaratmaq məqsədilə kraliçanın Osmanlı imperiyasından ilhaq edilmiş Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirmiş və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışmışdı. Gözdən pərdə asmaq funksiyası daşıyan bu fırıldaq əməli tarixə "Potyomkin kəndi" adı ilə düşmüşdür. Bu qəfil "nailiyyətlər" nəinki kraliçanı, onunla bir yerdə səyahətə qoşulmuş xarici ölkə zadəganlarını, onlara inkoqnito qoşulmuş Avstriya İmperatoru II İosifi də heyrətləndirmişdi. Baxmayaraq ki, bu əfsanə hesab edilr, amma "potyomkin kəndləri" ifadəsi sonradan görüntü yaratmaq, görüntü yaratmaqla aldatma və fırıldaqçılıq ifadəsinə çevrilmişdir.
Qalaybuğurt kəndi
Qəleybuğurd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Qəleybuğurd kəndi Qəleybuğurd inzibati ərazi vahidinə daxildir. Kəndin dəniz səviyyəsindən hündürlüyü 1300 m-dir. Kənddə "Buğurd qalası" tarixi abidəsi var. Təbii abidəsi isə Bədo istirahət zonasıdır. Kənddə həkim ambulatoriyası var. Kənd Şamaxı şəhərinin şimal-şərqində yerləşir. Ən yaxın kənd Çuxuryurd kəndidir. Burada 175 ev elektrik xəttinə qoşulub. Kənd əhalisinin 70%-i içməli su ilə təmin olunub.
Qalayxudat kəndi
Qalayxudat — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir. == Toponimikası == Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur. == İqtisadiyyatı == Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
Hacı kəndi (Qoşaçay)
Hacı kəndi (fars. حاجي كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (74 ailə).
Hacı Əhməd kəndi (Çaypara)
Hacı Əhməd kəndi (fars. حاجي احمدكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (75 ailə).
Hüseyn kəndi (Əhər)
Hüseyn kəndi (fars. حسين كندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Həmzə kəndi (Salmas)
Həmzə kəndi (fars. حمزه كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1000 nəfər yaşayır (244 ailə).
Həsən kəndi (Poldəşt)
Həsənkəndi (fars. حسن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (172 ailə).
Həsən kəndi (Qoşaçay)
Həsənkəndi (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 800 nəfər yaşayır (184 ailə).
Həsən kəndi (Çaldıran)
Həsənkəndi (fars. حسن كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Həsən kəndi (Şot)
Həsənkəndi (fars. حسن كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kaşivazaki türk mədəniyyət kəndi
Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura, türk. Kashiwazaki Türk Kültür Köyü) – Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır. == Tarixi == Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır. Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır. Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub. 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir. Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır. Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir. == Xüsusiyyətlər == Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi.
Kəndim+nizə qayıdın!? (film, 2007)
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Kəndimizin Qəhrəmanı (1971)
Kəndimizin qəhrəmanı (film, 1971)
Kəndipənəkçi
Kəpənəkçi — ( gür. ლეღვიანი , av. Легъвиани ) Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Alazan vadisində yerləşir, Aşağı istiqamətdən Gürcüstan Respublikası, sağdan Qandax, Soldan Yengiyan və Mosul kəndləri ilə həmsərhəddir. Kənddə 1 dini məscid, 1 orta məktəb, 1 tibb məntəqəsi, 1 uşaq bağçası, 1 klub fəaliyyət göstərməkdədir. == Əhalisi == kənddə 224 təsərrüfat var.əhalisi isə təxminən 1100 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kəndir
Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi.
Molla kəndi (Poldəşt)
Molla kəndi (fars. ملاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (33 ailə).
Molla kəndi (Qoşaçay)
Molla kəndi (fars. ملاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 594 nəfər yaşayır (119 ailə).

kəndi sözünün leksik mənası və izahı

  • 1 is. İçində taxıl, un və s. saxlamaq üçün taxta, yaxud palçıqdan qayrılmış qab. Buğda kəndisi. Un kəndisi. Bir kəndi arpa. – Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi … kudu və balqabaqları gizlədirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / kəndi
  • 2 köhn. bax öz. Olsa məhbublərin eşqi cəhənnəm səbəbi; Hur-qılmanı qalır kəndisinə rizvanın. Füzuli. Qoy börkünü kəc qaşının üstündə, fırılda; Kəndin kimi bir lotiyi-meydanını görgəc. M.Ə.Sabir. [Zeynal] bir zamanda ki, Novruz bəylə getməmişdir, kəndisini aldadıb yalan söyləməsindən məqsədi nə idi? S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / kəndi
  • 3 Öz. (“Koroğlu” dastanının lüğəti)

    Azərbaycan dastanlarının leksikası / kəndi

kəndi sözünün rus dilinə tərcüməsi

  • 1 ларь, закром

    Azərbaycanca-rusca lüğət / kəndi
  • 2 1 сущ. 1. закром (отгороженное место в зернохранилище или амбаре для ссыпания зерна) 2. диал. деревянная или плетеная и помазанная глиной посуда для хранения зерна 2 мест. устар. в сочет.: kəndinə güvənmək надеяться на себя, на свои силы; kəndində varsa если уверен в себе, в своих силах и т.п.

    Azərbaycanca-rusca lüğət / kəndi

kəndi sözünün ləzgi dilinə tərcüməsi

kəndi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Təbriz, Ağdərə, Dərbənd, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Salyan) taxıl və ya un saxlamaq üçün taxtadan düzəldilmiş və ya çubuqdan hörülüb suvanmış qab. – Kəndiyə un yığırıx (Kəlbəcər); – Bizzərdə kəndini palçıxdan tikəllər (Kürdəmir); – Onun kəndisi doludu (Laçın); – Kəndini taxdadan düzəldif taxıl yığırdıx (Ağdam); – Bala, kəndidəki unumuz da qutaldı (Xaçmaz); – Kəndi var i:rmi çual tutur, kəndi var on çual (Ağdərə) II (Basarkeçər, Şəki, Qazax) öz

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kəndi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəndi nədir? #kəndi sözünün mənası #kəndi nə deməkdir? #kəndi sözünün izahı #kəndi sözünün yazılışı #kəndi necə yazılır? #kəndi sözünün düzgün yazılışı #kəndi leksik mənası #kəndi sözünün sinonimi #kəndi sözünün yaxın mənalı sözlər #kəndi sözünün əks mənası #kəndi sözünün etimologiyası #kəndi sözünün orfoqrafiyası #kəndi rusca #kəndi inglisça #kəndi fransızca #kəndi sözünün istifadəsi #sözlük