Kərkük sözü azərbaycan dilində

Kərkük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kərkük • 96.4724%
  • kərkük • 3.5276%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kərkük
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.
Kərkük (dəqiqləşdirmə)
Kərkük
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük”ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış “Kərkük“ daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı “Kərkük” 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Kərkük (el)
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi. == Coğrafiyası == Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir. == Əhalisi == === Etnik tərkib === 1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.
Kərkük döyüşü
Kərkük döyüşü bir neçə münaqişədə bir neçə tarixi döyüşə istinad edə bilər: Kərkük döyüşü (1733) — Nadirin yürüşlərinin bir hissəsi. Kərkük döyüşü (1991) — 1991-ci il İraq qiyamının bir hissəsi. Kərkük döyüşü (2014) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2015) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2016) — İraq müharibəsinin (2013–2017) bir hissəsi. Kərkük döyüşü (2017) — İraq müharibəsinin (2013–2017) bir hissəsi.
Kərkük mühafazası
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi. == Coğrafiyası == Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir. == Əhalisi == === Etnik tərkib === 1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.
Kərkük mühafəzası

Kərkük mühafəzəsi

Kərkük qalası
Kərkük qalası — İraqın Kərkük şəhər mərkəzində yerləşir və şəhərin ən qədim hissəsi sayılır. == Tarixi == Kərkükdəki ən qədim tikili Kərkük qalasıdır. Qalabın tarixi e.ə. 3000-cü illərin ortalarına qədər gedir. Qala bu qədim şəhərin əsasını təşkil etmişdir və aydındır ki, Kərkük türkmənlərin ən mühüm yaşayış məntəqələrindən biridir. Kərkük qalası dörd məhəllədən ibarətdir. Bu məhəllələr; Ağalıq, Hamam, Meydan və Zindan adlanır. Qala 4 qapıya sahibdir. Bunlar; Topqapı, Daşqapı, Yeddi qız, Halvaçılar qapılarıdı. Ayrıca qalaya aparan bir geçid isə Seyit Nəcib təkkəsindən keçən bir nərdivanlı yoldur.
Kərkük qəzası
Kərkük qəzası (ərəbcə: قضاء كركوك) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kərkük şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.713 km² ərazini əhatə edir.
Kərkük şəhəri
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.
Kərkük qətliamı
Kərkük qətliamı (1924)
Kərkük böhranı
2017-ci il İraq–kürd münaqişəsi, həmçinin Kərkük böhranı — İraq hökumətinin 2014-cü ildə İŞİD-in İraqın şimal ərazilərinə hücumundan sonra peşmərgənin nəzarətində olan mübahisəli əraziləri geri alması ilə nəticələnən münaqişə. Münaqişə 15 oktyabr 2017-ci ildə, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu ilə bağlı yaranan gərginlikdən sonra başlamışdır. Peşmərgə İraq hökumət qüvvələrinə Kərkükə qayıtmaq üçün edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymamış, İraq federal hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında gərginlik münaqişəyə çevrilmişdir. Münaqişənin bir hissəsi Kərkük uğrunda döyüş olmuşdur, burada İraq qüvvələri şəhərə nəzarəti bərpa etmişdir. Münaqişə nəticəsində İraq Kürdüstanı öz ərazisinin 20%-ni itirmişdir. == Zəmin == İraq Kürdüstanının prezidenti Məsud Bərzani 2017-ci ilin sentyabrında İraq Kürdüstanının müstəqilliyi haqqında referendumun keçirilməsinə töhfə vermişdir. Buna görə İraqın baş naziri Heydər əl-Abadi referendumun nəticələrinin ləğvini tələb etmiş və Kürdüstan Regional Hökumətini "konstitusiya çərçivəsində" dialoqa başlamağa çağırmışdır.
Göy Günbəz (Kərkük)
Göy Günbəz — 1361-ci ildə Kərkükdə Cəlairilər dövründə tikilmiş türbə. Türbə Səlcuqlular xanədanının üzvlərindən olan Buğday Xatun üçün tikilib. İki mərtəbəli və səkkiz guşəli tikilən günbəzin hündürlüyü 17 metrdir.
Kərkük Xəbər Agentliyi
Kərkük Xəbər Agentliyi (türk. Kerkük Haber Ajansı) və ya qısaca KHA — İraqda fəaliyyət göstərən informasiya agentliyi. Baş direktoru Ersan Sarıkahyadır. == Tarixi == Kərkük Xəbər Agentliyi 2005-ci ildə yaradılmışdır. == Rəsmi dilləri == Agentlik iki dildə – türk və ərəb dillərində fəaliyyət göstərir. 2011-ci ildə agentliyin ingilis dilində də xəbər yayımı planlaşdırılmışdır. == Müxbir postları == Agentliyin İraqdan başqa, Türkiyənin Ankara şəhərində müxbir postu var.
Kərkük döyüşü (1733)
Kərkük və ya Ağ Dərbənd döyüşü — Nadir xanın Mesopotomiya yürüşünün son döyüşü. Bu döyüşdə Nadir xan onu əvvəl məğlub etmiş Osmanlı sərkərdəsi Topal Osman Paşadan intiqamını almış, onun ordusunu döyüşdə məğlub etmiş, özünü isə öldürmüşdür. Bu döyüş hər iki tərəf üçün gözlənilməz qələbələr və məğlubiyyətlərlə müşayiət olunan hadisələr zəncirinin bir silsiləsi idi. Döyüş Nadirin ordusu üçün böyük qələbə ilə nəticələndi. Lakin Nadir xan imperiyanın cənubunda günü-gündən böyüyən və Məhəmməd xan Bəlucun rəhbərlik etdiyi üsyana görə bölgədən getməyə məcbur oldu. Bu Nadiri qələbəsindən sona qədər faydalanmasına mane oldu, belə ki, Nadir xan yürüşünü davam etdirərək Bağdadı ələ keçirə bilərdi. == Arxa plan == 1730–1732-ci illər Osmanlı-Səfəvi müharibəsinin ardından 1732-ci ildə Kirmanşah sülh müqaviləsi imzalandı. Bu müqaviləyə görə Araz çayı iki dövlət arasında sərhəd olacaq, İrəvan, Gəncə, Naxçıvan, Bitlis, Şirvan və Dağıstan osmanlılara, Təbriz, Kirmanşah, Luristan və Ərdəbil əyalətləri səfəvilərə qalacaqdı. Sözügedən müqavilə Osmanlı dövlətini məmnun etmədi və sədrəzəm vəzifəsindən uzaqlaşdırıldı. Yəni, həssas sülh şəraiti yaradıldı.
Kərkük döyüşü (2017)
Kərkük döyüşü — İraq Təhlükəsizlik Qüvvələrinin Kərkük mühafəzəsini "Peşmərgə"dən geri almaq üçün həyata keçirdiyi hərbi müdaxilə. İraq "Peşmərgə"yə şəhərdən geri çəkilmək üçün dəfələrlə xəbərdarlıq etsə də, sonuncu onlara məhəl qoymamışdı və bu, iki qüvvə arasında toqquşmalara səbəb olmuşdur. Hücum əməliyyatına 15 oktyabr 2017-ci ildə başlanmış və ertəsi gün Kərkük şəhəri geri alınmışdır. Beynəlxalq koalisiya hadisələri "hücumlar yox, koordinasiyalı hərəkətlər" kimi qiymətləndirmişdir, çünki "Peşmərgə" qüvvələrinin əksəriyyəti döyüşmədən şəhərdən geri çəkilmişdir. Buna baxmayaraq, 37–117 peşmərgə əsgəri həlak olmuşdur.
Kərkük qətliamı (1924)
Kərkük qətliamı — 4 may 1924-cü ildə aysor çağırışçılar tərəfindən İraqda Britaniya mandatlığında, Kərkük şəhərinin əhalisinə qarşı qətliam. == Zəmin == 1924-cü ilin əvvəlində Mahmud Bərzənci üsyanları zamanı Britaniya imperiyası kürdlərin yaşadığı Süleymaniyyə şəhərini ələ keçirmək məqsədilə quru qoşunları kimi istifadə etmək üçün Kərkük vilayətinə aysor çağırışçıları yerləşdirmişdir. == Qətliam == 4 mayda yerli bazarda qiymətlərlə bağlı mübahisə baş vermiş və fiziki davaya səbəb olmuşdur. Çağırışçılar daha sonra öz düşərgələrinə qayıtmış, tüfəngləri və silahlıları toplamışdılar. "Xarici İşlər üzrə Britaniya Sənədləri – Xarici İşlər Nazirliyinin hesabatları və sənədlərinin məxfi çapı: İbn Səudun genişlənməsi, 1922–1925" nəşrinə görə, "iki aysor batalyonu daha sonra şəhərə qayıtmış, yolda çayxanalarda oturan bir neçə müsəlmana vəhşicəsinə hücum etmiş, mebelləri dağıtmış və müştəriləri döymüşdülər". Aysor çağırışçılar damlara çıxaraq küçələri və evlərə atəşi tutmuş, dükanları və evləri qarət etmişdilər.Qətliam zamanı 300-dən çox kürd, ərəb və türkmən həlak olmuşdur, onlarla daha çoxu yaralanmışdır.
Kərkük qətliamı (1959)
Kərkük qətliamı — 14–17 iyul 1959-cu il tarixlərində İraqın Kərkük şəhərində baş verən qətliam. Hadisə zamanı kommunist zabitin rəhbərlik etdiyi İraq ordusunun ikinci diviziyasının əsgərləri və İraq Kommunist Partiyasına bağlı xalq müqavimət milislərinin üzvləri əsasən dinc türkmanlara qarşı qırğın törətmişdilər. Hadisə zamanı 27 türkman və daha 4 qeyri-türkman öldürülmüşdür. Hadisələrdən sonra sonra türkmanlar və kürdlər arasında münasibətlər gərginləşmişdir.
Kərkük-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi. == Texniki təsvir == Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir. Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir. Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir. 2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur. Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir.Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur. 2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi.2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı.2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı. Sonuncu hadisənin məsuliyyətini PKK öz üzərinə götürdü, baxmayaraq ki, maliyyə baxımından ziyan görən tərəf Kürdistan regional idarəçiliyi oldu. Bu zərər $250 milyon məbləğində dəyərləndirilirdi. == Həmçinin bax == Bakı-Novorossiysk neft kəməri Bakı-Tbilisi-Ceyhan neft kəməri Boru kəməri nəqliyyatı Samsun-Ceyhan neft kəməri Bakı-Supsa neft kəməri Bakı-Novo-Filya qaz kəməri == Xarici keçidlər == Kərkük-Ceyhan neft kəməri partladılıb İraq ölkənin şimal bölgələrindən Kərkük-Ceyhan neft kəməri ilə neft ixracını bərpa etmişdir.
Kərkük qəzası (Osmanlı imperiyası)
Kərkük qəzası (türk. Kerkük Kazâsı) — Osmanlı İmperiyasının Mosul vilayətinin Şəhr-i Zor sancağında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == Əhali == 1891–ci ildə Parisdə nəşr edilmiş "Asiya Türkiyəsinin inzibati coğrafiyası: Kiçik Asiyada hər bir vilayətin statistikası, təsviri və təhlili" (II cild) kitabında fransız əsilli coğrafiyaşünas və şərqşünas Vital Küne (fr. Vital Cuinet) tərəfindən verilən məlumatlara əsasən ümumi sayı 30.000 nəfər olan qəza əhalisinin 28.000 nəfərini müsəlman türkmanlar, 1.600 nəfərini yəhudilər, 400 nəfərini isə xristian xaldeylər təşkil edirdi. Kərkük şəhərində türk və kürd dillərində, qəzanın kəndlərində həmçinin ərəb və xaldey dillərində danışılırdı. Qəzada ən iri yaşayış yerləri (4730 ev) Kərkük şəhəri, (əhalisi əsasən əkinçiliklə məşğul olan ərəblərdən ibarət) Məlha, (798 ev; kişi cinsindən 1704 nəfər) Altunköprü, (əhalisi kürdlər olan) Şivan və (756 ev; kişi cinsindən 1750 nəfər) Tuzxurmatu kəndləri idi. == İnzibati bölgü == Vital Künenin məlumatlarına əsasən qəza Kərkük şəhərindən və 310 kəndi əhatə edən 5 nahiyyədən ibarət idi: Altunköprü nahiyyəsi Məlha nahiyyəsi Şivan nahiyyəsi Tuzxurmatu nahiyyəsi Kil nahiyyəsi == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor. — Cazas du Sandjak de Chéhrizor.
Kərkük Əl Yovm (dərgi)
"Kərkük Əl Yovm" (dərgi) — ərəb dilində çap olunmuş dərgi. == Ümumi məlumat == Kərkük Bələdiyyə dairəsində Licnət Əl Təviy adı ilə qurulmuş 7 nəfərlik məmur heyətinin başlıca vəzifələri arasında bələdiyyənin fəaliyyətini işıqlandıran dövri nəşrin çapı məsələsi də var idi. Bələdiyyə rəhbərliyinin 1968-ci il 25 aprel tarixli sənədinə əsasən qurulmuş bu heyət tərəfindən çap edilmiş “Kərkük Əl Yovm”in mənası “Bugünkü Kərkük” deməkdir. İlk sayı 1968-ci ilin iyununda nəşr edilib. Ancaq 5 sayı dərc edilmiş bu mətbu orqanın son sayı 1972-ci ilin iyulunda işıq üzü görüb. Dərgi formatında ərəb dilində yayımlanmış “Kərkük Əl Yovm”da bələdiyyənin fəaliyyətini işıqlandıran məqalələrlə yanaşı ümumi mövzular da yer alırdı. Bu nəşrin üç sayı 1000, son iki sayı isə 500 nüsxə ilə Bələddiyə mətbəəsində çap edilib.
Sədai Kərkük Əl Riyazi (dərgi)
"Sədai Kərkük Əl Riyazi (dərgi)" — ərəb dilində çap edilmiş dərgi. == Haqqında == Təsisçilik hüququ alınmadan qalın dərgi formasında və ancaq yerli idman yeniliklərinə həsr edilmiş, şəkillərlə dolu bu ərəbdilli nəşrin ilk üç sayı 1967-ci ildə, 4-cü sayı isə 1968-ci ildə nəşr edilib. Onlardan 1-ci sayı güman olunur ki, 1967-ci ilin fevralında işıq üzü görüb. Nəşrin 1, 2 və 4-cü sayları Kərkükdəki “Şimal”, 3-cü sayı isə “Cümhuriyyət” mətbəəsində işıq üzü görüb. Səhifələrinin sayı 66-90 arasında dəyişən bu nəşr İsmayıl Sərttürkman və Mehmet Huseyn Dağıstani tərəfindən dərc edilib.
Həsən Paşa Kərküklü (Məmlük sülaləsi)
Həsən Paşa Kərküklü (ərəbcə. حسن باشا الكركوكلي, Osmanlıca. حسن پاشا الكركوكلي; vəf. 1779) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1778-1779). == Həyatı == Həsən Paşa Kərküklü tayfa olaraq bir Məmlüküydü. 1777-ci ildə Abdullah Paşanın ölümündən sonra Bağdadda hakimiyyət uğrunda iki namizəd, Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü. 1778-ci ilin mayında Osmanlı sultanından Bağdad paşalığına səlahiyyət alan Həsən Paşa Bağdada gəldi. Məhəmməd Əl-Əcəmi və İsmayıl ağa Bağdaddan Diyaləyə qaçdılar. 1778-ci ilin sonlarında Həsən Paşa Süleyman Paşa Böyük (1780-1802) ilə birlikdə Bəsrəni Zəndlərdən geri almağı bacardı və bu tarixdən sonra Həsən Paşa onu Vəli təyin edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.71 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 13.78
2004 ••••••• 4.72
2005 0.67
2006 ••• 1.58
2007 ••••••• 4.44
2008 ••••••• 4.14
2009 ••••• 3.20
2010 •••• 2.09
2011 ••• 1.63
2012 •••• 2.50
2013 ••••••••••• 7.15
2014 ••• 2.06
2016 •• 0.69
2017 ••••• 2.76
2018 ••• 1.65
2019 •••••• 3.62
2020 0.13

"kərkük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərkük nədir? #kərkük sözünün mənası #kərkük nə deməkdir? #kərkük sözünün izahı #kərkük sözünün yazılışı #kərkük necə yazılır? #kərkük sözünün düzgün yazılışı #kərkük leksik mənası #kərkük sözünün sinonimi #kərkük sözünün yaxın mənalı sözlər #kərkük sözünün əks mənası #kərkük sözünün etimologiyası #kərkük sözünün orfoqrafiyası #kərkük rusca #kərkük inglisça #kərkük fransızca #kərkük sözünün istifadəsi #sözlük