* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət. Dəmirçi körüyü. – [Molla İbrahimxəlil:] Molla Həmid, çadırdan tez zərgər kürəsini butası ilə, kiçik körük ilə çıxar, gətir. M.F.Axundzadə. Körük basmaq – bax körükləmək. Çəkici yavaş vurun! Körüyü yavaş basın! R.Rza. Körük kimi – qabararaq, şişərək. Baş aqronom ayağa qalxanda, qara şevyot şalvarının qalifesi körük kimi şişib boşaldı. Ə.Vəliyev. Qocanın sinəsi körük kimi qalxıb endi… İ.Hüseynov. // Qarmon kimi çalğı alətlərinin havanı sıxan körüyə oxşar hissəsi. [Minayə] tez-tez başını aşağı salıb qarmonuna, bəzi yeri bir neçə dəfə yırtılıb yamandığına görə hava buraxan körüyünə diqqət edirdi. Ə.Əbülhəsən. 2. bax pərə. Bu vaxt Pası burnunun körükləri qalxa-qalxa içəriyə girib qatlanmış kağızı Gülsənəmə uzadaraq: – Dur ayağa! – dedi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / körük1 Körük və kürk kökdaş sözlərdir. Mənası “dəri” deməkdir. Bunların hər ikisi dəridən hazırlanıb və materialın adı ilə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / körük2 сущ. 1. мех, мехи (устройство, приспособление для нагнетания воздуха в кузнечном производстве, а также для приведения в действие некоторых музыкальных инструментов). Dəmirçi körüyü кузнечный мех, körük basmaq раздувать мехи, qarmonun körüyü мехи гармони; burun körükləri ноздри (наружные отверстия носа)
Azərbaycanca-rusca lüğət / körük1 сущ. 1. цел; dəmirçi körüyü чатун (чатухъандин) цел; // чатун целциз ухшар затӀ, пай (мес. чӀагъандин); // körük basmaq кил. körükləmək; 2. нерин хел (кил. pərə).
Azərbaycanca-ləzgicə lüğəti / körük