bölük sözü azərbaycan dilində

bölük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bölük • 89.5262%
  • Bölük • 9.4763%
  • BÖLÜK • 0.9975%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Xüsusi Təyinatlı Bölük
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus xüsusi təyinatlı hərbi birləşmə. == Tarixi == Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. === Döyüşlər və müharibələr === İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
9-cu bölük (film, 2005)
9-cu bölük (rus. 9 рота) — rejissor Fyodor Bondarçukun 2005-ci ildə çəkdiyi bədii film. == Məzmunu == Əfqanıstan müharibəsi haqqında olan filmdəki hadisələr 1988-ci ildə cərəyan edir. Müharibədə iştirak edən SSRİ ordusu 9-cu bölüyünün sıraviləri döyüşlərdə həlak olurlar, bölükdən yalnız sıravi Lyutayev (Artur Smolyaninov) sağ qalır. == Film haqqında == Filmin çəkilişi Krım, Moskva və Özbəkistan ərazilərində 25 may 2004-cü ildən 12 oktyabr 2004-cü ilə qədər davam etmiş və film 29 sentyabr 2005-ci ildə ilk dəfə yayımlanmışdır. Film bir neçə sahədə "Qızıl qoç" mükafatına layiq görülüb.
Bölükabad (Marağa)
Bölükabad (fars. ‎‎‎بلوك اباد‎) və ya Bilgəova — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 901 nəfər yaşayır (209 ailə).
Bölükan (Miyanə)
Bölükan (fars. بلوكان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 537 nəfər yaşayır (117 ailə).
Bölükət mahalı
Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi. == Əhalisi == 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı. == İqtisadiyyatı == Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Osmanlı Aviasiya bölükləri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. == Tarixi == 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2003 •••••••• 1.57
2004 •••••••••••• 2.36
2005 •••••••••••••••••••• 4.05
2007 ••• 0.42
2008 ••••••••••••• 2.44
2009 •••• 0.64
2010 ••• 0.54
2011 •••••••••••• 2.40
2012 ••••• 0.86
2013 •••••••••••••••• 3.21
2014 •••••••••• 1.89
2015 ••••••• 1.36
2016 ••• 0.52
2017 0.16
2018 •• 0.30
2019 ••••• 0.83
2020 ••••••••• 1.72

bölük sözünün leksik mənası və izahı

  • 1 is. 1. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov. 2. Parça, tikə, hissə. Tağı əmi [bildirçini] qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı… S.S.Axundov. 3. “Bir” sözü ilə: bir bölük – bir yığın, bir sürü, bir dəstə; çoxlu. Bir bölük yaşılbaş sonalar kimi; Yığılıb gəlibdir Qazağa qızlar. M.P.Vaqif. Bir bölük atlar; Atlar göy otlar. A.Səhhət. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq. Ə.Haqverdiyev. Bir tək donluq ilə Mirzə yazıq özünü saxlasın, yoxsa pul göndərib bir bölük, külfətini dolandırsın. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / bölük

bölük sözünün sinonimləri (yaxın mənalı sözlər)

bölük sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BÖLÜK I is. hərb. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. İstehkam bölüyü Kornilovka yaxınlığında qatardan töküldü (Mir Cəlal). BÖLÜK II is. Parça, tikə. Tağı əmi qırğını alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı (S.S.Axundov).

    Azərbaycan dilinin omonimlər lüğəti / bölük

bölük sözünün rus dilinə tərcüməsi

  • 1 1. куча, группа, орава; 2. отряд; 3. рота;

    Azərbaycanca-rusca lüğət / bölük
  • 2 сущ. 1. часть чего-л. İki bölük eləmək делить на две части 2. в сочет. с “bir”. Bir bölük целая куча, целая орава, bir böluk uşaq целая орава детей, bir bölük qoyun целое стадо овец; bir bölük adam множество (группа) людей 3. воен. рота (войсковое подразделение), в кавалерии: эскадрон. İkinci bölük вторая рота

    Azərbaycanca-rusca lüğət / bölük

bölük sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. heaps (of) pl., a lot of; crowd; group; cluster; bir ~ tamaşaçı a cluster of spectators; bir ~ uşaq a crowd of children; bir ~ adam heaps of people; 2. hərb. detachment

    Azərbaycanca-ingiliscə lüğət / bölük

bölük sözünün fransız dilinə tərcüməsi

bölük sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. рота (батальондин составдик жедай аскеррин десте); 2. пай, пад, кӀус, тике; кӀар, кӀеретӀ; 3. bir bölük са кӀапӀал, са суьруь, са десте, са кӀеретӀ; гзаф.

    Azərbaycanca-ləzgicə lüğəti / bölük

"bölük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bölük nədir? #bölük sözünün mənası #bölük nə deməkdir? #bölük sözünün izahı #bölük sözünün yazılışı #bölük necə yazılır? #bölük sözünün düzgün yazılışı #bölük leksik mənası #bölük sözünün sinonimi #bölük sözünün yaxın mənalı sözlər #bölük sözünün əks mənası #bölük sözünün etimologiyası #bölük sözünün orfoqrafiyası #bölük rusca #bölük inglisça #bölük fransızca #bölük sözünün istifadəsi #sözlük