Səfər Boluslu
Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi
Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Cinli-Boluslu kəndində anadan olmuşdur.
1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.
Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin]
Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir.
Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub.
Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997.