böyü sözü azərbaycan dilində

böyü

Yazılış

  • böyü • 96.5517%
  • Böyü • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan böyürtkəni
Gəlirlərinə görə dünyanın ən böyük şirkətləri
Bu siyahıda 2021-ci ildə Fortune jurnalı tərəfindən yayımlanan "Fortune Qlobal 50" siyahısında verilmiş gəlirlərinə görə dünyanın ən böyük şirkətləri yer alır.ABŞ şirkəti olan Walmart 2013-cü ildən indiyədək gəlirinə görə dünyanın ən böyük şirkətidir. Siyahıda illik gəliri 12o milyard ABŞ dollarından çox olan ilk 50 şirkət var. Bu siyahı tam deyil, çünki bəzi şirkətlər öz məlumatlarını geniş ictimaiyyətə açıqlamırlar.
Gəlirlərinə görə dünyanın ən böyük şirkətlərinin siyahısı
Bu siyahıda 2021-ci ildə Fortune jurnalı tərəfindən yayımlanan "Fortune Qlobal 50" siyahısında verilmiş gəlirlərinə görə dünyanın ən böyük şirkətləri yer alır.ABŞ şirkəti olan Walmart 2013-cü ildən indiyədək gəlirinə görə dünyanın ən böyük şirkətidir. Siyahıda illik gəliri 12o milyard ABŞ dollarından çox olan ilk 50 şirkət var. Bu siyahı tam deyil, çünki bəzi şirkətlər öz məlumatlarını geniş ictimaiyyətə açıqlamırlar.
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == İranda təbii arealına rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
III Böyük Mənuçöhr
III Mənuçöhr və ya Böyük Mənuçöhr (1098, Şamaxı – 1160, Şamaxı) — Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu. III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakimiyyətdə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir. == Həyatı == === Adı === Hadi Həsən şairlərdən Əbülüla Gəncəvi, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və titulunu müəyyənləşdirmişdir: Əbül Hüca Fəxrəddin əl-Məlik Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan-i Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüca və Fəxrəddin titulları da yalnız III Mənuçöhrə məxsus idi. Bakı qalasının şimal divarının uçması nəticəsində tapılmış böyük daş üzərində kufi xətlə yazılmış üçsətirlik natamam kitabədə köhnə Bakın qala divarlarının Şirvanşah III Mənuçöhr tərəfindən tikildiyi xəbər verilir. XII əsrin birinci yarısında III Mənuçöhr tərəfindən şəhər divarının çəkilməsinə dair kitabənin verdiyi məlumat Şirvan dövlətinin güclənməsilə əlaqədar şəhərlərdə böyük istehkam işləri aparıldığını göstərir. Sikkələr Mənuçöhrün atasının adını müəyyənləşdirir. Saray şairi Fələkinin "Divan"ında onun atasının adının "ibn Əfridun" kimi çəkilməsi isə onu Kəsranın oğlu hesab edən Dornun səhvini düzəldir.
II Böyükdüz nekropolu
II Böyükdüz nekropolu — Kəngərli rayonunda, I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə. Abidə 1991-ci ildə qeydə alınmışdır. Qəbirlər əsasən şimal-qərb və şimal-cənub istiqamətlərdə olub, baş və ayaqda bir, yanlarda isə iki iri sal daşla qurulmuşdur. Qəbiristanlıq Araz çayının lap yaxınlığında (5–6 metrliyində) yerləşdiyindən, qəbirlərin çoxu daşqınlar zamanı yuyulub dağılmış, yalnız az bir qısmi salamat qalmışdır. Qəbirlərin ikisi tədqiq edilmişdir. Onlardan insan skeletləri, kəllə sümükləri, dəmir xəncər, bıçaq, biz, çəhrayı rəngli gil qab qırıqları, tunc üzük, gildən hazırlanmış təkər modeli aşkarlanmışdır.
II Böyükdüz yaşayış yeri
II Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. Yaşayış yeri seldə yuyularaq dağılmışdır. Kəşfiyyat işləri zamanı bad qırıqlarına, boz və çəhrayı rəngli gil qab sınıqlarına, şüşə qab parçalarına rast gəlinmişdir. Bəzi yerlərdə dairəvi və dördkünc formada daş düzümləri qalmışdır.
II Corc (Böyük Britaniya kralı)
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
II Georq (Böyük Britaniya kralı)
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
II Mahmud (Böyük Səlcuq hökmdarı)
II Mahmud (d. 1105 – v. 1131) — 1118-ci ildə Böyük Səlcuq, 1118-1131 illərində isə İraq Səlcuq sultanı.
IV Vilhelm (Böyük Britaniya kralı)
IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[…], Vestminster borosu, Böyük London – 20 iyun 1837[…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır. == İlk illəri == IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü. Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular.
I Böyük Lyudovik
Böyük Lyudovik (mac. I. (Nagy) Lajos), macar ənənəsinə görə Böyük Layoş, polşa ənənəsinə görə Macar Lyudviq pol. Ludwik Węgierski; 5 mart 1326, Vişeqrad, Macarıstan — 11 sentyabr 1382, Trnava, Slovakiya) — 16 iyul 1342-ci ildən Macarıstan kralı (tac qoyma 21 iyul 1342-ci il I Layoşa adı altında ), 17 noyabr 1370-ci ildən vəfat edənə qədər Polşa kralı. Böyük Lyudovik orta əsrlərdə Avropanın ən məşhur hökmdarlarından biri idi, dövlətinin əmlakını Adriyatikdən Qara dənizə, şimalda isə Baltikyanı qədər genişləndirdi. Onun vassalları arasında Bosniya padşahlığının, Serbiya, Vallaxiya, Moldaviya və Bolqarıstan hökmdarı vardı. Venesiya Respublikası ilə müharibələrdə çox vaxt sərf etmişdi və Neapolitan Krallığının tacına da namizədlərdən biri idi. Louis, Osmanlı türkləri ilə qarşıdurmaya girən Avropanın ilk hökmdarlarından birinə çevrildi. Onun hakimiyyət illərində orta əsr Macarıstan siyasi təsirinin zirvəsinə çatdı. == Bioqrafiya == Lyudovik Macarıstan kralı Karl Robert və Vladislav Lokotka qızı Elizabet və Piast sülaləsindən Polşanın son kralı olan III Böyük Kazimirin qardaşının oğlu idi. Luis 1342-ci ildə atasının ölümündən sonra Macarıstan tacını aldı, ancaq gəncliyinə anasının məsləhətini rəhbər tutdu.
I Böyükdüz nekropolu
I Böyükdüz nekropolu — Kəngərli rayonunda, eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. Abidənin sahəsi 320 m²-dir. əllidən artıq sayda olan qəbirlər, əsasən daş qutu tiplidir. Hamısı daşqın zamanı yuyulub üzə çıxmışdır. Qazıntılar zamanı qəbirlərin birindən insan skeletinin qalıqları aşkar edilmişdir. Dağıdılmış bir neçə qəbirin materiallarını 1972-ci ildə sərhəd gözətçi məntəqəsinin zabitləri toplamış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar şüşə flakonlardan, boz və çəhrayı rəngli gil qablardan, dəmir qılınc, xəncər, çıçaq, ox ucluğu və at ləvazimatı qalıqlarından ibarətdir.
I Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
I Corc (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Georq (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Mahmud (Böyük Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu. Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kazım Böyükkişiyev
Keynsdən sonra böyük iqtisadçılar
Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri. == Məzmunu == Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır. Kitab bioqrafik mənbə kimi istifadə olunur , ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir. === İqtisadçıların siyahısı === == İstinadlar == == Nəşrlərin siyahısı == Блауг М. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists. Edward Elgar Publishing. 1998. 328. ISBN 1858986923.
Keynsdən əvvəl 100 böyük iqtisadçı
"Keynsdən əvvəl Böyük İqtisadçılar: Keçmişdəki 100 İqtisadçının həyatı və işi ilə tanışlıq" (ing. Great Economists Before Keynes: A Introduction to the Lives and Works of 100 Economists of the Past) — ingilis iqtisadi elm tarixçisi M. Blauq (1986), 2005-ci ildə rus dilində yenidən çap olunmuş əsəri. == Məzmunu == İngilis iqtisadi düşüncə tarixçisi Mark Blauq, Con Meynard Keynsdən əvvəl iqtisadiyyata töhfə verən ən məşhur 100 iqtisadçıdan 100-nün bioqrafiyasını təsvir edir. Keyns. Bu iqtisadçıların fikirlərini və dövrünün ən vacib müzakirələrini göstərir. Ön sözdə M. Blauq seçdiyi subyektivliyi qeyd edir, lakin iqtisadçılar arasında səsvermə olsaydı, siyahısından 90 və ya 95 nəfər böyüklərdən olardı. Kitabdakı hər bir məqalə bir neçə blokdan ibarətdir: əvvəlcə alimin əsas fikirləri təhlil edilir, əsas əsərləri nəzərdən keçirilir və sonu iqtisadçının tərcümeyi-halına həsr olunur. Kitab 1985-ci ildə nəşr olunan "Keynsdən sonra böyük iqtisadçılar" kitabının davamıdır və İqtisadi Doktrina Tarixi və ölkənin və dünyanın bir sıra universitetlərinin İqtisadi Düşüncə Tarixi kurslarının tədris planlarına daxil edilmişdir. Mark Blauq tam yüz belə cazibədar hekayə topladığı məşhur konsepsiyaların müəlliflərindən və onların həyat yollarından rahat və əyləncəli bir şəkildə bəhs edir. Rus dilində tərcümədə kitab "Keynsdən əvvəl 100 Böyük İqtisadçı" (Sankt-Peterburq: İqtisadi Məktəbi, 2005) başlığı ilə nəşr olunmuşdur və aşağıdakı iqtisadçılar siyahısına malikdir.
Keçətüklü böyürtkən
Keçətüklü böyürtkən (lat. Rubus lanuginosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Azərbaycanda təbii halda Lənkəran, Astara rayonları (Astaraçayın kənarı) ərazisində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3–5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür.
Lüksemburq Böyük Hersoqluğu
Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir.
Marqaret (Böyük Britaniya şahzadəsi)
Şahzadə Marqaret Rouz (ing. Margaret Rose; 21 avqust 1930[…] – 9 fevral 2002[…]) — Kral VI Corc və ana kraliça Elizabet Bouz-Layonun kiçik qızı və kraliça II Elizabetin kiçik və yeganə bacısı idi. == Erkən həyatı == Şahzadə Marqaret 1930-cu ilin 21 avqustunda, saat 21:22-də anasının ata-baba yurdu olan Şotlandiyanın Qlamis qəsrində anadan olub və kral ailəsində məhəbbətlə Marqot kimi tanınıb. Kilsə qeydiyyatında onun nömrəsinin on üç olmaması üçün doğumunun qeydiyyatı bir neçə gün gecikdirilib. Marqaret 30 oktyabr 1930-cu ildə Bukinqem sarayının şəxsi kapellasında Kenterberi arxiyepiskopu Kosmo Lanq tərəfindən vəftiz olunmuşdur. Doğulduğu zaman Marqaret Britaniya taxtının dördüncü varisi idi. Onun atası olan York hersoqu (daha sonralar Kral VI Corc) Kral V Corc və Kraliça Mariyanın ikinci oğlu idi. Anası Elizabet Bouz-Layon əvvəlcə ikinci qızına Ann Marqaret adını vermək istəmiş, lakin Kral V Corc Ann adını deyil, alternativ ad olan Marqaret Rozu bəyənmişdir. Marqaret bacısı Elizabetlə birlikdə Şotland mürəbbiyə Merion Krouford tərəfindən təhsil almışdır.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. == Həyatı == Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.

"böyü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#böyü nədir? #böyü sözünün mənası #böyü nə deməkdir? #böyü sözünün izahı #böyü sözünün yazılışı #böyü necə yazılır? #böyü sözünün düzgün yazılışı #böyü leksik mənası #böyü sözünün sinonimi #böyü sözünün yaxın mənalı sözlər #böyü sözünün əks mənası #böyü sözünün etimologiyası #böyü sözünün orfoqrafiyası #böyü rusca #böyü inglisça #böyü fransızca #böyü sözünün istifadəsi #sözlük