* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. Qırmızı boya. Yağlı boya. Sulu boya. – Gülnaz gülərək, yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları ilə artırmaya atılmış dolulardan götürdü… Çəmənzəminli. 2. Ton, rəng, xüsusiyyət (rəsmdə, təbiətdə və s.). Bu rəssamın əsərləri öz boyaları ilə nəzəri cəlb edir. Klubun şəfəq saçan boyaları. // Məc. mənada. Getdikcə ictimai həyat öz boyasını dəyişirdi. C.Cabbarlı. Təbiətdəki hər mülayim cizgi, hər tanış boya dəyişilmiş, yabançılaşmışdı. Ə.Məmmədxanlı. 3. məc. Təsviri, nitqi, ahəngi, üslubu canlandıran, gözəlləşdirən ifadə vasitəsi mənasında (çox vaxt cəm şəklində). Bizim məsələmizi nə hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli qiyafədə təsəvvür edilməsi həll etmir. M.S.Ordubadi. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. A.Şaiq. [Nərimanovun] … “Pir” povesti din, xurafat üstündə qurulmuş Şərq cəhalətini dərindən və son dərəcə realist boyalarla ifşa edir. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / boya1 BOYA I is. Bir şeyə müəyyən rəng vermək, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi; rəng. Ətli dodaqlarına elə bil çəhrayı boya sürtmüşdü (Anar). BOYA II f. Rəngləmək, rəng vermək. Buludlar al-əlvan rəngə boyanır (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / boya2 сущ. краска: 1) вещество, служащее для окрашивания предметов или для живописи. Sulu boya акварельная краска, акварель, yapışan boya клеевая краска, yağlı boya масляная краска, qırmızı boya красная краска 2) тон, цвет, калорит. Boyaların əlvanlığı пестрота красок 3) перен. обычно мн. ч. выразительные средства речи, музыки и т.п. Parlaq boyalarla təsvir etmək описывать яркими красками; boya vurmaq: 1. красить, покрасить, окрашивать, окрасить; 2. описывать, описать яркими красками
Azərbaycanca-rusca lüğət / boya1 i. colour; pigment; paint, (parça üçün) dye; sulu / akvarel ~ water colour; mətbəə ~sı printer’s ink; yağlı ~ oil paint; ~ götürmək to take* the dye; Bu parça boyanı yaxşı götürür This stuff takes the dye well
Azərbaycanca-ingiliscə lüğət / boya1 is. couleur f ; teinture f (parça üçün) ; peinture f ; sulu (akvarel) ~ aquarelle f ; yağlı ~ couleur à huile ; mətbəə ~sı encre f d’imprimerie
Azərbaycanca-fransızca lüğət / boya1 сущ. 1. ранг; шир; qırmızı boya яру ранг; яру шир; 2. тав, тон, ранг; 3. пер. гз. рангар.
Azərbaycanca-ləzgicə lüğəti / boya