boyaqotu sözü azərbaycan dilində

boyaqotu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boyaqotu • 83.3333%
  • Boyaqotu • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boyaqotu
Boyaqotu; Qızılboya (lat. Rubia) – boyaqotukimilər fəsiləsindən bitki cinsi. Heç şübhəsiz, Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri də boyaqotu bitkisi olmuşdur. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Boyaqotu (Gürcü boyaqotu)
Adi boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü boyaqotu

Boyaqotukimilər
Boyaqotukimilər (lat. Rubiaceae) — ikiləpəlilərin acıçiçəkkimilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 600-dən çox cins və 10 000-dən çox növ daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

boyaqotu sözünün leksik mənası və izahı

boyaqotu sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. бот. марена (растение сем. мареновых, из корней которого добывается красная краска) II прил. мареновый

    Azərbaycanca-rusca lüğət / boyaqotu

boyaqotu sözünün inglis dilinə tərcüməsi

boyaqotu sözünün fransız dilinə tərcüməsi

boyaqotu sözünün ləzgi dilinə tərcüməsi

"boyaqotu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boyaqotu nədir? #boyaqotu sözünün mənası #boyaqotu nə deməkdir? #boyaqotu sözünün izahı #boyaqotu sözünün yazılışı #boyaqotu necə yazılır? #boyaqotu sözünün düzgün yazılışı #boyaqotu leksik mənası #boyaqotu sözünün sinonimi #boyaqotu sözünün yaxın mənalı sözlər #boyaqotu sözünün əks mənası #boyaqotu sözünün etimologiyası #boyaqotu sözünün orfoqrafiyası #boyaqotu rusca #boyaqotu inglisça #boyaqotu fransızca #boyaqotu sözünün istifadəsi #sözlük