* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 nida. Qorxu, səksənmə, təəccüb bildirir. Boy, ilana bax, gör nə uzundur!
Azərbaycan dilinin izahlı lüğəti / boy3 is. folk. Dastanlarda müəyyən hadisəyə həsr edilmiş fəsil, hissə. “Dədə Qorqud” boyları. Dəli Domrul boyu.
Azərbaycan dilinin izahlı lüğəti / boy4 is. 1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda. – Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca). // Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur. 2. Ümumiyyətlə, uzunluq. Gəbənin boyu. Otağın boyu altı metrdir. 3. Yüksəklik, hündürlük. Ağacın boyu. 4. Adətən boyda şəklində – böyüklükdə. Bu boyda balıq görməmişəm. – Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır. M.Hüseyn. [Mədəd:] …Bu boyda kənddə bizdən savay adam tapmadınız, qəzetə vurasınız? İ.Əfəndiyev. // Adətən boyu, boyunca, boyunda, boyu ilə şəklində zərf mənasında işlənərək, bir şeyin uzununa davamını, uzunluğunu, böyüklüyünü, yaxud müddətcə davamını bildirir. Sahil boyunca ağaclar əkilmişdir. – Xəzər boyu yol uzanır dağ ətəyilə. R.Rza. Nur saçır Mingəçevir; Gülür Kür boyu dağ-daş. Ə.Cəmil. Ancaq bunlar tarix boyu bizi qazma daxmadan çıxara bilməmişdi. Mir Cəlal. Bu torpaqlar əsrlər boyu xalqımızın alın təri və qanı ilə suvarılmışdır. Ə.Məmmədxanlı. ◊ Boy atmaq – 1) uzanmaq, böyümək, inkişaf etmək. Uşaq boy atır. Ağac boy atır. Hər bir bitki cücərib boy atmaq və məhsul vermək üçün torpaqdan qida almalıdır. Tarlalarda milyonlarla pambıq cücərtiləri yavaş-yavaş boy atır. – Siz sərv kimi sərkeş olub böylə boy atdız. M.Ə.Sabir. Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq. S.Vurğun; 2) məc. İnkişaf etmək, tərəqqi etmək, irəliləmək, təcrübə qazanmaq, bərkimək, bişmək. Biz bu dostluq yollarında böyümüşük, boy atmışıq. S.Rüstəm. Döyüşlərdə zəfər çaldın, boy atdın. R.Rza. Mən sevirəm üzərində boy atdığım torpağı. Ə.Cəmil. Biz gözümüzü həyata burada açmış, onun göyləri, ulduzları altında boy atmışıq. Ə.Məmmədxanlı. Boy çəkmək – bax boy atmaq 1-ci mənada. Boy durmaq – ayaq üstə düz durmaq. Boy görmə – köhnə məişətdə: hədiyyə apararaq, gəlinlə ilk dəfə görüşmə. Boy vermək – 1) bax boy atmaq 1-ci mənada; 2) boyca, yaxud uzunluqca bərabər olmaq; 3) adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi). Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – yetişdirmək, tərbiyələndirib böyütmək. [Hacı Murad:] Budur, on iki ildir ki, mən ata-anasız yetimi … boyabaşa çatdırmışam. S.S.Axundov. [Qızın anası:] Hey, hey, zəhmət çəkmişəm, qız böyüdüb boya-başa çatdırmışam. Uşağımdan bezar ki deyiləm. H.Sarabski. Cavanları tərbiyələndirmək, onları gələcək üçün, ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – yetişmək, böyümək, tərbiyələnib ortaya çıxmaq. Boya-başa çatan cavan … faşistlərin əlində əsir olub qalacaqdımı? Ə.Əbülhəsən. Boy-boya vermək – ayaq üstə dayanmaq (bir neçə adam haqqında). [Ballı:] Niyə belə boy-boya veribsiz? İ.Əfəndiyev. Boyu dolu – hamilə. Səbanın qarnı gözümə bir cür dəydi, – deyə Qaraxan … arvadından soruşdu. – Boyu doludur, dayna, – deyə arvadı cavab verdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / boy1 “Nəsil” (bodun), “qəbilə” anlamında işlədilən bu sözün əsas mənası “birləşmə” deməkdir. Qohumların birləşməsi nəsil (boy) yaradır. Araba boyunu arabanın qolunun oxa birləşdiyi yerə deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / boy5 I BOY (insanın, heyvanın və s.-nin bədən quruluşu) Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri (M.P.Vaqif); BAZBURUD (dan.) Yəhyanın dili gödək olacaq, “Nə bilim” deyəcək, – bazburuduna inandım (Mir Cəlal); BİÇİM [Bədircahan:] ..bu biçimdə mən ömrümdə adam görməmişəm (N.Vəzirov); BOY-BUXUN Səməd... Nadirin boy-buxununa baxırdı (B.Talıblı); ƏNDAM (kl.əd.) Bunların şirin ləhcələri... mütənasib əndamları və alıcı, xumar gözləri vardır (M.S.Ordubadi); QAMƏT Bahadır ilkiydi Rüstəm kişinin; Qamətdə, cüssədə sanki özüydü (B.Vahabzadə); QAVARA (məh.) Hacı Nuru şair: Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin (M.F.Axundzadə); QƏDD Zorbadı hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin (M.Ə.Sabir). II boy bax fəsil 2
Azərbaycan dilinin sinonimlər lüğəti / boy1 BOY I is. Bədənin uzunluğu; qədd-qamət. Bir balaca boyu var; Ev dolusu toyu var (Tapmaca) BOY II is. folk. Dastanlarda müəyyən hadisəyə həsr edilmiş fəsil, hissə. BOY III is. bot. Koma halında sarı çiçəyi və xoş qoxusu olan çoxillik bitki.
Azərbaycan dilinin omonimlər lüğəti / boy2 1 сущ. 1. рост. Boy sırası ilə düzlənmək (düzülmək) строиться по росту, boyu qısa низкого роста, boyu uca высокого роста, мед. boy nöqtəsi точка роста, boy oyadıcıları возбудители роста; boy stimulyasiyası стимуляция роста 2. разг. высота. Ağacın boyu высота дерева 3. разг. длина. Otağın boyu длина комнаты, xalça boyu по длине ковра II прил. биол. ростовой. Boy əyilmələri ростовые изгибы, boy məsamələri ростовые поры, boy maddəsi ростовое вещество, boy hormonları ростовые гормоны; boy atmaq: 1. расти, подниматься, подрастать; 2. развиваться; boyu bəstə низкого роста (о человеке); boyunu yerə soxum! провались ты! boya vermək пойти в рост; вытянуться, вырасти; boy verir в человеческий рост, не глубже человеческого роста (о глубине воды); boy durmaq вытянуться во весь рост; boyu (ilə) по, вдоль, вдоль по; boyuna в длину, вдоль; əsrlər boyu на протяжении веков, ömür boyu всю жизнь, на протяжении всей жизни, il boyu в течение года, ömrü boyu всю свою жизнь, bir boyda одного роста (длины, величины); bu boyda такого размера, такой длины (величины, высоты); boyun batsın! чтобы ты провалился! boyundan utan! постыдился бы (ты) своей физиономии! 2 сущ. лит. часть поэмы, дастана (эпоса) и т.п. 3 сущ. см. boymadərən 4 межд. см. bıy
Azərbaycanca-rusca lüğət / boy1 I. i. 1. height; figure, stature; hündür ~lu tall; (i.e.) of large stature; alçaq ~lu short; (i.e.) of small stature; bir kəslə eyni ~da olmaq to be* of the same height with smb., to be* of smb.’s height; ~una görə according to height; adam ~unda as tall as a man*, (i.e.) of a man’s height; Onun boyu 171 santimetrdir He / She is 171 centimetres in height; 2. lenght; stolun ~u the length of the table; 3. size; eyni ~da (ölçüdə) olmaq to be* of the same size, to be* of a (one) size; ~ atmaq bax böyümək; ~ vermək to be* suitable for length or depth; ~ a vermək to shoot* up, to grow; ~u bəstə bax bəstəboy; ~u dolu bax hamilə; ~u ilə / uzunu along; çay ~u (uzunu) along the river; Boyun yerə girsin! The earth swallow you! May you sink in the earth! II. a part of a poem / saga / epos
Azərbaycanca-ingiliscə lüğət / boy1 is. croissance f (proses) ; bu uşağın boyunun artması dayanıb cet enfant est arrêté dans sa croissance ; taille f ; stature f ; hündür ~lu de haute taille, de grande taille ; kimləsə eyni boyda olmaq être de la taille de qn ; alçaq ~lu de petite taille ; ~una görə selon la taille, d’après la taille ; adam ~unda de grandeur d’homme
Azərbaycanca-fransızca lüğət / boy1 сущ. 1. буй, къамат; boyu uca adam буйдиз кьакьан кас; 2. яргъивал; xalçanın boyu гамунин яргъивал; 3. кьакьанвал; ağacın boyu таран кьакьанвал (буй); 4. boyda екевиле, чӀехивиле; ...кьван авай, ...кьван еке, ...кьван чӀехи; 5. boyu, boyunca, boyunda, boyu ilə ...тирвал, ...кьуна; -да, -а; ** boy atmaq а) буй вегьин, буй гун, чӀехи хьун, яргъи хьун, кьакьан хьун; б) пер. кисирун, акьалтун, вилик фин, тежриба кӀватӀун, кӀеви хьун, лигим хьун, чурун; boy çəkmək кил. boy atmaq а); boy durmaq тик акъвазун, кӀвачин кьилел дуьз акъвазун; boy görmə куьгьн. бахшишни гваз сад лагьай сеферда свас акун патал фин; сусаз кӀвал мубарак ийиз фин; boy vermək а) кил. boy atmaq а); б) буйдиз ва я яргъивилиз сад хьун, барабар хьун; в) итимдин буйдилай виниз тахьун (цин винел пад, цин чин); boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) хвена агакьарун, тербия гана чӀехи авун; boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) чӀехи хьун, агакьун, тербия къачуна арадиз акъатун; boy-boya vermək къвал-къвала (къуьн-къуьне) акъвазун, кӀвачел акъвазун (са шумуд кас сад-садан патав); boyu dolu кӀвачел (руфунал) залан.
Azərbaycanca-ləzgicə lüğəti / boy3 межд. я, ваа, вай, вуу (кичӀевал, тажубвал, къудгъун хьун къалурдай гаф).
Azərbaycanca-ləzgicə lüğəti / boy