* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Yaxşı boyu, qaməti, gözəl bədən quruluşu olan; qədd-qamətli, təndürüst. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və boy-buxunlu Ömər xanda idi. Çəmənzəminli. Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / boy-buxunlu2 BOY-BUXUNLU Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı (Mir Cəlal); BAZBURUDLU [Qulu:] Pulu götürüb belə xəsisə verir ki, sandığı doldurub gecə-gündüz keşiyini çekir və mənim kimi bazburudlu oğlanı da ona nökər edir... (S.S.Axundov); BOYLU Kompozitor boylu... bir adamla qarşılaşdı (İ.Əfəndiyev); BOYLU-BUXUNLU O Eldar indi xeyli ciddi, boylu-buxunlu bir oğlan olmuşdu (M.Hüseyn); ƏNDAMLI Xavər qızların üst-başına nəzər saldı, əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.İbrahimov); QAMƏTLİ İranqızı: Balaca addım da irəli atanda ucaboylu, qamətli bir adamla üz-üzə gəlib heyrətə düşdüm (M.İbrahimov); QƏDD-QAMƏTLİ Dürdanə xanım yaşı altmışa yaxın qədd-qamətli bir arvad idi (Ə.Əbülhəsən); TƏNUMƏND İki tənumənd kişi qarşı-qarşıya dayanmışdı (B.Bayramov).
Azərbaycan dilinin sinonimlər lüğəti / boy-buxunlu1 прил. буй-бухун авай, къамат авай, иер ва дуьз кӀалуб (фигура) авай.
Azərbaycanca-ləzgicə lüğəti / boy-buxunlu