boykot sözü azərbaycan dilində

boykot

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boykot • 96.9902%
  • Boykot • 3.0098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boykot
Boykot — sosial, siyasi, or çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.39 dəfə / 1 mln.
2003 ••••••• 3.94
2004 •••• 2.36
2005 ••••• 2.70
2006 •••••••••••• 6.98
2007 ••••••• 4.02
2008 •••••••• 4.39
2009 ••••••••• 5.12
2010 •••••••••• 5.90
2011 •••••••••••• 7.12
2012 •••••••••••••• 8.60
2013 ••••••••••••••••••• 11.52
2014 ••••••••• 5.49
2015 •••••••••••••••••••• 12.42
2016 •• 1.21
2017 ••••••• 3.74
2018 ••••••••• 5.24
2019 ••••••••••••••••• 10.01
2020 ••••••• 4.24

boykot sözünün leksik mənası və izahı

  • 1 is. [ing.] Bir şəxs, təşkilat, dövlət və s. ilə tamamilə, yaxud qismən əlaqəni kəsməkdən, ona saymazlıq göstərməkdən ibarət siyasi və iqtisadi mübarizə üsulu. Boykot elan etmək (etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək). □ Boykot etmək məc. – etiraz əlaməti olaraq birisi ilə əlaqəni kəsmək. …Mahalın … camaatı bəyin bu hərəkətini öz əleyhinə açıq-açığına bir ədavət sayıb, söz bir yerdə qoydular ki, onu boykot eləsinlər. Ə.Haqverdiyev. [Mir Mahmud:] Məni boykot eləməsinlər deyə, familiyamı dəyişib, Kazımovski qoymuşam. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / boykot

boykot sözünün etimologiyası

  • 1 İngiltərədə Boykot familiyalı sahibkar olub və 1880-ci ildə irlandiyalılar ona qarşı boykot keçirib, istehsal etdiyi malları almaqdan imtina ediblər. Söz də həmin Ceyms Boykotun adından götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək bütün adanı tutdular. 1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi. İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular. 1879-cu ildə İrlandiya aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi. İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular. Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Həmin müvəkkilin adı Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / boykot

boykot sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. бойкот: 1. приём политической и экономической борьбы, заключающийся в прекращении всяких отношений с государством, организацией, учреждением, отдельным лицом и т.п. 2. разг. прекращение отношений с кем-л. в знак протеста. Boykot elan etmək объявить бойкот; boykot etmək бойкотировать; boykot olunmaq бойкотироваться, быть бойкотированным

    Azərbaycanca-rusca lüğət / boykot

boykot sözünün inglis dilinə tərcüməsi

boykot sözünün fransız dilinə tərcüməsi

"boykot" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boykot nədir? #boykot sözünün mənası #boykot nə deməkdir? #boykot sözünün izahı #boykot sözünün yazılışı #boykot necə yazılır? #boykot sözünün düzgün yazılışı #boykot leksik mənası #boykot sözünün sinonimi #boykot sözünün yaxın mənalı sözlər #boykot sözünün əks mənası #boykot sözünün etimologiyası #boykot sözünün orfoqrafiyası #boykot rusca #boykot inglisça #boykot fransızca #boykot sözünün istifadəsi #sözlük