Novruz ağa Oyrot
Novruz ağa Oyrot (XIII əsr – 13 avqust 1297) — Oyrot tayfasının başçılarından olan Arqun ağanın oğludur oğlu, XIII əsrdə yaşamış güclü Oyrot əmirlərindən biri. Novruz ağa Elxanlı dövlətinin tarixində mühüm rol oynayan şəxslərdən biri olmuşdur.
O, atası Arqun ağanın ölümündən sonra onun yerinə Xorasan hakimi, eyni zamanda da gənc şahzadə Qazanın atabəyi təyin edildi. Lakin bir ildən sonra o, Qazana qarşı üsyan qaldırıb onu Xorasandan qovdu. Keyxatu xanla Baydu arasında hakimiyyət uğrunda gedən mübarizə zamanı o, Qazan ilə sülh bağlamaq qərarına gəldi. Baydunun öldürülməsindən sonra Qazan yeni Elxan elan edildi. Bundan sonra bir müddət dövlətin idarə edilməsində mühüm rol oynayan Novruz monqol və türk tayfaların müsəlmanlaşdırılmasında mühüm rol oynadı. O, orduya komandan təyin edilərək üsyanları yatırmaq tapşırıldı. Lakin sonda Qazan xan ilə münasibətlər pozuldu və o, xəyanətdə ittiham edilərək öldürüldü.
== Həyatı ==
Novruz ağa atası öldükdən sonra onun Xorasandakı inzibati vəzifəsini irsi olaraq ələ almışdı.