* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] köhn. 1. Arvad, zövcə, həyat yoldaşı. Sağ tərəfdən hacının övrəti əyləşib əlində dəsmal. Ə.Haqverdiyev. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt! C.Cabbarlı. 2. Qadın (ümumiyyətlə). Müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi xilafişərdir… C.Məmmədquluzadə. Zalda çox adam var idi: övrət, uşaq, kişi… Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / övrət