yot sözü azərbaycan dilində

yot

Yazılış

  • yot • 66.6667%
  • Yot • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yot
Yot (kor. 엿) - koreyalıların ənənəvi şirniyyatı. Yot bir az bərk, bəzən isə yumşaq olur. Yotu adətən suda bişmiş düyü, adi düyü, qarğıdalı, buğda məhsullarından bişirilir. Yota daxil olan məhsullar qaynadılır və "sot" (솥) adlanır . Yot uzun müddət qaynadılarsa, bu "cocxon" (조청) adlanır və sulu yot olur. Cocxondan fərqi ona xüsusi sousun əlavə edilməsidir. Əgər lap çox qaynadılarsa, o zaman bu "keyot" (갱엿) adlanır. Keyot qaynadılaraq qəhvəyi rəng alır. Ancaq bir azda qaynadılarsa, rəngi açılır.
Boris Yotov
Boris Yotov (25 fevral 1996, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == 2014-cü ildə Azərbaycan Kanoe Federasiyası Boris Yotovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Boris Yotov Bolqarıstandan cəlb edilən digər idmançı Aleksandr Aleksandrovla duet oldu. Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Boris Yotov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Fərdi turnirdə çıxış edən Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı. 2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.
Yottabayt
Yottabayt (YB) - 1024 bayta bərabər informasiya ölçü vahididir. Çox böyük həcmli informasiyanın ölçüsünü ifadə etmək üçün istifadə olunur. İkilik ölçü vahidlərində yottabayta yaxın ölçü vahidi Yobibaytdır (YiB). Bir yobibayt 280 bayta bərabərdir. Yotta (Y) prefiksi 1024-ü bildirən metrik prefiksdir. Beynəlxalq Vahidlər Sisteminə 1991-ci ildə əlavə edilmişdir. "Yotta" prefiksi qədim yunan dilində “okto” (“səkkiz”) sözündən əmələ gəlib, çünki o, 10008-ə bərabərdir. Bir yottabayt: 1000 zettabayt 1000000 ekzabayt 1000000000 petabayt 1000000000000 terabayt 1000000000000000 giqabayt 1000000000000000000 meqabayt 1000000000000000000000 kilobayt 1000000000000000000000000 bayt 8000000000000000000000000 bitə bərabərdir.

"yot" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yot nədir? #yot sözünün mənası #yot nə deməkdir? #yot sözünün izahı #yot sözünün yazılışı #yot necə yazılır? #yot sözünün düzgün yazılışı #yot leksik mənası #yot sözünün sinonimi #yot sözünün yaxın mənalı sözlər #yot sözünün əks mənası #yot sözünün etimologiyası #yot sözünün orfoqrafiyası #yot rusca #yot inglisça #yot fransızca #yot sözünün istifadəsi #sözlük