yat sözü azərbaycan dilində

yat

Yazılış

  • yat • 91.5751%
  • Yat • 7.6923%
  • YAT • 0.7326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yat-kha
Yat-Kha – Tuva musiqi qrupu, Tuva vokalist və gitaristi olan Albert Kuvezin qrupun əvəzolunmaz iştrakçısı və lideridir. Qrupun musiqisi Tuva milli musiqi, rok-musiqi (əvvəlki illərində elektronik musiqi) və Kuvezinin qırtlaq musiqisindən təşkil olunmuşdur. Yat-Kha 1992-ci ildə Moskvada Kuvezin və rus elektronik bəstəkar İvan Sokolovski tərəfindən yaradılmışdır. Qrup yaradılarkən Tuva xalq musiqisi, müasir ritmlər və elektronik musiqi birləşdirilmişdir. Kuvezin və Sokolovski bir çox festivallarda iştrak edəndən sonra Yat-Kha adını aldılar. 1992-ci ildə General Records firması ilə Yat-Kha adı altında albom çıxartdılar. Yat-Kha albomunun çıxışından sonra Kuvezin və Sokolovski ayrıldılar və Kuvezin başqa sənətkarlarla Yat-Kha adı altında yeni beş albom çıxartdı. 1995-ci ildə morin khuur çalan Aleksey Saaya ilə Yenisey Punk albomunu çıxartmışdılar. Əvvəlki Yat-Kha albomunu bəzi mahnılar əlavə edib 1996/1997-ci illərdə Tundra’s Ghosts adı altında çıxartmışdır.
Sun Yat-Sen
Sun Yatsen (12 noyabr 1866[…], Cuihenq[d], Tzin sülaləsi – 12 mart 1925) — Çin inqilabçı demokratı. Çində ilk inqilabi təşkilat olan "Çin dirçəliş ittifaqı"nı yaratmışdır.
Sun Yat-Sen Məqbərəsi
Sun Yat-Sen Məqbərəsi Çinin Nankin şəhərindəki Bənövşəyi Dağın (Purple Mountain) ikinci zirvəsinin ətəyindədir. Məqbərənin inşasına 1926-cı ilin yanvarında başlanmış və 1929-cu ilin yazında başa çatmışdır. Memarı Lü Yanzhi idi və türbənin inşası bitdikdən qısa müddət sonra vəfat etmişdi. Təmsilçisi və layihə ortağı yaxın dostu Huang Tanpu idi. Sun 12 noyabr 1866-cı ildə Çinin Guangdong əyalətində anadan olub və 1925-ci ildə Çinin Pekin şəhərində vəfat edib. 26 mayda tabut Pekindən yola düşdü və 28 mayda Nankinə çatdı. 1 iyun 1929-cu ildə Sun orada dəfn edildi. Komitə, Sun Yat-Sen Məqbərəsi üçün dizaynları toplamaq üçün dizayn yarışmasına ev sahibliyi etməyə qərar verdi. Komitə, 1925-ci il mayın 5-də qəzetlərə elanlar verərək, ölkədə və xaricdəki memar və dizaynerlərin öz dizayn işlərini göndərməyə dəvət etdi. 10 yuanlıq ödəniş müqabilində dizaynerlər öz işlərinin 12 şəklini Komitəyə təqdim etməli idi.
Cvanenq almaz yatağı
Cvanenq almaz yatağı (ing. Jwaneng) — Botsvanada, Qaboron şərqdən 110 km qərbdə almaz yataqları qrupu. Ehtiyatına və hasil edilən almazın illik dəyərinə görə dünyada ən iri yataqlardan biridir. 1970-ci ildə kəşf edilmiş, 1982-ci ildən açıq üsulla istismar olunur. Karxananın dərinliyi 273 m-dir (2004); 600 m dərinlikdən sonra yatağın yeraltı istismarı nəzərdə tutulur. 720 m dərinliyədək yatağın ümumi ehtiyatı 428 mln. kar-dır (1,65 mm-dən böyük almazlar üçün). Yataqlar kimberlit tiplidir; Arxeyin Kalahari kratonunun mərkəzi hissəsinə aid edilir. 12 kimberlit borusu aşkar olunmuşdur, yalnız biri (Erkən Trias yaşlısı) sənaye əhəmiyyətlidir. Yan süxurlar Paleozoy-Trias daykaları ilə yarılmış Proterozoy yaşlı dolomit və gil şistlərindən ibarətdir.
Cənub qaz-kondensant yatağı
Cənub qaz-kondensant yatağı — Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron arxipelaqı neftli-qazlı rayonunda qaz-kondensat yatağı. Cənub strukturu 1945–50-ci illərdə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində müəyyən edilmişdir. Struktur Darvin sayı – Pirallahı adası– Gürgan-dəniz antiklinal zonanın cənub-şərq davamında yerləşir və ondan geniş yəhərlə ayrılır. Bakı şəhəridən 60 km şərqdə, Çilov adasından 5 km cənubda yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 8–20 m arasında dəyişir. Strukturun cənub-qərb qanadının yatma bucağı 18°, şimal-şərq qanadınınkı isə 10°-dir. Sahədə axtarış-kəşfiyyat qazıma işlərinə 1951-ci ildə başlanmışdır. Yataq 1962-ci ildə açılmış (quyu № 2; Qırmakialtı lay dəstəsi; 450–500 m3/gün qaz, 45–50 t/gün kondensat) və 1964-cü ildə işlənməyə verilmişdir. Yatağın kəsilişində Məhsuldar qatın Qırmakialtı, Qırmaki, Qırmaki -üstü qumlu və Balaxanı lay dəstələrinin VI və V horizontlarının qazlılığı müəyyən edilmişdir. Kollektorların məsaməliliyi 10%, keçiriciliyi 0,05 mkm2-dir.
Cəyirçay yatağı
Dan ulduzu (neft-qaz yatağı)
Dan ulduzu — neft-qaz yatağı 1970-ci illərdə kəşf olunmuşdur. 1982—1985-ci illərdə bu yataqdan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir. Yatağın istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə ehtiyatı 150 milyon tondur.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı — Naxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Darrıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Darıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Dayavik almaz yatağı
Dayavik almaz yatağı — Kanadada, Yellounayf şəhərindən 300 km şimal şərqində yerləşir. Ehtiyatına görə ölkənin ikinci yatağıdır. 1994-cü ildə kəşf olunmuş, 2002-ci il dən açıq və yeraltı üsullarla istismar olunur. Almazın kəşf olunmuş ümumi ehtiyatı 106,5 mln. kardır (kimberlitlərdəki orta miq darı 3,96 kar/t, ehtiyatı isə 25,6 mln. t-dur ). Yataq Şimali Amerika platformasının şimal-qərb hissəsi ilə əlaqədardır; Kanada almazlı əyalətinə daxildir. Eosen yaşlı 4 kimberlit borusundan ibarətdir. Kimberlitlər vulkanoklastik və piroklastik süxurlardan, yan süxurlar isə zəif metamorfizləşmiş qrauvakka və argillitlərdən, həmçinin Arxey yaşlı diorit və qranitlərdən ibarətdir. Borular 30 m qalınlıqlı müasir buzlaq çöküntüləri ilə örtülüdür.
Dağ Kəsəmən qızıl-polimetal yatağı
Daş Salahlı bentonit gili yatağı
Daş Salahlı əhəngdaşı yatağı
Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı kəndindən 2,0 km. şimal-qərbdə yerləşir. Yataq əvvəllər S. Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu tərəfindən öyrənilmişdir. 1967–1968-ci illərdə yataqda yenidən kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng daşları bütün növ sement istehsalına yararlı olduğu müəyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər və kateqoriyalar üzrə 7,4 mln. m³. təşkil edir. Daş Salahlı əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt yaşlı əhəngdaşlarından ibarətdir.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. Şimali Daşkəsən kobalt yatağı Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Diaxçay mis-porfir yatağı
Diaxçay mis-porfir yatağı- Ordubad rayonu ərazisində yerləşir.Nüsnüs kəndindən 1.5 kilometr şimal şərqdə Zəngəzur silsiləsinin cənub-qərb yamacında dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdədir. Mehri-Ordubad plutonunun iki intruziv kompleksinin,qabbro-qranodiorit və monsonit-qranodiorit-porfirin təmasında yerləşir.Geoloji quruluşunda qabbro,qabbro-qranodiorit,qranodiorit,kvars-siyenit-diorit süxurları,həmçinin qranodiorit-porfir dayaqları iştirak edir. İki texnoloji filiz tipi-əsasən misli(ştokverk) və molibden (damar) məlumdur.Ştokverk tipli filizlərdə mis 0.06-2.25 faiz,molibden 0.01-0.31 faiz,damar tipli filizlərdə mis 0.01-0.85 faiz,molibden 0.01-0.27 faizdir.Əsas filiz mineralları pirit,xalkopirit,molibdenit,misin törəmə minerallarıdır.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. Süxurlar Çöküntülər Yer qabığı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Dostluq yatağı
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz‎, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb.
Duzdağ Gips Yatağı
Duzdağ Gips Yatağı — Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10 km şimal-qərbdə Naxçıvan duz yatağından 3 km cənub-şərqdədir.Geoloji quruluşunda Sarmat mərtəbəsinin Alt, Orta və Üst yarımmərtəbələrinin tündqırmızı,yaşılımtıl-boz və tünd-boz rəngli əhəngdaşlarla növbələşən beş gips layı iştirak edir. Faydalı qatın lay üzrə ümumi qalınlığı 5-6 m; dərinliyə getdikcə qalınlıq azalır. Keyfiyyətinə görə I və II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 5361189 tondur. Yataq istismar olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 109.
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Düşmənlə yataqda (film, 1991)
«Düşmənlə yataqda» (ing. Sleeping with the Enemy) — 1991-ci ilin psixoloji triller filmi. Rejissoru Cozef Ruben olan və baş rollarda Culiya Roberts və Patrik Berginin çəkildiyi ABŞ filmidir. Lora və Martin dördüncü ildir ki, evlidirlər. Xoşbəxt və şanslı həyat yoldaşlarına bənzəyirlər. Ancaq xarici əmin amanlıqın arxasında heç xoşbəxt bir münasibət dayanmır. Martin uzun illərdir ki, Loranı kiçik qanun pozuntularına görə döyərək cəzalandırır, buna, həm qonşusuna Loranı qısqanmağı, həm Loranın pedantik tələblərə tam riayət etməməsi və s. səbəb olur. Neçə illər dözüb heç nə edə bilməyən Lora, bir gün dənizə çıxan zaman öz ölümünü saxtalaşdıraraq evdən qaçır. O, Ayova ştatında bir şəhərcikdə məskunlaşaraq həyatını təzə adla, təzə səhifə ilə başlayır.
Dəniz yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə. 1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi. 1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı. 1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı. 2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi. 2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı. Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi; Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi; Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması; “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları; Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması; Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri. AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir. İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir: Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları; Neft geologiyasında riyazi modelləşdirmə üsulları; Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması; Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi; Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması; Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s. Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu Professor Vaqif Kərimov Yunus oğlu Professor Vaqif Qurbanov Şıxı oğlu Ehtibar Əliyev İbrahim oğlu Şəlalə Hüseynova Məhərrəm qızı Neft-qaz geofizikası şöbəsi* Struktur bölmənin rəhbəri - g.-m.e.d.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Göydərə xromit yatağı
Gümüşlü polimetal yatağı
Gümüşlü polimetal yatağı — Şərur rayonu ərazisində, Arpaçayın aşağı axınındadır. 7-ci əsrdən tarixə məlumdur. Yataq eyniadlı antiklinalın nüvə hissəsində və cənub-qərb qanadında yerləşir. Geoloji quruluşunda Sədərək (Üst Jivet mərtəbəsi) və Danzik (Frank mərtəbəsinin aşağı hissəsi) layları (əhəngdaşı, gilli şist, qumdaşı) iştirak edir. Antiklinalın cənub-qərb qanadı törəmə qırışıqlıqla və bir çox pozulmalarla mürəkkəbləşmişdir. Filizləşmə törəmə antiklinalların eninə pozulmalarla kəsilmiş tağ hissələri ilə əlaqədardır; qalenit və sfalerit minerallarının möhtəvi və bütöv filiz yuvalarından təşkil olunmuşdur. Layvari filiz cisimləri daha çox əhəmiyyətlidir. Sədərək lay dəstəsinin əhəngdaşları iki horizont təşkil edir. Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineraloji tərkibi qalenit, serusit, sfalerit və kalamindən ibarətdir.
Günəşli Neft Yatağı
Günəşli Neft Yatağı — Xəzər dənizində sahildən uzaq, Bakının 120 km şərqində, Neft daşlarının 12 km cənubunda, Azəri-Çıraq-Günəşli (AÇG) platformasında yerləşən neft yatağı. Bu yataq 1958–1963 illər arasında tapılmışdır. Birinci platforma 1976-cı ildə sahildən uzaq quruldu. 4 polad dirək ilə yerə bərkidilib. 10 quyunu əhatə edir. 1980-ci il məlumatlarına görə , platformada gündə 320 ton neft çıxarılırdı. Deyilənə görə Günəşli yatağında 100 milyon tondan çox neft yatağı vardır. 2015-ci il dekabr ayının 4-də, Günəşli neft yatağı platformasının cənub bölməsində bir dəhşətli yanğın baş verdi. SOCAR neft şirkətinin verdiyi məlumata görə, yanğın su altındakı 10 saylı platformanın qaz kəmərinin qasırğalar və uca dalğalardan aldığı xəsarətə görə başlamışdır. Yanğın zamanı platformanın bir tərəfi çökmüşdür.
Günəşli neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.

"yat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yat nədir? #yat sözünün mənası #yat nə deməkdir? #yat sözünün izahı #yat sözünün yazılışı #yat necə yazılır? #yat sözünün düzgün yazılışı #yat leksik mənası #yat sözünün sinonimi #yat sözünün yaxın mənalı sözlər #yat sözünün əks mənası #yat sözünün etimologiyası #yat sözünün orfoqrafiyası #yat rusca #yat inglisça #yat fransızca #yat sözünün istifadəsi #sözlük