* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Dost, yoldaş. Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam. Ə.Cavad. Bir zamanlar nə sən, nə mən; Şad görmədik dostu, yarı. S.Vurğun. □ Yar olmaq – yoldaş olmaq, dost olmaq, kömək olmaq. Bizə yar olmasa saqi, biz ona yar olalım. Qövsi. [Teymur ağa:] Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. M.F.Axundzadə. □ …yar olsun!… – …kömək olsun! (xeyirdua ifadəsi). [İlyas:] Göylər sənə yar olsun, oğlum! – dedi. M.Hüseyn. 2. klas. Sevgili, məşuq, məşuqə. Yardan ayırmaq. Vəfalı yar. Yarındın ayrı düşmək. – Ağdamın yollarında; Bənd oldum kollarında; Bir cüt bəzbənd olaydım; Yarımın qollarında. (Bayatı). [Şahbaz bəy:] Tamam Parijin qızları qurban olsun sənin bir tükünə, mənim ki sənin tək gözəl bir yarım var… M.F.Axundzadə. [Gəray:] Eşqimi nazlı yara anlatdım; Sözümə bal, noğul, şəkər qatdım. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / yar2 f. 1) dost, yoldaş; 2) sevgili, məşuq, məşuqə; 3) tanış, aşna; 4) yardımçı, köməkçi. Yari-vəfadar vəfalı yar; yari-qar «mağara yoldaşı» Məhəmməd peyğəmbər Məkkədən Mədinəyə gedərkən yolda onunla birlikdə məkkəlilərdən mağarada gizlənən Əbu Bəkrə verilən ad.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / yar3 (türk) “dağlıq sahil”-subasarlı dərənin çayla yuyulan yüksək kənarı. Adətən ana süxurlarda sıldırım əmələ gətirir. Şimal yarımkürəsində adətən dərənin sağ kənarında formalaşır. яр high bank
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / yar1 “Dost” mənasında işlədilən bu söz fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yar1 YAR I is. [ fars. ] Dost, yoldaş. Bulmadım onda bir müvafiq yar; Yar sandıqlarım bütün əğyar... (M.Ə.Sabir). YAR II is. [ fars. ] Sevgili, məşuq, məşuqə. Çəmən döşəyidir sevdalı yarın; Ona layla deyir səhər küləyi (S.Vurğun). YAR III f. Doğramaq, kəsmək. Nəğmələr söyləyirəm al günəşə; Yar mənim beynimi, yar qəlbimi, yar (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / yar1 1. друг, товарищ; 2. возлюбленный, возлюбленная, зазноба, зазнобушка; 3. помощь;
Azərbaycanca-rusca lüğət / yar2 сущ. 1. устар. друг, приятель. Yar və əğyar друг и недруг 2. поэт. любимый, любимая, возлюбленный, возлюбленная. Yarla görüş встреча с любимым (любимой), vəfalı yarım мой верный друг ◊ Allah yar olsun бог в помощь, nə yardan doyur, nə əldən qoyur собака на сене; yar olmadı kimə nə кому в чем-л. не повезло; ağ gün yar olsun kimə пусть сопутствуют к ому счастливые дни; istədiyin yar olsun пусть сбудется всё, чего желаешь
Azərbaycanca-rusca lüğət / yar1 i. 1. friend; lover; amer. pal, buddy; ~ və əğyar friend and foe; 2. şair. darling, sweetheart, lady-love; vəfalı ~ devoted / faithful / true darling; Allah sizə yar olsun! God help you!
Azərbaycanca-ingiliscə lüğət / yar1 [fars.] сущ. 1. дуст, юлдаш; yar olmaq дуст хьун, юлдаш хьун, куьмек хьун; 2. клас. яр, кӀаниди.
Azərbaycanca-ləzgicə lüğəti / yarI (İrəvan) suyun yuyub apardığı yer, sahil II (Quba) ağac içi. – Palut ağacinin yarini çıxart gətir
Azərbaycan dilinin dialektoloji lüğəti.