* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Kömək. Maddi yardım. Tibbi yardım. □ Yardım etmək (göstərmək) – 1) birinə bir şeylə kömək etmək. Maddi cəhətdən yardım etmək. İşin öhdəsindən yaxşı gəlmək üçün ona yardım etmək lazımdır. – [Nüşabə:] …Enməyə nər kimi coşqun Tərtər; Ən çətin gündə bizə yardım edər. A.Şaiq; 2) əl tutmaq, maddi kömək etmək, müavinət göstərmək. Ehtiyacı olanlara yardım etmək. Pulla yardım etmək. 2. Nida məqamında: yardım! – imdada, köməyə çağırış. Uzaqdan “Yardım! Yardım!” səsləri eşidildi. ◊ İlk yardım – gözlənilmədən xəstələnən, yaxud bədbəxt bir hadisəyə məruz qalan adama həkim gələnə qədər göstərilən ilk tibbi yardım. Təcili yardım – təxirsiz tibbi kömək tələb edən xəstələrə ilk tibbi yardım göstərən, habelə lazım gəldikdə onları müalicəxanaya aparmaqla məşğul olan tibb-sanitar müəssisəsi. Təcili yardım maşını. Təcili yardım stansiyası. – Əgər təcili yardım maşınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / yardım1 Fars mənşəli hesab edilir. Belə düşünmək olar ki, yarmaq (bölmək, kəsmək) kəlməsi bağlıdır, nəyinsə bir hissəsini kiməsə vermək deməkdir.Yarım, yarı, yarımçıqsözləri ilə də qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yardım2 YARDIM (maddi kömək) Gəminin azuqə ehtiyatı bitmiş olduğundan, püşkah Qasım yoldaşları ilə bərabər 11 gün ac qalmış və təsadüfən oradan keçən bir gəmi yardımı ilə nicat tapmışlardı (T.Ş.Simürğ); İANƏ (köhn.) Yəni elə ki Sabir susdu, onun Xoşahəng və lətif kəlamına üns tutmuş cavanlarımız ancaq indi təşvişə düşüb ona ianə toplamağa və müalicə etdirməyə başladılar (A.Şaiq); İANƏT (kl.əd.) [Yusif şah:] Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin (M.F.Axundzadə); MÜAVİNƏT Kiçik zabit: Bir əsir iştə, düşman olsa belə; Yenə lazım müavinət edilə (H.Cavid); KÖMƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / yardım2 сущ. 1. помощь, поддержка. Gündəlik yardım повседневная помощь, hərətərəfli yardım всесторонняя помощь, ilk yardım первая помощь, mənəvi yardım моральная поддержка, maddi yardım материальная помощь, lazımi yardım необходимая помощь, tibbi yardım медицинская помощь, təcili yardım скорая помощь, əməli yardım практическая помощь, yardım fondu фонд помощи, yardım göstərmək оказать помощь, qarşılıqlı yardım взаимная помощь, dostların yardımı ilə при поддержке друзей, yardım gözləmək kimdən, nədən ждать помощи от кого, чего, yardıma ehtiyacı olmaq нуждаться в помощи, yardımına gəlmək kimin прийти на помощь кому; hərbi yardım военная помощь, воен. artilleriya yardımı артиллерийская поддержка, atəş yardımı огневая поддержка 2. разг. пособие (денежная помощь); см. müavinət. Çoxuşaqlı analara yardım пособие многодетным матерям, müvəqqəti əmək qabiliyyatini itirənlərə yardım пособие по временной нетрудоспособности, uşaqlara yardım пособие на детей, pulla yardım денежное пособие, birdəfəlik yardım единовременное пособие 3. воен. подкрепление. Yeni qüvvələrlə yardım свежие подкрепления; yardım etmək kimə, nəyə помогать, помочь к ому, чему; yardım almaq получать, получить пособие; yardım əlini uzatmaq kimə протягивать, протянуть руку помощи к ому
Azərbaycanca-rusca lüğət / yardım1 i. help, aid, assistance; ~ etmək / göstərmək to give* help (i.), to help (d.), to render assistance (i.); bir kəsə ~ etmək / göstərmək to help / to assist / to aid smb.; bir kəsə pul ~ etmək to assist smb. with money; qarşılıqlı ~ mutual assistance; texniki ~ technical aid / assistance; ~ almaq to get* / to receive assistance / aid
Azərbaycanca-ingiliscə lüğət / yardım1 is. aide f, assistance f ; secour m ; appui m ; concours m ; ~ etmək aider vt ; assister vt ; secourir vt ; appuyer vt
Azərbaycanca-fransızca lüğət / yardım1 сущ. 1. куьмек; yardım etmək (göstərmək) куьмек авун, куьмекун; гъил кьун; 2. межд. yardım! куьмек ая! куьмека! (куьмекуниз эвер гун); ** ilk yardım сифтегьан куьмек (доктор къведалди азарлудаз къалурдай куьмек); təcili yardım (доктордин) тади куьмек (садлагьана азарлу хьайибуруз тадиз куьмек ийидай, лазим хьайила абур больницадив агакьардай идара; гьахьтин куьмек; гьахьтин куьмек къалурдай, мес. машин, станция).
Azərbaycanca-ləzgicə lüğəti / yardım