yara sözü azərbaycan dilində

yara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yara • 92.5952%
  • Yara • 6.9896%
  • YARA • 0.4152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir. ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
I Yarapolk
I Yarapolk, Yarapolk Svyatoslaviç (961 - 11 iyun 978) — Böyük Kiyev knyazı. Knyaz I Svyatoslavın böyük oğlu. == Kiyav knyazı == Yarapolkun atası I Svyatoslav Bizans müharibəsinə gedişindən qabağ 970 ci ildə 9 yaşlı Yarapolka Kiyev üzərində hakimiyyəti verir. 972 ci ildə rus drujinasının qalığları Sveneldin başçılığı altında Kiyevə qayıdıb Svyatoslavın peçeneqlərlə döyüşdə həlak olduğunu bildirəndən sonra Yarapolk Kiyev Knyazı elan edilir. I Svyatoslavın digər iki oğlu Oleq və Vladimir isə Kiyev Knyazlığının digər hissələrini idarə edirdilər. == Ədəbiyyat == Tatişev. "Rusiya Tarixi".
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. == Yayılması == Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Könül yarası (serial, 2018)
Könül Yarası — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Camal Baharı sevir və onunla ailə qurmaq istəyir, lakin aralarında olan ciddi yaş fərqi bu məsələyə kölqə salır. Bahar Camaldan böyükdür və bu Camalın ailəsi tərəfindən qəbul olunmur.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Mahnı belə yaranır (film, 1957)
== Məzmun == Kinopovest Dağıstanın xalq aşığı Süleyman Stalskinin (Konstantin Slanov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Roman Fatuyev Quruluşçu rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov Quruluşçu operator: Teyyub Axundov, Cavanşir Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Niyazi Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Əlisəttar Atakişiyev Çalır: Üzeyir Hacıbəyov Adına Dövlət Simfonik Orkestri Dirijor: Niyazi Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova Rejissor assistenti: Əlisəttar Məlikov === Rollarda === Konstantin Slanov — Süleyman Stalski Vladimir Txapsayev — Qara Maqoma Afanasi Koçetkov — Maksim Qorki Məmmədəli Vəlixanlı — Bədirxan Z.Abihəsənova — Məriyat Abbas Rzayev — Xanapi Ş.Montaşev — Harun Z.Qalazova — Ayna A.Qurumov — Hizri Ələkbər Hüseynzadə — Mola Hacımed Əli Qurbanov — kor aşıq A.Sarukayev — gənc aşıq Fateh Fətullayev — Bədirxanın adamı Sergey Yakuşev A.Slanov Süleyman Tağızadə M.Rəşidxanov S.Cetere S.Lazarev Vera Şirye Mikayıl Mikayılov — Biçeraxov İ.Markov T.Sidorova S.Tokar Sadıq Hüseynov — sərnişin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Məhəmməd Yaraqski
Məhəmməd Yaraqski (1771, Yuxarı Yaraq[d] – 1838) — İmam Şamilin və bütün Dağıstan və Çeçenistan imamlarının müəllimi.Qafqazda müridizmin banisi.
Mən yaramazam (cizgi filmi, 2010)
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Mən yaramazam 2 (cizgi filmi, 2013)
Mən yaramazam 2 — 2013 ABŞ ailə, animasiya filmidir. Əsrarəngiz təyyarə nəhəng bir maqnit kimi, Arktika Dairəsindəki gizli laboratoriyadan PX-41 kimi tanınan yüksək güclü mutagen oğurlayır. Anti-Villain Liqasının (AVL) direktoru Silas Ramsbottom agentlərindən birini, Lüsi Uayldı keçmiş super cani Qru işə götürmək üçün göndərir. Zorla AVL qərargahına gətirilən Qrudan Silas onlara günahkarı tapmaqda və mutageni bərpa etməkdə kömək etməsini xahiş edir. Lakin Qru qanuni ata olduğunu iddia edərək bundan imtina edir. Cinayət həyatına davam etmək arzusunda olan Dr.Nefario, Qrunun dostu və köməkçisi, onu yeni iş üçün tərk edir. Bu, istəksiz Qrunun oğurluğu araşdırmasına və Lüsi ilə işləməsinə səbəb olur. Cütlük Cənnət Alış-veriş Mərkəzində yerləşib, qarşılarında keks mağazası var. Gru dərhal meksikalı restoran sahibi Eduardo Peresin sinəsinə 250 funt TNT bağlanmış aktiv vulkanda köpək balığı sürərək öldüyü güman edilən super cani "El Macho" olduğundan şübhələnir. Qru və Lüsi gecə Eduardonun restoranına girirlər, lakin heç bir sübut tapmırlar.
Mən yaramazam 3 (cizgi filmi, 2017)
Mən yaramazam 3 — 2017 ABŞ ailə, animasiya filmidir. Evli Anti-Villain League (AVL) agentləri Gru və Lucy Wilde Balthazar Bratt (keçmiş uşaq aktyoru yetkinlik yaşına çatdıqda "Evil Bratt" şousu ləğv edildikdən sonra supercani oldu) dayandırmaq üçün göndərilir. Dumont almazını oğurlamaqdan. Qru almazı geri alır, lakin Bratt qaçır. Bundan narazı qalan direktor Valeri Da Vinçi keçmiş direktor Silas Ramsbottomun yerinə keçərək Qru və Lüsini AVL-dən uzaqlaşdırır. Qru və Lüsi evə qayıtdıqda, övladlığa götürdükləri Marqo, Edit və Aqnesə işdən çıxarıldıqlarını söyləyirlər, lakin onları tezliklə yeni iş yerləri tapacaqlarına əmin edirlər. Gru super cani olmağa qayıtmaqdan imtina etdikdə və onun köməkçisi Dr. Nefario karbonitdə dondurulmuşdur, Melin başçılıq etdiyi Minionların əksəriyyəti onu tərk edir. yeni iş tapın. Dave və Jerry geridə qalırlar, lakin qalan Minyonlar film boyu bir neçə uğursuzluqla üzləşirlər və nəticədə həbsxanaya düşürlər.
Məni yaradan alim
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Mənə hər şey yaraşır (teleserial, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Mənə hər şey yaraşır (veriliş, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Nəqliyyat protokollarının elementləri (ünvanlama,qoşulmanın yaradılması)
Peşə-Texniki Təhsil Sistemi Şagirdlərinin Texniki Yaradıcılıq Sərgisi (film, 1974)
Filmdə Bakıdakı 68 saylı peşə-texniki təhsil məktəbində sərginin açılması, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin həmin sərgidə iştirak etməsi, peşə-texniki təhsil komitəsinin sədri T. Allahverdiyevin qonaqları Bakı şəhəri peşə-texniki məktəb şagirdlərinin texniki yaradıcılıq sərgisinin ekspozisiyası ilə tanış etməsi öz əksini tapmışdır.
Qobi iri qəhvəyi yarasası
Sabah (yaradıcılıq birliyi)
Ay aşiqləri: Yaralı ürək Qoryo (teleserial, 2016)
Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır. == Məzmun == Günəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.
Yarasa qızılquş
Yarasa qızılquş (lat. Falco rufigularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Adi uzunqanad yarasa
Adi uzunqanad yarasa (lat. Miniopterus schreibersii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinin uzunqanad yarasa cinsinə aid heyvan növü. Latın adı avstriya zooloqu Karl Anton Fon Şraybersin şərəfinə adlandırılıb. == Yayılması == Onlara Avropa və Asiyanın cənubu, Afrika və Avstraliyada rast gəlmək olar. Şri-Lanka, Yava, Sumatra Kalimantan, Sulavesi, Yeni Qvineya, Fillippin adaları, Solomon adaları, Şimali Koreya, Rusiya və Yaponiya kimi ərazilərdə də rast gəlmək olar. Cənubi Qafqazın şərq hissəsində yayılmış Miniopterus schreibersii pallidus növünə aiddir. Bu növ Azərbaycanın əsasən, Kiçik Qafqazın dağları ərazisi boyunca rast gəlinir. Onların 7 məntəqədə populyasiyası aşkarlanmışdır. == Yaşayış yeri və həyat tərzi == Dünyada 2200 metr yüksəkliyə malik ərazilərdə rast gəlmək olar. Azərbaycanda aşkarlanan populyasiya əsasən 1000–1600 hündürlükdə yerləşən ərazilərdə yayılmışdır.

yara sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. – Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Ata. sözü). Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar. İ.Hüseynov. □ Yara almaq – yaralanmaq. Yara vurmaq – 1) yaralamaq; 2) məc. qəlbini incitmək, qəlbə toxunan söz demək, tənə vurmaq. Yarası tərsləşmək – yarası şiddət etmək, sağalmamaq. // Hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış. 2. məc. Dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. Ürək yarası. – [Rəsul:] Sənəm yarım mərhəm eylər yaraya; Şəhri-Tiflis dedikləri budumu? “Aşıq Qərib”. [Xədicə:] Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? N.Nərimanov. Qəlbinin vardı dərin bir yarası; Gecə-gündüz su deyib inlərdi. M.Müşfiq. 3. məc. Cəmiyyətdə olan mənfi hadisələr haqqında. Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir. // məc. Vurulan ziyan, zərər, təxribat haqqında. ◊ Yara bağlamaq məc. – imdada çatmaq, kömək etmək, yardıma qoşmaq. Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. Yarasına toxunmaq – birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq. Qoca bu cavabdan çobanın yarasına toxunmuş olduğunu bildi. M.Rzaquluzadə. Yarasını təzələmək – birinin dərdini yadına salıb pərişan etmək, dərdini təzələmək.

    Azərbaycan dilinin izahlı lüğəti / yara
  • 2 f. 1) qüvvət, qüdrət, güc; 2) cürət, cəsarət.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / yara

yara sözünün etimologiyası

  • 1 Yarmaq feili ilə qohumdur. Yarmaq həm parçalamaq, həm də rusca “разбить” mənalarında qeydə alınıb. Əgər başı daş yarırsa, demək yara zərbənin nəticəsi meydana cıxır. Bədənə çıxan (zərbəsiz) yara da dərini deşib (yarıb) üzə çıxır. Yarıq sözü də yarmaq feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yara

yara sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 dərd — iztirab — sarsıntı

    Azərbaycan dilinin sinonimlər lüğəti / yara
  • 3 1. YARA [Fəxrəddin bəy:] Hacı Murad, Xəlil necədir, yarası sağalıbdırmı? (N.Vəzirov); XORA (dəri üstündə irinli xırda yaralar) Bu plastır., dərinin xroniki iltihabında yara və xora üzərinə qoymaq üçün işlənir (ADİL); ZƏXM (kl.əd.) Bağrıma müjganın sancıldı tiri nizəsi; Zəxmi-sinəmdən töküldü üstü xanım rizəsi (M.P.Vaqif); YARA-XORA. 2. YARA Bilirmola bağrımdakı yaranı; Necə yaxmış mən tək günü qarani (M.P.Vaqif); DAĞ Salmanam gözünü bağrım yağına; Dözürsən döz bu ayrılıq dağma (M.P.Vaqif); İZTİRAB.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yara

yara sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YARA I is. Xəstəlik; güllə yarası. Sürünür döşündə, qolunda yara; Sürünür bu yaxın təpəni aşır (Ə.Cəmil). YARA II f. Lazım olmaq, gərək olmaq, yaramaq. Çox da ki varın yoxdur, meylimə yaramısan (B.Vahabzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / yara

yara sözünün rus dilinə tərcüməsi

  • 1 рана, ссадина, травма, язва, пролежень

    Azərbaycanca-rusca lüğət / yara
  • 2 I сущ. 1. рана: 1) повреждение ткани живого организма. Ölümcül yara смертельная рана, güllə yarası пулевая рана, irinli yara гнойная рана, işləyən yara проникающая рана, kəsilmiş yara резаная рана, sağalan yara заживающая рана, təzə yara свежая рана, çapılmış yara рубленая рана, dəlib-keçən yara сквозная рана, yaraların ilkin işlənməsi первичная обработка ран, yaranın kənarları края раны, yaranın girəcək dəliyi входное отверстие раны, yaranın sarınması перевязка раны, yaranın tikilməsi сшивание раны 2) всякая болячка, ссадина, небольшая ранка на коже 3) перен. страдание, душевная боль. Ürək yarası душевная рана, sağalmaz yara незаживающая рана 4) перен. зло, вред. Müharibənin vurduğu yaralar раны, нанесённые войной 2. ранение. Bıçaq yarası ножевое ранение, qapalı yara слепое ранение, qəlpə yarası осколочное ранение; toxunan yara касательное ранение 3. разг. язва; см. xora II прил. раневой. Yara infeksiyası раневая инфекция, yara səthi раневая поверхность, yara taqətsizliyi раневое истощение, yara intoksikasiyası раневая интоксикация ◊ yarasının üstünü açmaq kimin бередить рану кого, чью; yara vurmaq kimə нанести удар, рану, причинить горе, страдание; yarasına toxunmaq kimin задеть за живое кого; yarasını təzələmək kimin растравлять, растравить рану чью, сделать больно кому; yarasına duz basmaq kimin причинить к ому сильную боль; yarasının gözünü qopartmaq см. yarasını təzələmək; yarasına məlhəm qoymaq kimin положить бальзам на чью рану

    Azərbaycanca-rusca lüğət / yara

yara sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. wound; ağır / ciddi ~ serious wound; yüngül ~ slight wound; ayaqda ~ wound in the leg; təzə ~ green wound; məhəbbət ~sı lover’s wound; ~nı deşmək to open a wound; ◊ ~sına duz səpmək / basmaq to put* salt on one’s wound; to increase smb.’s pain by words; dil ~sı məc. a wound of the feelings by a bitter word; 2. tib. ulcer, sore; mədə ~sı stomach ulcer

    Azərbaycanca-ingiliscə lüğət / yara

yara sözünün fransız dilinə tərcüməsi

yara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хер; bıçaq yarası чукӀулдин хер; xəncər yarası sağalar, dil yarası sağalmaz. Ata. sözü гапурдин хер сагъ жеда, мецин хер – ваъ; yara almaq хер хьун; yara vurmaq а) хер авун, херун; б) пер. рикӀ тӀарун, рикӀик хкӀадай гаф лугьун, тегьне авун; 2. пер. дерт, тӀал, руьгьдин азаб; 3. пер. жемиятда авай пис гьалар; зарар, зиян; müharibə yaraları дяведин хирер; ** yara bağlamaq пер. имдаддиз агакьун, куьмек авун, куьмекдиз фин; yarasına toxunmaq хирек хкӀун, са касдин чинебан дердиникай рахун, зайиф чкадик хкӀун; yarasını təzələmək хер цӀийи хъувун, садан куьгьне дерт рикӀел хкана перт авун, хирел кьел алахун.

    Azərbaycanca-ləzgicə lüğəti / yara

yara sözünün türk dilinə tərcüməsi

"yara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yara nədir? #yara sözünün mənası #yara nə deməkdir? #yara sözünün izahı #yara sözünün yazılışı #yara necə yazılır? #yara sözünün düzgün yazılışı #yara leksik mənası #yara sözünün sinonimi #yara sözünün yaxın mənalı sözlər #yara sözünün əks mənası #yara sözünün etimologiyası #yara sözünün orfoqrafiyası #yara rusca #yara inglisça #yara fransızca #yara sözünün istifadəsi #sözlük