yaxa sözü azərbaycan dilində

yaxa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaxa • 96.4492%
  • Yaxa • 3.0553%
  • YAXA • 0.4955%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaxa Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Yaxalayıcı, qapağan
Yaxalıqlı qurqur
Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü. Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Yaxacıq (Cizrə)
Yaxacıq — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Fərisi kimi istinad edilir.

yaxa sözünün leksik mənası və izahı

  • 1 is. 1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa. – Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdir. Aşıq Ələsgər. Məsum kişi arxalığının yaxasını düymələyə-düymələyə içəri girdi. Mir Cəlal. 2. bax yaxalıq. Əlləzoğlu qrafini götürüb yaxasını, dizlərini islada-islada su içdi. İ.Hüseynov. 3. Sahil, kənar, tərəf. Paris küçəsində, Nil yaxasında; Yenə al bayraqlı izdihamlar var. S.Vurğun. Səs verildi üsyana; Qarşıdakı yaxadan, xəbər gəldi, baxsana; O yanki fabrikadan. Ə.Cavad. ◊ Yaxa açmaq – 1) ölü üçün ağlamaq, yas saxlamaq. [Xortdan:] Üç gün yaxa açıb təziyədar olur. Ə.Haqverdiyev; 2) qarğımaq, qarğış etmək. Yaxa ələ vermək – bax yaxasını ələ vermək. Yaxa ələ verməmək – bax yaxasını ələ verməmək. Yaxa qurtara bilməmək – xilas ola bilməmək, canını qurtara bilməmək. Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə, qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməmişdilər. C.Cabbarlı. Yaxa qurtarmaq – bax yaxasını qurtarmaq. [Kərəmov özözünə:] Xeyr a!… Bundan yaxa qurtarmaq çətin olacaq. S.Rəhman. Yaxa yırtmaq – 1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsız müdafiə etmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dadü bidad eylədim. (Qoşma); 2) ağlamaq, fəğan etmək. Yar odur ki, yardan sonra yar üçün; Zülf dağıda, yaxa yırta, yara üz. Qurbani. Bizim üçün bəzmü bərat yazanlar; Eşq əlindən yaxa yırtıb ağlaram. Aşıq Mənzur. Yaxası əldə qalmaq – üzərində məsuliyyət qalmaq, məsuliyyətdən qurtara bilməmək. Yaxası ələ keçmək – tutulmaq, girə keçmək, yaxalanmaq. Tülək tərlan kimi havada süzən; Sonra yaxan keçər ələ, pəhləvan! “Koroğlu”. Yaxası(nı) qurtarmaq – canı(nı) qurtarmaq, xilas olmaq, qurtulmaq. Yaxası yaxşı qurtardı. – Nə qədər çalışdımsa, onun əlindən yaxamı qurtara bilmədim. M.Hüseyn. Yaxasına keçmək – yaxasından yapışmaq, tutub buraxmamaq. Keçib yaxanıza ölümün əli; Hazırdır fələkin qanlı çəngəli! H.K.Sanılı. Yaxasından əl götürmək (əl çəkmək) – rahat buraxmaq, əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Ə.Haqverdiyev. [Məmmədhəsən əmi arvadına] Arvad, Allah xatirinə, əl çək mənim yaxamdan. C.Məmmədquluzadə. Yaxasından yapışmaq – 1) yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əl çəkməmək. …Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub, bizim yaxamızdan yapışıblar? C.Məmmədquluzadə. [Oğlan] gözləyirdi ki, bu saat yaxamdan yapışacaq, kim bilir, nə çətin sual verəcək! Mir Cəlal; 2) məsuliyyətə çəkmək, cavab istəmək. Bu qaydanı mən qoymamışam, dəvədən böyük fil var, gedin, onun yaxasından yapışın. “Kirpi”. // Yaxasından tutmaq – 1) bax yaxasından yapışmaq; 2) inadla tələb etmək, bir işdən yapışıb əl çəkməmək. [İndiki şairlər] bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr yolu ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. F.Köçərli. [Əli əmniyyəbaşı mübaşir Məmmədə:] Nə tutmusan abconun yaxasından. Konyak da var, Şiraz şərabı da! M.İbrahimov. Yaxasını buraxmaq – bax yaxasından əl çəkmək. [Rauf Şeydaya:] Kağız ələ keçərsə, pək fəna… Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz. H.Cavid. Yaxasını ələ vermək – 1) özünü ələ vermək, tutulmasına, yaxalanmasına imkan vermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıq göstərmək; 2) məc. birinin tələbləri, xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflik göstərmək, qarşı dura bilməmək, təsir altına düşmək. Yaxasını ələ verməmək – özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq, yayınmaq. Yaxasını qırağa (kənara) çəkmək – bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, özünü kənara çəkmək, boyun qaçırmaq, imtina etmək. Camalın anası əlayağını yığışdırıb Cənnət kişigilə elçiliyə getdi. Cənnət kişi yaxasını kənara çəkdi. S.Rəhimov. Tahir açıq cavabdan yenə yaxasını kənara çəkdi… M.Hüseyn. Yaxasını qurtarmaq – qurtarmaq, canını qurtarmaq. Öylə afətdən yaxasın qurtaran olmazmı şad? Füzuli. [Zeynal] istəyirdi ki, yaxasını uşaqlardan qurtarıb onları analarına versin. S.Hüseyn. Yaxasını tanımaq – dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək. Dərd, qara gün yaxasını tanıyan; Biri mənəm, bir də varmı, biləydim. Molla Cümə.

    Azərbaycan dilinin izahlı lüğəti / yaxa

yaxa sözünün sinonimləri (yaxın mənalı sözlər)

yaxa sözünün rus dilinə tərcüməsi

  • 1 ворот, воротник

    Azərbaycanca-rusca lüğət / yaxa
  • 2 I сущ. 1. ворот (пришивной край одежды, облегающий шею). Kitelin yaxası ворот кителя, yaxasını açmaq расстегнуть ворот, yaxasını düymələmək застегнуть ворот, yaxası açıq ворот с вырезом 2. воротник, ворот (часть одежды, пришитая к вороту). Xəz yaxa меховой воротник, enli yaxa широкий воротник 3. лацкан, грудь одежды. Yaxası ordenli с орденом на груди, ordenləri yaxasına taxmaq прикрепить ордена к груди (к лацкану); перен. поэт. dağın yaxası грудь горы, gecənin yaxasında на груди ночи II прил. нагрудный. Yaxa cibi нагрудный карман ◊ yaxa açmaq: 1. рвать на себе волосы, оплакивать кого-л.; 2. посылать проклятия кому-л.; yaxa (yaxasını) qurtarmaq kimdən, nədən: 1. сбыть с рук кого, что, отделываться, отделаться о т ко г о, о т че г о 2. выкручиваться, выкрутиться (освобождаться, освободиться, уклоняться, уклониться от чего-л. неприятного). Məsuliyyətdən yaxasını qurtarmaq уклоняться от ответственности 3. давать, дать стрекача, спастись от кого, от чего; yaxasını ələ verməmək не даваться (даться) в руки к ому-л.; ускользнуть от кого-, чего-л.; yaxasını yırtmaq рвать на себе волосы; köynəyinin yaxasından keçirmək kimi усыновить (совершить над кем-л. обряд усыновления) кого; yaxası əldə qalmaq быть схваченным за ворот; yaxa vermək kimə поддаться, проявить слабость характера; yaxasını ələ vermək: 1. поддаться на чьи-л. уговоры, просьбы, приставания; 2. отдаваться, отдаться к ому-л. в руки; yaxası əldə qalmaq kimin попасть, попасться с поличным; быть захваченным на месте совершения чего-л.; yaxasından əl çəkmək (götürmək) kimin оставить в покое кого, отстать от кого; yaxasından əl çəkməmək (götürməmək) kimin требовать ответа, не оставлять в покое кого; yaxasından yapışmaq kimin: 1. брать, взять за горло кого; 2. приставать, пристать с ножом к горлу к кому; yaxasından yapışıb əl çəkməmək kimin вцепиться мёртвой хваткой; yaxasını buraxmaq см. yaxasından əl çəkmək; yaxasını buraxmamag см. yaxasından əl çəkməmək; yaxasını qaçırmaq nədən отвиливать, отвильнуть, увиливать, увильнуть от чего; yaxasını kənara (qırağa) çəkmək держаться в стороне, уйти в кусты; yaxasını əldən qoymaq kimin см. yaxasını buraxmaq; yaxasını tapmaq kimin см. yaxasını tanımaq; yaxasına keçmək прилипать, прилипнуть, приставать, пристать к кому; yaxasını tanımaq kimin повадиться, иметь привычку постоянно обращаться к кому-л. с просьбами; yaxasından asılıb qalmaq висеть камнем на чьей-л. шее; əli yaxasından üzülmək kimin потерять последнюю надежду на что-л., лишиться надежды; yağ yeyib yaxada gəzmək дармоедничать (жить на чужой счёт)

    Azərbaycanca-rusca lüğət / yaxa

yaxa sözünün inglis dilinə tərcüməsi

  • 1 i. collar; (kişi köynəyində) neckband; ~sını açmaq (düyməsini) to unbutton (d.); (qarmaqdan) to unhook (d.); ~sını bağlamaq to fasten (d.), to do* up (d.); (düymə ilə) to button up (d.); (qarmaqla) to hook up (d.); məsuliyyətdən ~sını qurtarmaq to avoid / to evade / to dodge the responsibility; ◊ ~sı əldə qalmaq to be* collared; ◊ ~sından əl çəkmək to leave* / to let* alone (d.); ~ sından yapışmaq / tutmaq bax yaxalamaq

    Azərbaycanca-ingiliscə lüğət / yaxa

yaxa sözünün fransız dilinə tərcüməsi

  • 1 is. collet m, col m ; ~sını açmaq déboutonner le collet ; məsuliyyətdən ~ qurtarmaq fuir la responsabilité ◊ ~sını qurtarmaq débarrasser (se) de ; l’échapper belle

    Azərbaycanca-fransızca lüğət / yaxa

yaxa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хев; köynəyin yaxası перемдин хев; 2. кил. yaxalıq; 3. къерех, тереф, яха (мес. вацӀун); 4. хуру (пекинин); ** yaxa açmaq а) кьейидахъ шехьун, яс хуьн; б) къаргъиш авун, къаргъишун; yaxa ələ vermək кил. yaxasını ələ vermək; yaxa ələ verməmək кил. yaxasını ələ verməmək; yaxa qurtara bilməmək хев хкудиз тахьун, хилас жез тахьун; yaxa qurtarmaq кил. yaxasını qurtarmaq; yaxa yırtmaq а) масад патал алахъун, гьахълу-гьахъсуз масадан тереф хуьн; б) шехьун, фагъан авун; yaxası əldə qalmaq хиве жавабдарвал амукьун, жавабдарвиликай хкат жез тахьун; yaxası ələ keçmək хев гъиле гьатун, кьун, кӀирина гьатун; yaxası(nı) qurtarmaq хев хкудун, хилас хьун, хкатун; yaxasına keçmək хурудикай кьун, кьуна ахъай тавун; yaxasından əl götürmək (əl çəkmək) хев ахъаюн, гъил къачун, кя тавун, адав кар тахьун; yaxasından yapışmaq а) хуру(дикай) кьун, кьуна ахъай тавун, гъил къачун тавун; б) пер. хурудикай галкӀун, жаваб кӀан хьун, жаваб тӀалабун; yaxasından tutmaq а) кил. yaxasından yapışmaq; б) къетӀидаказ тӀалаб авун, гъил къачун тавун; yaxasını buraxmaq кил. yaxasından əl çəkmək; yaxasını ələ vermək а) хев гъиле гун (ттун), вич гъиле гун, вич кьуниз имкан гун, игьтиятсузвал авун; б) пер. садан тӀалабдин, хагьишдин вилик хъуьтуьлвал авун, зайифвал къалурун, ваъ лугьуз тахьун, эсердик акатун; yaxasını ələ verməmək хев гъиле тагун, вич гъиле тагун, катун, мукьув агат тавун; yaxasını qırağa (kənara) çəkmək хев къакъудун, са къерехдихъ хьун, акахь тавун, жавабдарвиликай катун; yaxasını qurtarmaq хев хкудун, хилас хьун; yaxasını tanımaq даданмиш хьун, са затӀун патал гьамиша садаз лугьун, садав рахун.

    Azərbaycanca-ləzgicə lüğəti / yaxa

yaxa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Biləsuvar) tərəf

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yaxa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaxa nədir? #yaxa sözünün mənası #yaxa nə deməkdir? #yaxa sözünün izahı #yaxa sözünün yazılışı #yaxa necə yazılır? #yaxa sözünün düzgün yazılışı #yaxa leksik mənası #yaxa sözünün sinonimi #yaxa sözünün yaxın mənalı sözlər #yaxa sözünün əks mənası #yaxa sözünün etimologiyası #yaxa sözünün orfoqrafiyası #yaxa rusca #yaxa inglisça #yaxa fransızca #yaxa sözünün istifadəsi #sözlük