Yarəli
Abrek Əli Hilivi (Abrek Əlixan ; ləzg. Ярали Хьиливи; 1802, Hil – Qusar) — ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Qazi Muhammədin dostu və sağ əli. Ləzgilərin Hil soyunun nümayəndəsi.
== Bioqrafiya ==
Abrek Əli Hilivi 1802-ci ildə Quba əyalətinin Hil kəndində anadan olmuşdur. "Vikeh Hirgal" ləqəbi ilə tanınırdı. Quba üsyanı zamanı o, cəsur hərəkətləri ilə məşhurlaşmışdır: kazakları əsir götürüb və Qubanın mühasirəsi zamanı şəhərə ilk girənlərdən biri olmuşdur. Əli üsyançı qüvvələrin məğlubiyyətinin qaçılmaz olduğunu başa düşəndə həbsdən qaçaraq Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəki vilayətində yerləşdi. Qazıqumuq xanı Mirzə xanın xəyanətinə görə abrek və onun dəstəsi dağlara çəkilməyə məcbur oldu.
== Həmçinin bax ==
Quba üsyanı (1837)
== Mənbə ==
Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба.