çarə sözü azərbaycan dilində

çarə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çarə • 92.3379%
  • Çarə • 7.0727%
  • ÇARƏ • 0.5894%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çarə (Urmiya)
Çarə (fars. چره‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (17 ailə).
Son çarə məktubları
Son çarə məktubları (ing. letters of last resort) — Böyük Britaniyanın Baş nazirinin dörd İngilis ballistik raket sualtı qayıqlarının komandirlərinə yazdığı eyni sözlərlə yazılmış dörd əlyazma məktublarıdır. Onlar, düşmənin nüvə zərbəsi Britaniya hökumətini məhv etdiyi və həm baş naziri, həm də onların təyin etdiyi "ikinci şəxsi", adətən yüksək vəzifəli şəxsləri öldürdüyü və ya başqa bir şəkildə fəaliyyət qabiliyyətini itirdiyi halda hansı tədbirlərin görüləcəyi ilə bağlı əmrləri ehtiva edir. Əmrlərin yerinə yetirildiyi təqdirdə, görülən tədbir Böyük Britaniyanın son rəsmi aktı ola bilər. Məktublar onları yazan baş nazirin dövründə istifadə olunmazsa, həmin şəxs vəzifədən getdikdən sonra açılmadan məhv edilir ki, onların məzmunu müəllifdən başqa heç kimə məlum olmasın. Yeni baş nazir vəzifəyə gəldikdən və Müdafiə Qərargahının rəisi tərəfindən " Trident raketinin dəqiq olaraq hansı zərərə səbəb ola biləcəyi" bildirildikdən dərhal sonra bir sıra məktublar yazır. Daha sonra sənədlər möhürlənmiş zərflərdə sualtı qayıqlara çatdırılır və əvvəlki baş nazirin məktubları açılmadan məhv edilir. Nüvə zərbəsi nəticəsində həm baş nazir, həm də təyin edilmiş alternativ qərar qəbul edən şəxs həlak olarsa, o zaman patrulda olan hər hansı nüvə sualtı qayıq(lar)ının komandir(lər)i bir sıra yoxlamalardan istifadə edəcəkdilər. Bu, son çarə məktublarının açılmalı olub-olmadığını müəyyənləşdirməkdən ötrü istifadə edilir. Peter Hennessy -nin "Gizli Dövlət: Vaythol və Soyuq Müharibə, 1945–1970" (ing.
Ölümə Çarə Yox
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
Ölümə çarə yox (albom)
Ölümə çarə yox — Yuxu qrupunun üçüncü və hal-hazırda sonuncu albomu. 27 aprel 2001-ci ildə ADA Müzik vasitəsilə yayımlanmışdır. Albomdakı "Ulu Tanrım" mahnısını Sevda Ələkbərzadə fərqli sözlərlə "Ulu vətən" adı altında ifa etmişdir.
Olacağa çarə yoxdur (film, 2003)
Taksi sürücüsü Bəhlul (Anar Heybətov) bir gün taksiyə minən qıza (Təhminə Hüseynova) aşıq olur. Bu məhəbbət ona çox baha oturur. Xoşbəxt sonluqla bitən film-tamaşa musiqili komediyadır.
Yanlış döngə 6: Son çarə (film, 2014)
Yanlış döngə 6: son çarə (ing. Wrong Turn 6: Last Resort) Amerika istehsalı olan və rejissor Valeri Milevin çəkdiyi qorxu/triller filmidir. Hazırda çəkilişlərin davam etdiyi film 2014-cü ilin oktyabr ayında nümayiş olunacaq. Bu film Yanlış Döngə filmlər seriyasının altıncı filmidir. Verilən məlumata görə bu film üçün rejissor Deklan O'Breyn rejissor Valeri Milev ilə əvəz olunub. Filmin VOB/DVD versiyasının eləcədə altıncı seriasının 2014-cü ilin mart ayında Bolqarıstanda çıxarılması nəzərdə tutulub. Qəfildən gizlin itmiş miras Deni və onun dostlarını unudulmuş Qərbi Viciniya dağlarındakı Hobb Springsə gətirir. O burada bir vaxtlar heç vaxt bimlədiyi itmiş uzaq qohumları haqqında məlumatlar öyrənir. Amma tezliklə o həmin qohumlarının tamam fərqli bir yaşam tərzi sürdüyünü də kəşf edəcək. Bu kəşf isə heç də yaxşı nətilcələnməyəcək.
Bəndər Çarək
Bəndər Çarək — İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Sibkavə bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,958 nəfər və 609 ailədən ibarət idi.
Çarəsizlik
Çarəsizlik — psixoloji termin, əsasən aşağıdakıları nəzərdə tutur: köməksiz vəziyyətdə qalmaq; özünə kömək edə bilməmək, zəifliyini etiraf etmək; qüvvəsiz olmaq, fəaliyyət göstərə bilməmək; digərlərinin ciddi köməyinə və dəstəyinə möhtac olmaq. vəziyyətin gərgin olması, faciə elementlərinin çoxalması, çıxılmaz vəziyyət, işıq ucunun görünməməsi. APORİYA — (yun. aporia – çarəsizlik), çətin və həlledilməz problemlə üzləşmək, ziddiyyətli vəziyyətə düçmək, qeyri-normal vəziyyətin içində olmaq. Psixologiyada qəbul etdirilmiş çarəsizlik deyilən sindrom va vardır.

çarə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac. □ Çarə aramaq (axtarmaq, görmək) – çıxış yolu axtarmaq, əlac aramaq. [Telli] ağır bir şeyin altında qalmış kimi əzilir, qurtarması üçün çarə arayırdı. S.Hüseyn. Çarə etmək (tapmaq, qılmaq) – çıxış yolu tapmaq, vəziyyətdən çıxmaq, əlac tapmaq. [Gülsənəm:] Ay Piri baba, … bizə bir çarə qıl. S.S.Axundov. [Mirzə Cəlil] özü də bilmirdi neyləsin, nə cür çarə tapıb, işin içindən çıxsın. Ə.Vəliyev. Çarəsi kəsilmək – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxış yolu tapmamaq. Padşahın çarəsi kəsildi, qızı keçələ verdi. (Nağıl). Aslan bəyin hər yandan çarəsi kəsildi. A.Şaiq. 2. Əlac, kömək, yardım. Dərdini yazıb deyirsən ki, şəhərinizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə. [Zəhra:] Daha bir çarə yox, keçən keçmiş; Çünki Sənan ürəklə and içmiş. H.Cavid. ◊ Başına çarə qılmaq (görmək) – bax baş. Dosta layiq yoxdu, Zakir, sovqatın; Gör başına çara bu gündən belə. Q.Zakir. Nə çarə – nə etməli, nə etmək olar, nə edə bilərik, istər-istəməz razı olmalıyıq.

    Azərbaycan dilinin izahlı lüğəti / çarə

çarə sözünün sinonimləri (yaxın mənalı sözlər)

çarə sözünün rus dilinə tərcüməsi

  • 1 средство, выход (из положения), способ

    Azərbaycanca-rusca lüğət / çarə
  • 2 сущ. 1. средство, приём, способ действия, к которому прибегают для достижения чего-л. 2. выход (способ разрешить как ую-л. трудность, выйти из сложных обстоятельств). Çarə tapmaq найти выход, ayrı çarə yoxdur нет другого выхода, çarə axtarmaq (aramaq) искать выход из положения; çarə bircə buna qalıb надежда только на это; çarəsi bulunmaz dərd: 1) неизлечимая болезнь, неизлечимый недуг 2) безутешное горе; çarəsi var nəyin есть выход из чего; çarə qılmaq (görmək, tapmaq) найти выход из положения; çarə nədir что поделаешь; ничего не поделаешь; çarə yoxdur: 1. нет никакого выхода; 2. помочь нечем; çarəsi kəsilmək (üzülmək) потерять всякую надежду на что-л., не найти выхода из положения; başqa çarə yoxdur нет другого выхода, ничего не поделаешь; başına çarə qılmaq найти выход из положения; bircə (təkcə) ölümə çarə yoxdur нет спасения только от смерти; bircə çarəsi var nəyin есть только один-единственный выход из чего, есть только одно средство от чего; yeganə (bircə) çarə единственный выход; единственное средство от чего-л., bircə çarə qalır остаётся лишь один выход; nə çarə? что поделаешь?; hər dərdin bir çarəsi var: 1) из всякого (любого) положения есть выход 2) нет неизлечимых болезней

    Azərbaycanca-rusca lüğət / çarə

çarə sözünün inglis dilinə tərcüməsi

çarə sözünün fransız dilinə tərcüməsi

çarə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. чара (1. тедбир, рехъ; çarə aramaq (axtarmaq, görmək) чара акун, чара жагъурун, рехъ акъудун; çarəsi kəsilmək чара атӀун; 2. илаж, куьмек); ** başına çarə qılmaq (görmək) кьилиз чара авун, чара акун.

    Azərbaycanca-ləzgicə lüğəti / çarə

çarə sözünün türk dilinə tərcüməsi

"çarə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çarə nədir? #çarə sözünün mənası #çarə nə deməkdir? #çarə sözünün izahı #çarə sözünün yazılışı #çarə necə yazılır? #çarə sözünün düzgün yazılışı #çarə leksik mənası #çarə sözünün sinonimi #çarə sözünün yaxın mənalı sözlər #çarə sözünün əks mənası #çarə sözünün etimologiyası #çarə sözünün orfoqrafiyası #çarə rusca #çarə inglisça #çarə fransızca #çarə sözünün istifadəsi #sözlük