çar sözü azərbaycan dilində

çar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çar • 64.2941%
  • Çar • 35.5495%
  • ÇAR • 0.1564%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çar
Çar (lat. caesar, yun. kαῖσαρ) — slavyanlarda monarx titulu. "Sezar" (Caesar) sözündən əmələ gəlmişdir. Roma imperatorlarının titulu, qədim və orta əsr dövlətlərində hökmdar titulu. == "ÇAR" titulu ilə əlaqədar olaraq ümumi məlumat == Tarixi ədəbiyyatda qədim Babilistan, Assuriya, Çin, Hindistan, İran, Yunanıstan, respublikaya qədərki Roma, ellinist Misir və Qafqaz Albaniyasının hakimləri çar adlandırılıb. Çar imperatordan sonra kral tituluna uyğun olan ali dövlət ünvanıdır. Bolqarıstanda monarxlar X-XIV əsrlərdə və 1908-ci ildən 1946-cı ildə monarxiyanın ləğvinədək, çar titulunu daşımışdırlar. Rusiyada çar titulu 1547-1721-ci illər aralığında dövlət başçısının rəsmi titulu idi. İlk çar IV İvan Qroznı olmuşdur.
Çar (hərf)
𐕂 (səslənməsi: /tsˈ/; transkripsiyası: C̣, c̣) — Alban əlifbasının 19-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճառ (Čar̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və fonetik olaraq dil-yuvaq affrikatıdır. Rəqəm dəyəri 100-dür.
Çar Bombası
Çar Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Çar Rusiyası
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Çar Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. == Tarix == Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
Çar bombası
Çar bombası (rus. Царь-бомба) — tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahı olan AN602 adlı hidrogen bombasının kod adı. Bu silah 30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilmişdir. SSRİ-də yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşşov tərəfindən 1960-cı ildə BMT baş assambleyasında ABŞ-yə öz nüvə potensialını göstərmək kimi işlədilir. Çar bombasının müxtəlif kod adları vardır. Bunlar Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və s. adlar daxildir. == Dizayn == Çar bombası üç mərhələli "Teller-Ulam" tipli termonüvə silahı kateqoriyasına aiddir.
III Filip (çar)
Filip Arridey — Makedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı. == Həyatı == Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu. == Hakimiyyəti == Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu.
Rütbələr (Çar Rusiyası)
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.
Çar ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Gərdalı (Çaroymaq)
Gərdalı (fars. گردالو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (36 ailə).
Hacıabad (Çaroymaq)
Hacıabad (fars. حاجي اباد‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (9 ailə).
Heydərabad (Çaroymaq)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (4 ailə).
IV Antiox (Kommagena çarı)
IV Qay Yuli Antiox Yepifan (q.yun. Γαίος Ἰούλιος Ἀντίοχος ὀ Ἐπιφανής; I əsr – I əsr, Roma) — Kommagenanın 38–72-ci illərdə hakimiyyətdə olmuş son çarı. Armenia imperiyasıdan asılı halda hökm sürmüşdür. "Yervanduni" epiteti "şöhrətli" deməkdir. == İrsi == Antiox Yervanduni özü və həyat yoldaşı İotap üçün bir neçə sikkə zərb etdirmişdir. O, ölümündən sonra İotap şəhərini ona həsr həsr etmişdir. == İstinadlar == == Xarici keçidlər == https://web.archive.org/web/20151227175141/http://www.mavors.org/PDFs/Commagene.pdf William Smith (ed.), Dictionary of Greek and Roman Biography and Mythology, 1870. http://books.google.com.au/books?id=S_iZdOzcQCoC&pg=PA192&lpg=PA192&dq=Strabo+and+Antonia+&source=web&ots=to-ReZ9Ehv&sig=nbs8aS8VpIPUEpAjlR3mhs_7lHs&hl=en#PPA25,M1. "Coinage of Antiochus IV".
IV Çarlz (Fransa kralı)
IV Şarl (fr. Charles IV) və ya Gözəl Şarl (fr. Charles le Bel) (18 may 1294 – 1 fevral 1328, Vensen) — Fransa və Navarra kralı. Oğul varisi olmadan vəfat edən qardaşı V Filippin ölümünün ardından 1322-ci ildə Fransa taxtına çıxan IV Şarl ilk öncə Flandriyada çıxan kəndli üsyanlarıyla məşğul oldu. Ardından 1324-cü ildə Müqəddəs Roma imperatoru olmağa cəhd etdi ancaq bu cəhdi uğursuz nəticələndi. Digər yandan bacısı İzabellanın əri olan İngiltərə kralı II Eduardla münasibətləri pisləşdi. Çünki Akvitaniya hakimi olaraq Fransa kralının vassalı hesab edilən II Eduard bu təbəəliyi qəbul etməkdən imtina edirdi. Nəticədə 1324-cü ildə Akvitaniya bölgəsi 1324-cü ildə fransızlar tərəfindən işğal edildi. Aparılan sülh danışıqları nəticəsində İngiltərə kralı döyüş təzminatı ödəməyi və Fransa kralının təbəəliyini qəbul etdi. Qarşılığında isə Akvitaniya bölgəsinin kiçik bir hissəsi ingilislərə təslim olundu.
IV Çarlz Emanuel (Savoyya hersoqu)
IV Çarlz Emanuel (it. Carlo Emanuele IV di Savoia) (24 may 1751[…], Turin, Sardiniya krallığı – 6 oktyabr 1819[…], Roma) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. Çox sevdiyi xanımının vəfatının ardından dövlət işlərindən uzaqlaşdı və taxtı qardaşı Viktor Emanuelə buraxaraq Romada dindar həyat tərzi yaşamağa başladı. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı İksionun oğlu və davamçısıdır. Korinf çarı Agel Heraklın övladlarından, Aletin nəvəsi idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 1029-ci ildən 992-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Primnis olmuşdur.
I Aleksandr (Gürcüstan çarı)
I Aleksandr (gürc. ალექსანდრე I დიდი; 1390 – 26 avqust 1445) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı (1412 - 1442). Çar I Konstantinin və Natia Amirejibinin oğlu. Hakimiyyətinin ilk illərində türkmənlərin yürüşlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Yalnız 1415-ci ildən etibarən Gürcüstanda sülh hökm sürməyə başladı. I Aleksandr bu dövrdən başlayaraq Əmir Teymur və türkmənlər tərəfindən dağıdılmış ölkəni bərpa etmək üçün fəaliyyətə başladı. Xəzinə boşaldıldığı üçün məskunlaşma vergisinin tətbiq edilməsinə başlanıldı (vergi 1440-cı ildə ləğv edildi). Vergidən əldə edilən vəsaitlə Svetitsxoveli və Ruisi məbədləri, eləcə də bir çox monastır və qala təmir edildi. Gürcüstanda isə taxta I Aleksandr (1412-1443) çıxdı. O, Qara Yusiflə əlaqələri qaydaya saldı.
I Aleksandr (Kaxeti çarı)
I Aleksandr Georgiyeviç (gürc. ალექსანდრე I, Alek’sandre I) — 1476–1511-ci illərdə Kaxeti çarı. Osmanlı və Səfəvi qoşunlarının Kaxetiyə basqın təhlükəsinin qarşısını almaq məqsədilə müttəfiqlər axtaran I Aleksandr Rusiya dövləti ilə monqol istilasından sonra kəsilmiş əlaqələri bərpa etmiş, 1483-cü və 1491-ci illərdə III İvanın yanına elçilər gəndərmişdi. XVI əsrin əvvəlindən Şah İsmayılın vassalı olmuşdur. Gürcüstan üzərində Osmanlı ilə Səfəvilər dövləti arasında mübarizənin səbəb olduğu saray çəkişmələri nəticəsində öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Славянская энциклопедия. Киевская Русь — Московия: в 2 т. / Автор-составитель В. В. Богуславский. — Т. 1. — С. 14.
I Aleksandr (İmereti çarı)
I Aleksandr (XIV əsr – 1389) — Gürcü çarı V Baqratın Əmir Teymura əsir düşməsini fürsət bilən Aleksandr 1387-ci ildə, Gelati monastırında tac qoyaraq özünü müstəqil çar elan etdi. Qızı Tamara Gürcü çarı I Aleksandr Didia ərə getmişdi.
I Baqrat (İmereti çarı)
I Baqrat (XIV əsr – 1372) — Kiçik yaşda atasının taxtına oturmuşdu. 1 illik hakimiyyətdən sonra Kutaisini mühasirəyə alan Gürcü kralı V Georgiyə qarşı mübarizə apara bilmədi və taxtdan əl çəkdi. Şorapani eristavı tituluna layiq görüldü. Samtsxe-Cavaxeti atabəyi Kvarkvare Jakelinin qızı ilə evlənmişdi.
I Demetre (İmereti çarı)
I Demetre — Səlcuq-Baqrationi sülaləsinin kişi nəslindən son nümayəndəsi olmuş, I Aleksandrın oğludur. 1414-cü ildə bacısı I Aleksandr Didi ilə evlənmişdi. Atasının dövründə Teymuri Şahruxun sarayında elçi idi. 1443-cü ildə vəfat etmişdir. Tək qızı olan Gülxan əvvəlcə şahzadə Georgi ilə, daha sonra isə III Demetre ilə evləndi. Bu evliliklərindən V Baqrat və II Konstantin Baqrationi adlı hökmdarlar dünyaya gəldi.
I Georgi (İmereti çarı)
I Müqəddəs Georgi (XIV əsr – 1396) — 1389-cu ildə qardaşının ölümündən sonra taxta çıxmışdı. Onun dövründə vətəndaş müharibəsi başladı və kral Vadim Dadiani adlı bir əsilzadə tərəfindən 1392-ci ildə öldürüldü. Yerinə kiçik qardaşı II Konstantin keçdi.
I Konstantin (İmereti çarı)
I Konstantin — atasının ölümündən sonra 1293-cü ildə İmereti çarı elan edilmişdir. Monqol hücumlarından uzaq qalsa da, qardaşı I Mixailin ona qarşı üsyanından uzaq qala bilmədi və 1327-ci ildə öldü. Övladı yox idi. Yerinə qardaşı I Mixail keçdi.
I Mitridat (Parfiya çarı)
I Mitridat (e.ə. 195 – e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195 — 138). == Həyatı == Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi , bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi. Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar.
I Mixail (İmereti çarı)
I Mixail — VI Davidin ikinci oğludur. Qardaşı I Konstantinə qarşı müharibəyə başlayan Mixail ölkənin şimalını idarə edirdi. 1327-ci ildə Kutaisidə kral elan olunandan sonra vətəndaş müharibəsi də bitmiş oldu. Cəmi 2 il hakimiyyətdən sonra vəfat etdi. Yerinə oğlu, azyaşlı I Baqrat keçdi.
I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi. == Hakimiyyəti == Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi. === Üsyanlar === Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi.
I Simon (Kartli çarı)
I Simon (gürc. სიმონ I) və ya Svimon (gürc. სვიმონი) — fasilələr ilə 1556-1569 və 1578-1599 arasında hökm sürən Kartli çarı idi. 1569-cu ildə Səfəvilər tərəfindən əsir alındı və doqquz il həbsdə qaldı. 1578-ci ildə sərbəst buraxılaraq Səfəvilərin müttəfiqi kimi Kartliyə geri qayıtdı və Osmanlılara qarşı mübarizəyə başladı. 1599-cu ildə Osmanlılar tərəfindən əsir alındı və əsirlikdə öldü. == İlk hakimiyyəti dövrü == 1556-cı ildə Səfəvilərə qarşı Qarisi döyüşündə atasının ordusuna komandanlıq etmişdi. Döyüşdən əvvəl atası I Luarsab tərəfindən hakimiyyətin varis elan edildi. I Simon döyüşdə qalib gəlsə də, atası ağır yaralardan vəfat etmişdir. Kartlinin paytaxtı Tiflis Səfəvilərin əlində olduğu üçün Simonun iqamətgahı Qoridə yerləşirdi.
I Çarlz (Savoyya hersoqu)
I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468 – 13 mart 1490) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər. Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi.
I Çarlz Emanuel (Savoyya hersoqu)
I Çarlz Emanuel (it. Carlo Emanuele I di Savoia) və ya Böyük (it. il Grande) (12 yanvar 1562 – 26 iyul 1630[…]) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Emanuel Filibert, anası isə Fransa kralı I Fransiskin qızı Marqaritadır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400–1700.
Kaxeti çarlığı
Kaxeti çarlığı — Kaxeti ərazisində 1465-ci ildə yaranmış feodal dövləti. Gürcü krallığının parçalanmasından sonra VIII Georgi tərəfindən yaradılmışdı. Dəfələrlə Kartli çarlığı ilə birləşmiş və ya Səfəvilər tərəfindən birbaşa idarə olunmuşdur. II İrakli dövründə Kaxetiya krallığına birləşdirilərək yeni Kartli-Kaxetiya krallığının tərkibinə daxil olmuşdur.
Kaxetiya çarlığı
Kaxeti çarlığı — Kaxeti ərazisində 1465-ci ildə yaranmış feodal dövləti. Gürcü krallığının parçalanmasından sonra VIII Georgi tərəfindən yaradılmışdı. Dəfələrlə Kartli çarlığı ilə birləşmiş və ya Səfəvilər tərəfindən birbaşa idarə olunmuşdur. II İrakli dövründə Kaxetiya krallığına birləşdirilərək yeni Kartli-Kaxetiya krallığının tərkibinə daxil olmuşdur.
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır. Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Kilikiya Erməni Çarlığı
Kilikiya erməni çarlığı (Կիլիկիոյ Հայոց Թագաւորութիւն) — 1080-ci ildə tarixi Kilikiya vilayətində yaradılmış erməni çarlığı. Kilikiya Erməni Çarlığının ilk kralı I Levon olmuşdur. Çarlığın rəsmi kilsəsi Erməni Qriqoryan Kilsəsi idi. == Ermənilərin bölgəyə köçü == XI əsrin ikinci yarısında Sünik (Zəngəzur) və Taşir-Dzoraget çarlığı istisna olmaqla bütün Ermənistan ərazisi Səlcuq türkləri tərəfindən işğal edildi . Bizansın işğalından sonra milli dövlətçiliyin itirilməsi , eləcə də Səlcuqların işğalı ermənilərin Kilikiya və digər bölgələrə kütləvi köçürülməsinə səbəb oldu . Bizansın Edessadan Samosata və Melitenaya qədər erməni torpaqlarını zəbt etməsi, eləcə də onun siyasəti nəticəsində XI əsrin əvvəllərində Suriya, Mesopotamiya və Kiçik Asiya Bizans ərazisində ermənilərin xeyli məskunlaşdı . Əsrin sonlarında Malazgirt döyüşündən sonra (Manazkert, ermənicə Մանազկերտ) Səlcuqlular ilk dövlətlərini — Konya Sultanlığını yaratdılar., bütün Ermənistanı və Anadolunun daxili hissələrini əhatə edən, buradan ermənilərin Kiçik Asiya sahilyanı bölgələrinə, xüsusilə Kilikiya və Fərat bölgələrinə köçünü gücləndi. == Erməni Çarlığı == Bizans imperiyası işğal etdiyi erməni torpaqlarının əhalisi arasında özünə dayaq yarada bilmədi. Ermənilərin sərhəd mövzularına köçürülməsi Bizansın sərhədlərinin möhkəmlənməsinə kömək etmədi. İmperiyanın hüdudları daxilində Suriyadan Zaqafqaziyaya qədər bir sıra yarımmüstəqil erməni knyazlıqları yarandı.
Köhnəqışlaq (Çaroymaq)
Köhnəqışlaq (fars. كهنه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (27 ailə).
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.

çar sözünün leksik mənası və izahı

çar sözünün etimologiyası

  • 1 Bu titul Yuli Sezarın adından götürülüb. Rusiyada ilk dəfə 1544-cü ilə İvan Qroznı bu adı qəbul edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti) E.ə. 44-cü ildə Yuli Sezar öldürüldükdən sonra bacısı nəvəsi hökmdar olur. Onun adı Qay Oktavi idi, ancaq o, adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir. Sonrakı dörd imperator Avqustun törəmələri idi və bir ad – Sezar adı ilə tanınırdılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, “sezar” sözü “imperator” sözünün sinoniminə çevrildi. İmperatorların Romada hakimiyyəti başa çatdıqdan sonra onlar Konstantinopolda hökmranlıqlarını davam etdirdilər. 800-cü ildə Böyük Karl tərəfindən Romada imperator hakimiyyəti bərpa edildikdən sonra “sezar” titulu da onunla birlikdə dirçəldi. Latın dilində bu söz ki’zar (ky’zar) kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və sözə hərfi şəkil də verərək “kayzer” yazmağa başladılar. Alman dilində kayzer imperator deməkdir. 1870-ci ildə kayzerlər tərəfindən idarə olunan Almaniya imperiyası yaradıldı. Rusiya hökmdarları isə titullarını Konstantinopoldan götürmüşdülər. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra sezarların şərq qolu qırılmış oldu. Moskva hökmdarları isə bu titulu özlərinə götürdülər. Onlar sözü bir az dəyişərək əvvəlcə Sesara, sonra isə çara (царь) çevirdilər. İlk olaraq bu adı rəsmi şəkildə 1547-ci ildə IV İvan (Qroznı) götürdü. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / çar

çar sözünün sinonimləri (yaxın mənalı sözlər)

çar sözünün rus dilinə tərcüməsi

  • 1 1. царь; 2. царский;

    Azərbaycanca-rusca lüğət / çar
  • 2 истор. I сущ. царь: 1. титул манарха в России 2. лицо, носящее этот титул. Çar İkinci Nikolay царь Николай Второй, çar zamanı при царе, çarın devrilməsi свержение царя II прил. царский: 1. относящийся к царю, принадлежащий ему. Çar titulu царский титул 2. изданный царём. Çar fərmanı царский указ 3. относящийся к монархии во главе с царём. Çar hökuməti царское правительство, çar Rusiyası царская Россия, çar istibdadı царский деспотизм; çar qızı царевна ◊ çar arağı царская водка (смесь азотной кислоты с соляной, растворяющая золото, платину и некрые другие металлы)

    Azərbaycanca-rusca lüğət / çar

çar sözünün inglis dilinə tərcüməsi

çar sözünün fransız dilinə tərcüməsi

çar sözünün ləzgi dilinə tərcüməsi

"çar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çar nədir? #çar sözünün mənası #çar nə deməkdir? #çar sözünün izahı #çar sözünün yazılışı #çar necə yazılır? #çar sözünün düzgün yazılışı #çar leksik mənası #çar sözünün sinonimi #çar sözünün yaxın mənalı sözlər #çar sözünün əks mənası #çar sözünün etimologiyası #çar sözünün orfoqrafiyası #çar rusca #çar inglisça #çar fransızca #çar sözünün istifadəsi #sözlük