* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. Böyük baş yaylığı. Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. M.S.Ordubadi. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə … və sağ əlilə çarqatını gözlərinin üstə aparan kimi Vəliqulu başa düşdü ki, anası ağlayır. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çarqat2 Böyük baş yaylığı. Ara ipəyi dördqat ipək telindən ibarət olduğu üçün çarqat (çahar qat) adlanır. Nigar xanım o saat Pəri xanımın çarqatına bircə qırnıq sürmə çəkdi. (“Qurbani”) * O zəhri zülfləri, köksündə çəprəs, Zər zərbab üstündən ətlası çərkəs, Yaxası mürəssə, çatqısı gülgəz, Çarqatının ucu sürmələnibdi. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası / çarqat1 ÇARQAT (qadın baş örtüyü) Səlmə xanım qızın donundan dartıb yerə oturtdu və başındakı çarqatı da aldı, altına qoyub oturdu (M.S.Ordubadi); SƏRƏNDAZ (köhn.) Sərəndaz pozula, bəzək dağıla; Əfşan ola siyah tellər, açıla (Q.Zakir).
Azərbaycan dilinin sinonimlər lüğəti / çarqat2 сущ. большой головной платок. Üzünü qara çarqatla örtmək закрыть лицо чёрным платком, başına çarqat örtmək накинуть на голову платок, çarqata bürünmək закутаться в платок, покрыться платком
Azərbaycanca-rusca lüğət / çarqat