farağat sözü azərbaycan dilində

farağat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • farağat • 90.1099%
  • Farağat • 7.6923%
  • FARAĞAT • 2.1978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Farağat
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." == Farağat komandası zamanı hərbiçinin duruşu == == Xarici keçidlər == Farağat,diqqət !!!

farağat sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [ər.] 1. Sakit, səssiz, dinməz-söyləməz. Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov // Farağat! – hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. …Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı. İ.Əfəndiyev. Keşikçi … farağat vəziyyətində durdu. Ə.Əbülhəsən. 2. Asudə, sakit, dinc, xatircəm. Farağat yaşamaq. // Sakit, dinc, yazıq, fağır. [Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə. // Asudə, arxayın. [Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir oxumaq vəqti deyil. Bir özgə farağat vəqtdə oxuyarsan. M.F.Axundzadə. □ Farağat etmək (eləmək) – yerbəyer etmək, rahatlamaq. [Gülsüm:] Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm, sən arxayın ol, işini gör. C.Cabbarlı. ◊ Farağat oturmaq – dinc oturmaq, heç kəslə işi olmamaq, pis işlərdən əl çəkmək. [Camal bəy:] …Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov. [Şahpəri:] Sənə dedimmi, yetim oğlansan farağat otur? B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / farağat

farağat sözünün etimologiyası

farağat sözünün sinonimləri (yaxın mənalı sözlər)

farağat sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 FARAĞAT – SƏRBƏST Svetlana Stepanova ayağa qalxıb farağat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bəri ürəkdən və sərbəst hərəkət etməyən əl-qolu istədiyi səmtə əyilib büküldü (Ə.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / farağat

farağat sözünün rus dilinə tərcüməsi

  • 1 1. досуг, покой, отдых, спокойствие; 2. спокойный, смирный; 3. спокойно, смирно; 4. воен. смирно (команда);

    Azərbaycanca-rusca lüğət / farağat
  • 2 I прил. спокойный, смирный: 1. кроткий, покорный. Farağat adam смирный человек 2. послушный, не шаловливый, не капризный. Farağat uşaq спокойный ребёнок 3. послушный. Farağat at смирная лошадь, farağat inək смирная корова II нареч. смирно, спокойно. Farağat oturmaq сидеть спокойно, смирно; farağat yaşamaq жить спокойно; farağat! смирно! (военная команда стоять навытяжку, не шевелясь и не разговаривая); farağat eləmək kimi, nəyi 1. устраивать, устроить 2. усмирять, усмирить; успокаивать, успокоить ◊ dilini farağat qoymaq молчать; dilini farağat qoy! не ругайся; заткнись!; yerində farağat oturmaq сидеть на месте спокойно; əlini farağat qoy держи руки при себе

    Azərbaycanca-rusca lüğət / farağat

farağat sözünün inglis dilinə tərcüməsi

  • 1 s. quiet; still; calm; tranquil; Farağat! (komanda) Attention! ~ durmaq / dayanmaq to stand* still; ~ olmaq to be* quiet; ~ durmamaq to be* not tranquilly / placid; to have* no peace; bir kəsi ~ qoymamaq to let* smb. have no peace

    Azərbaycanca-ingiliscə lüğət / farağat

farağat sözünün fransız dilinə tərcüməsi

farağat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил., нареч. фаракъат (1. сакит, ван тавуна, рахан тийиз; // farağat! воен. фаракъат!; 2. секин, динж; архайин; // язух, фагъир, эпсин; farağat etmək (eləmək) фаракъат авун, динжарун); ** farağat oturmaq фаракъатдаказ ацукьун, динж ацукьун, садахъ галазни кар тахьун, пис крарилай гъил къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / farağat

"farağat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#farağat nədir? #farağat sözünün mənası #farağat nə deməkdir? #farağat sözünün izahı #farağat sözünün yazılışı #farağat necə yazılır? #farağat sözünün düzgün yazılışı #farağat leksik mənası #farağat sözünün sinonimi #farağat sözünün yaxın mənalı sözlər #farağat sözünün əks mənası #farağat sözünün etimologiyası #farağat sözünün orfoqrafiyası #farağat rusca #farağat inglisça #farağat fransızca #farağat sözünün istifadəsi #sözlük