* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Qarı (əl) kəlməsi ilə bağlıdır, rus dilinə “пятерня” kimi tərcümə olunub: “əlin barmaqların açılmış vəziyyəti” (qapaz) kimi başa düşülə bilər. Qaramatlamaq feili də var. “Açıq əllə kiminsə arxasınca qarğış etmək”dir (iki açıq əli dirsəkdən qatlanmış vəziyyətdə qarğış edilən adama tərəf uzatmaqla müşayiət olunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qaramat1 I прил. 1. несчастный 2. горестный 3. задумчивый, молчаливый 4. темный II сущ. тьма, мрак
Azərbaycanca-rusca lüğət / qaramat(Borçalı, Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Qax, Salyan, Yardımlı, Ucar) 1. dərd, qəm, qüssə (Qax). – Genə onun qaramatını çəkirəm 2. dərdli, qəmli, qüssəli (Qazax, Salyan, Ucar). – Əli lap qaramat adammış (Qazax); – Qaramat adam həməşə fikirri olar (Salyan); – Qaramat adamın işi düz gəlməz (Ucar) ◊ Qaramat basmax (Gədəbəy) – dərd, qəm basmaq. – Elə bil yazığı qapamat basıf
Azərbaycan dilinin dialektoloji lüğəti.