Qaradaş sözü azərbaycan dilində

Qaradaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaradaş • 81.8182%
  • qaradaş • 12.1212%
  • QARADAŞ • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaradaş (Çaroymaq)
Qaradaş (fars. قره داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Qaradaş bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Qaradaş (Mahnişan)
Qaradaş (fars. قره داش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 510 nəfər yaşayır (105 ailə).
Qaradaş (Duzluca)
Qaradaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Qaradaşlı
Qaradaşlı (gürc. იწრია; İtsria) — Gürcüstanın Bolnisi rayonunda yerləşən kənd. Gürcüstanın cənub-şərq hissəsində, tarixi Borçalı mahalı ərazisində yerləşir. 1990-1991-ci illərdə Gürcüstan rəhbərliyinin rayondakı etnik azlıqların yaşayış məntəqələrinin tarixi toponimlərini dəyişdirməsi nəticəsində Qaradaşlı kəndinin adı dəyişdirilərək İtsria adlandırılmışdır. Yerli əhali arasında kəndin ikinci adı olan Qaraçöp də geniş yayılmışdır. Kənd Bolnisi rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir. Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kəndin əhalisi 249 nəfərdir və 100% azərbaycanlıdır. Əhali əsasən qoyunçuluq, maldarlıq və tərəvəzçiliklə məşğuldur.

Oxşar sözlər

#qaradaş nədir? #qaradaş sözünün mənası #qaradaş nə deməkdir? #qaradaş sözünün izahı #qaradaş sözünün yazılışı #qaradaş necə yazılır? #qaradaş sözünün düzgün yazılışı #qaradaş leksik mənası #qaradaş sözünün sinonimi #qaradaş sözünün yaxın mənalı sözlər #qaradaş sözünün əks mənası #qaradaş sözünün etimologiyası #qaradaş sözünün orfoqrafiyası #qaradaş rusca #qaradaş inglisça #qaradaş fransızca #qaradaş sözünün istifadəsi #sözlük