qaradam sözü azərbaycan dilində

qaradam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaradam • 66.6667%
  • Qaradam • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.

qaradam sözünün rus dilinə tərcüməsi

qaradam sözünün inglis dilinə tərcüməsi

qaradam sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şəmkir, Tovuz) daxma. – Da: kətdə qaradam qalmıyıf (Şəmkir)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qaradam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaradam nədir? #qaradam sözünün mənası #qaradam nə deməkdir? #qaradam sözünün izahı #qaradam sözünün yazılışı #qaradam necə yazılır? #qaradam sözünün düzgün yazılışı #qaradam leksik mənası #qaradam sözünün sinonimi #qaradam sözünün yaxın mənalı sözlər #qaradam sözünün əks mənası #qaradam sözünün etimologiyası #qaradam sözünün orfoqrafiyası #qaradam rusca #qaradam inglisça #qaradam fransızca #qaradam sözünün istifadəsi #sözlük