* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [fars. na… və ər. rahət] 1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. – Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov. Ovçu dostum narahat bir nəzərlə mənim üzümə baxdı. M.Rzaquluzadə. □ Narahat etmək – 1) rahatsız etmək, istirahətini, rahatlığını pozmaq, əziyyət vermək, incitmək. Vurma şanə zülfünə narahət etmə könlümü. M.Ə.Sabir. [Nadiri] narahat edən məsələni Məciddən soruşmaq istəyirdisə də, cürət etməyirdi. B.Talıblı; 2) həyəcana salmaq, təşvişə salmaq, təlaşa salmaq, qorxutmaq. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. …Solmaz burada olsaydı, Şiraslan özünü narahat edən ürək sözlərini ona açar(dı). S.Rəhimov. Narahat olmaq – 1) rahatlığı, dincliyi pozulmaq; 2) həyəcana, təşvişə, təlaşa düşmək, iztirab keçirmək, nigaran olmaq. Əminə isə indi ən çox dəvəçilər haqqında narahat olur. Ə.Əbülhəsən. Birinci dəfə həkim nəbzini tutan vaxt Əziz bu cür narahat olmamışdı. Ə.Vəliyev. 2. Rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay. Narahat yer. Narahat oturacaq. – O, narahat maşında da, açıq havada da, quru yerdə də yatıb yuxusunu alır. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / narahat1 təşvişli — həyəcanlı — iztirablı — nadinc — təlaşlı
Azərbaycan dilinin sinonimlər lüğəti / narahat2 NARAHAT (rahatlığı olmayan) Bununla belə, qız çox narahat idi (X.Hasilova); ARAMSIZ Həsən tramvay duracağında.. aramsız bir çırpıntısı ilə Dilaranı gözləyirdi (M.İbrahimov); QƏRARSIZ ..Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Duma qərarsız oldu (İ.Əfəndiyev); MÜZTƏRİB Buludlardan soruşmuşam; Bəs nə üçün müztəribəm? (M.Rahim); NAQOLAY [Rasim:] Namiq, ondan da betər Qumru özlərini naqolay hiss edirlər (Anar); RAHATSIZ Nüşabə: Məni rahatsız edir bu işlər (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / narahat1 NARAHAT – ARXAYIN Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbər veriləcəyini düşünən polkovnik narahat idi (S.Qədirzadə); Dərdin elə busa, lap arxayın gəz (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / narahat1 1. беспокойный, неспокойный, суетливый, шаловливый; 2. неудобный; 3. неудобно;
Azərbaycanca-rusca lüğət / narahat2 I прил. 1. беспокойный, неспокойный: 1) испытывающий тревогу, волнение. Narahat adam неспокойный человек 2) выражающий беспокойство, тревогу, волнение. Narahat baxış беспокойный взгляд, narahat ürək беспокойное сердце 3) нарушающий чей-л. покой, причиняющий неудобства, заботы и т.п. Narahat yol беспокойная дорога, narahat iş беспокойная работа 2. неудобный. Narahat yer неудобное место II нареч. 1. беспокойно, неспокойно. Narahat yatmaq неспокойно спать, özünü narahat hiss etmək чувствовать себя неспокойно 2. неудобно. Narahat oturmaq неудобно сидеть III в знач. предик. narahatdır неспокойно. Ürəyim narahatdır на сердце неспокойно; narahat etmək беспокоить: 1. нарушать покой; побеспокоить 2. внушать тревогу, волновать 3. причинять физические неудобства. Ürəyim məni narahat edir сердце меня беспокоит; narahat olmaq беспокоиться: 1. тревожиться, волноваться 2. утруждать себя чем-л.; заботиться о чём-л.
Azərbaycanca-rusca lüğət / narahat1 s. 1. uneasy, worried, anxious; troubled; 2. restive, restless; 3. uncomfortable; ~ stul an uncomfortable chair; ~ adam restless person; ~ olmaq 1) to worry (about), to be* anxious / uneasy (about); to become* anxious (about); 2) to worry oneself; to trouble, to bother; Narahat olma! Don’t be anxious / worried / uneasy; ~ etmək to worry (d.), to disquiet (d.); to make* anxious / uneasy (d.); (mane olmaq) to disturb (d.), to trouble (d.); to bother (d.), to put* to inconvenience (d.); to make* uneasy (d.)
Azərbaycanca-ingiliscə lüğət / narahat1 sif. inqui//et, -ète ; anxieu//x, -se ; soucieu//x, -se ; tourmenté, -e ; inconfortable ; gênant, -e ; ~ kürsü fauteuil m inconfortable ; ~ adam personne f inquiétante ; ~ olmaq être inqui//et, -ète (de) ; ~ etmək inquiéter vt, tourmenter vt, préoccuper vt
Azərbaycanca-fransızca lüğət / narahat1 [fars. na... və ər. rahət] прил., нареч. нарагьат (1. регьятвал (динжвал) авачир, регьятсуз, тешвишдик (талашдик) квай, секинвал авачир, гъалаба квай, рикӀ секин тушир (мес. кас, гьал); narahat etmək нарагьат авун а) регьятсуз авун, регьятвал (динжвал) чӀурун, азият гун, инжиклу авун; б) гъалаба кутун, тешвишдик кутун, куьчӀуьрарун; narahat olmaq нарагьат хьун а) регьятсуз хьун, регьятвал (динжвал) чӀур хьун; б) тешвишдик акатун, рикӀи гъалаб къачун, азаб чӀугун; 2. регьят тушир, динж тушир, къулай тушир, регьятсуз жедай, мес. чка).
Azərbaycanca-ləzgicə lüğəti / narahat