rahat sözü azərbaycan dilində

rahat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rahat • 97.1831%
  • Rahat • 2.6164%
  • RAHAT • 0.2005%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. == Tarixi == Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar— dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmi¬lərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. == Həyatı == Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. == Həbsi və vəfatı == Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub və həmin vaxtdan Avstriyada həbsdə idi; Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib. 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.
Bağçada rahat yer (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər. == Məzmun == == Film haqqında == == Filmin heyəti == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent əmanət kassalarının fəaliyyətindən bəhs edir.
Cinsi rahatlıq
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir.İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Cinsi rahatlıq hissi
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir.İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 76.50 dəfə / 1 mln.
2002 ••••••••• 58.24
2003 •••••• 39.37
2004 •••••• 36.72
2005 ••••••••• 60.06
2006 •••••• 40.99
2007 ••••• 32.56
2008 ••••• 33.38
2009 •••••• 39.20
2010 ••••••• 43.93
2011 ••••••• 48.56
2012 ••••••••• 56.62
2013 ••••••••••• 72.94
2014 •••••••••••• 83.23
2015 ••••••••••••••••••• 124.87
2016 •••••••••••••••••••• 134.84
2017 •••••••••••••••••••• 132.51
2018 •••••••••••••••••••• 138.74
2019 •••••••••••••••••••• 133.67
2020 •••••••••••••• 93.36

rahat sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [ər.] 1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən. Yarım saata qədər yenə rahat uçuruq. M.İbrahimov. Maşın təzə olduğundan çox rahat idi. Ə.Vəliyev. □ Rahat durmaq – nadinclik etməmək, sakit durmaq, əl-qol açmamaq. Azanda div çöldə qalan çocuqları boğazlar; Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş… A.İldırım. Rahat etmək – bax rahatlamaq. Qərib üçün xacə yer salıb, otaqların birində onu rahat etdi. “Aşıq Qərib”. [Nurəddini] … gecə qulluqçu rahat edəndə anası yadına düşüb, təzədən ağlamağa başladı. S.S.Axundov. Rahat qoymamaq – incitmək, əziyyət vermək, narahat etmək, dinc qoymamaq, sakit qoymamaq. Ən gözəl bir nəğməni; Durub dinləyəndə mən; Yadıma düşürsən sən; Rahat qoymursan məni! Ə.Cavad. Rahat olmaq – bax rahatlanmaq. [Yavər Mədinəyə:] Hə, indi rahat oldunmu, mənim əzizim? – deyib soruşdu. M.İbrahimov. Cavad gülümsündü, Aslanı göstərərək dedi: – Aslana yaxşı baxsan, mənim də ürəyim rahat olar. Ə.Vəliyev. 2. Qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. Rahat yaşamaq. – Rahat nəfəs çəkə bilmir uyquda; San qatilin görür durmuş pusquda. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. 3. Gen, gen-bol, narahat etməyən. Rahat paltar.

    Azərbaycan dilinin izahlı lüğəti / rahat

rahat sözünün sinonimləri (yaxın mənalı sözlər)

rahat sözünün rus dilinə tərcüməsi

  • 1 1. спокойный, безмятежный, удобный, уютный, комфортабельный; 2. спокойно, безмятежно, свободно, уютно; 3. покой, спокойствие;

    Azərbaycanca-rusca lüğət / rahat
  • 2 I прил. удобный, спокойный (такой, которым легко, приятно пользоваться). Rahat divan удобный диван, rahat paltar удобное платье, rahat yer удобное место II нареч. удобно, спокойно. Rahat uzanmaq удобно лежать, rahat oturmaq удобно сидеть III предик. удобно, спокойно. Bura rahatdır здесь удобно, bu otaqda mənim üçün rahatdır в этой комнате мне удобно; ürəyim rahatdır на душе у меня спокойно, rahat etmək: 1. устраивать удобно:; 2. успокоить; rahat olmaq успокаиваться, успокоиться; rahat olun будьте спокойны, успокойтесь ◊ rahat buraxmaq kimi оставить в покое, не тревожить кого; rahat buraxmamaq kimi не давать покоя кому; nə rahat buraxmır не дает покоя что; из головы не выходит что; rahat oturmaq вести себя спокойно, тихо; rahat durmamaq быть обеспокоенным, вести себя неспокойно; rahat nəfəs almaq вздохнуть свободно; özünü rahat hiss etmək чувствовать, почувствовать себя спокойно

    Azərbaycanca-rusca lüğət / rahat

rahat sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. comfortable, easy; ~ kreslo comfortable / cosy arm-chair; ~ otaq cosy room; 2. quiet, calm tranquil; placid; serene; ~ buraxmaq to leave* smb. alone / in peace; ~ etmək to calm (d.), to quiet (d.), to soothe (d.), ~ durmaq / oturmaq to act oneself quiet / calm, to behave quiet, to calm; ~ olmaq to calm / to quiet / to settle down; to rest II. z. quietly, calmly, easily; cosily; özünü ~ hiss etmək to be* easy in one’s mind; to feel* cosy; bir kəsi ~ buraxmamaq to give* smb. no rest, to let* smb. have no peace

    Azərbaycanca-ingiliscə lüğət / rahat

rahat sözünün fransız dilinə tərcüməsi

rahat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил., нареч. регьят (1. азият тагур, нарагьат тийир, динж (мес. машин, рехъ); азиятсуз, регьятдиз; // rahat durmaq динж акъвазун, надинжвал твун, секин акъвазун; rahat etmək кил. rahatlanmaq; rahat qoymamaq динж тун тавун, азият гун, инжиклу авун, секин тун тавун; rahat olmaq кил. rahatlanmaq; 2. къайгъусуз, дертсуз, гъамсуз, регьятдиз; архайин, секин, динж (мес. яшамиш хьун); 3. генг, гьяркьуь, къулай, нарагьат тийир; мес. ппек).

    Azərbaycanca-ləzgicə lüğəti / rahat

rahat sözünün türk dilinə tərcüməsi

"rahat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rahat nədir? #rahat sözünün mənası #rahat nə deməkdir? #rahat sözünün izahı #rahat sözünün yazılışı #rahat necə yazılır? #rahat sözünün düzgün yazılışı #rahat leksik mənası #rahat sözünün sinonimi #rahat sözünün yaxın mənalı sözlər #rahat sözünün əks mənası #rahat sözünün etimologiyası #rahat sözünün orfoqrafiyası #rahat rusca #rahat inglisça #rahat fransızca #rahat sözünün istifadəsi #sözlük