Mahal sözü azərbaycan dilində

Mahal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mahal • 82.9918%
  • mahal • 15.9836%
  • MAHAL • 1.0246%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.92 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••••••••••••••• 2.70
2005 •••••••••••• 2.02
2006 •••••••• 1.35
2007 •••••••••••••• 2.33
2008 ••••••••••••••••• 2.92
2009 •••••••••• 1.60
2010 ••••••••••••• 2.09
2011 •••••••••••••••••• 3.09
2012 •••••••••• 1.72
2013 ••••••• 1.17
2014 •••••••• 1.37
2015 •••••• 1.02
2016 ••••••• 1.21
2017 •••••• 0.98
2018 •••••••••••• 1.95
2019 •••••••••••••••••••• 3.48
2020 ••••••••••• 1.86

mahal sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. mühal] Çətin əmələ gələn, mümkün olmayan, baş tutmayan, qeyrimümkün. Mahal işdir. – Cəhani tərk edərəm, cümlə dövlətü varı; Mahaldır eləmək böylə növcəvan tərkin. X.Natəvan. Qəti surətdə vazeh oldu mənə; Ki, mahal əmrdir, dönəm vətənə. A.Səhhət. □ Mahal olmaq – çətin əmələ gəlmək, çətin başa gəlmək. Əhli-halı görmək istər əhli-hal; Müzayiqə etmə, gər olsa mahal. Aşıq Pəri.

    Azərbaycan dilinin izahlı lüğəti
  • 2 is. [ər. məhəll] tar. Dövlət ərazisinin müəyyən idarəçilik sahəsi (inzibatisiyasi, təsərrüfat, hərbi və s.) üçün ayrılan hissəsi. Gəncə-Şirvan mahalı. – Molla Pənah Vaqif dəxi … Qarabağa səfər edib və Cavanşir mahalında Tərtərbasarda bir müddət sakin olub. F.Köçərli. Tanındı mahalda on beş yaşından; Bahadırın adı dillərdə gəzdi. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti

mahal sözünün etimologiyası

mahal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 I MAHAL (tar.) [Nəcəf:] Ağa, sən bir ağıllı adamsan ki, bu yekə mahalı sənə tapşırıblar (M.F.Axundzadə); MƏHAL (kl.əd.) Vəli, məhaldır ol həm, sən olacaq qatil (Füzuli); VİLAYƏT Belə vilayəti dağıtsın tarı; Ziyadə məğşuşdur Araz kənarı (Q.Zakir). II mahal bax qeyri-mümkün

    Azərbaycan dilinin sinonimlər lüğəti

mahal sözünün rus dilinə tərcüməsi

  • 1 1. невозможный, несбыточный; 2. округ, область;

    Azərbaycanca-rusca lüğət
  • 2 1 сущ. область, край, территория. Gəncə mahalı Гянджинский край, bizim mahaldan из наших краев 2 прил. диал. неосуществимый, несбыточный, неисполнимый (такой, который трудно осуществить). Mahal olmaq быть неосуществимым

    Azərbaycanca-rusca lüğət

mahal sözünün inglis dilinə tərcüməsi

mahal sözünün fransız dilinə tərcüməsi

mahal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. mühal] прил. четин арадиз къведай, четин кьилиз акъатдай, мумкин тушир, кьиле тефир (мес. кар); mahal olmaq четин арадиз атун, четин кьилиз акъатун.

    Azərbaycanca-ləzgicə lüğəti
  • 2 [ər. məhəll] ист. магьал; Gəncə-Şirvan mahalı Генже-Ширван магьал.

    Azərbaycanca-ləzgicə lüğəti

mahal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

vilayət, böyük inzibati-ərazi vahidi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mahal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mahal nədir? #mahal sözünün mənası #mahal nə deməkdir? #mahal sözünün izahı #mahal sözünün yazılışı #mahal necə yazılır? #mahal sözünün düzgün yazılışı #mahal leksik mənası #mahal sözünün sinonimi #mahal sözünün yaxın mənalı sözlər #mahal sözünün əks mənası #mahal sözünün etimologiyası #mahal sözünün orfoqrafiyası #mahal rusca #mahal inglisça #mahal fransızca #mahal sözünün istifadəsi #sözlük