masal sözü azərbaycan dilində

masal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • masal • 45.7143%
  • Masal • 45.7143%
  • MASAL • 8.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Masal şəhristanı
Masal şəhristanı və ya Masal bölgəsi (farsca: شهرستان ماسال‎) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == Şəhristan 1998-ci ildə Talış şəhristanının ərazisinin bir qismi hesabına təşkil edilmişdir. Şəhristanın ərazisi 633 km²-dir. Şəhristanın inzibati mərkəzi Masal şəhəridir. Masal şəhəri Fumən şəhərindən 35 km, ostanın inzibati mərkəzi olan Rəşt şəhərindən isə 60 km uzaqlıqda yerləşir. == Əhali == Rəsmi olaraq Masal şəhristanının əhalisi :2006 s.a. əsasən 47,648 nəfər2006 s.a. əsasən şəhər əhalisi 14,858 nəfər 2006 s.a. əsasən kənd əhalisi 32,790 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən talışlardan, qismən giləklərdən və az sayda azərbaycanlılardan ibarətdir. == Bəxşlər == Mərkəzi (Masal) bəxşiəhali : 26,063 nəfər (2006 s.a.)şəhər əhalisi : 10,992 nəfər (2006 s.a.) kənd əhalisi : 15,071 nəfər (2006 s.a.)Şandirman bəxşiəhali : 21,585 nəfər (2006 s.a.)şəhər əhalisi : 3,866 nəfər (2006 s.a.) kənd əhalisi : 17,719 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Masal) bəxşində :Masal şəhəriƏhalisi :2006 s.a.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
70 saylı Masallı şəhər seçki dairəsi
71 saylı Masallı kənd seçki dairəsi
72 saylı Yardımlı-Masallı seçki dairəsi
75 saylı Lənkəran-Masallı seçki dairəsi
Abbasbəyli (Masallı)
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Allahyarlı (Masallı)
Allahyarlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi öz adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almışdır. == Əhalisi == Əhalisi 295 nəfərdir.
Babakücə (Masallı)
Babakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Babakücə kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Yerli əhali kəndi Bobokümə adlandırır. Bobo (kənddəki Cahangir pirini belə adlandırırlar) və kümə (talışca "məhəllə", "küçə") sözlərindən ibarət olan bu toponim "pir məhəlləsi, pir kəndi" kimi izah olunur. Oykonim baba (dağ) və kücə (kuca türk dillərində "əhatə olunmuş", "dövrələnmiş, tutulmuş") sözlərindən düzəlib, "dağla əhatə olunmuş yer, dağlıq ərazi" deməkdir. == Əhalisi == Əhalisi 691 nəfərdir. == Din == Kənddə Babakücə kənd məscidi dini icması fəaliyyət göstərir.
Cümə məscidi (Masallı)
Cümə məscidi — Azərbaycanın Masallı rayonunun inzibati mərkəzində, Füzuli küçəsində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kv. metr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilmişdir. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülmüşdür.
Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
Digah (Masallı)
Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 3722 nəfərdir (2009).
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəmirçi (Masallı)
Dəmirçi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1918 nəfərdir (2009). == Din == Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Hişkədərə (Masallı)
Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2744 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir. == İnfrastrukturu == Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix-Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix-Diyarşünaslıq muzeyində muhafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. == Şəkilləri == == Həmçinin bax == Jindi Kıncıvo Monidigah == İstinadlar == == Xarici keçidlər == Masallı Rayonu Hişkədərə Kənd Məscidi Dini İcmasının "facebook" səhifəsi.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Kalinovka (Masallı)
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Kəlbəhüseynli (Masallı)
Kəlbəhüseynli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1315 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi kəbləhüseynli (Kərbəlayi Hüseyn şəxs adı ilə bağlıdır) nəsli tərəfindən salındığı üçün belə adlandırılmışdır. Oykonim Kəlbəhüseynli variantında da qeydə alınmışdır.
Ləngan (Masallı)
Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 525 nəfərdir. == Toponimiyası == Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.
Lənkəran-Masallı seçki dairəsi
Masala
Masala (Tamilcə: மசாலா hind मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Masalitin binası
Masalitin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bölşoy Sadovnya küçəsi və Kirovskaya prospektində yerləşən bina. Bina mühəndis Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında 1890-cı ildə Eklektika stilinə yaxın inşa edilmişdir. XX əsrin əvvələrində bina qadın tacir P. K. Masalitinaya məxsus olmuşdur. Hazırda binada «Nyu-York» restoramı yerləşir. Masalitin binası Regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev olaraq bina K. A. Vorojein tərəfindən 1890-cı ildə Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında inşa edilmişdir. 1913-14-cü illər ərzində bina P. K. Masalitinə məxsus olmuşdur. Burada bir çox müəsissələr yerləşirdi: X. Mermelşteynə məxsus mağaza, halva ustehsal edən N. M. Masalitinaya məxsus fabrik, Beytlan və Kyonselmə məxsus kolbasa fakriki, N. İ. Kravçenkoya məxsus konvert fabriki, F. Voroşilova məxsus saat mağazası. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirilmişdir. İkinci mərtəbə yaşayış yeri kimi istifadə olunmağa başlanılır.
Masalli
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra "mosullu" adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şixlar kəndi və Masallının adı çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub. İran İslam Respublikasının Gilan ostanında hal-hazırda Masal adlı kiçik bir şəhər vardır.
Masallı
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra "mosullu" adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şixlar kəndi və Masallının adı çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub. İran İslam Respublikasının Gilan ostanında hal-hazırda Masal adlı kiçik bir şəhər vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.27
2011 ••••••• 0.09
2012 ••••••• 0.09

masal sözünün leksik mənası və izahı

  • 1 is. Nağıl, hekayə. Qışın oğlan zamanı; Ağca masal söylərsən. Ə.Cavad. Kim yanılıb deyir: ömür masaldır; Bir şirin uyqudur, bir boş xəyaldır? M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / masal

masal sözünün sinonimləri (yaxın mənalı sözlər)

masal sözünün rus dilinə tərcüməsi

masal sözünün ləzgi dilinə tərcüməsi

"masal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#masal nədir? #masal sözünün mənası #masal nə deməkdir? #masal sözünün izahı #masal sözünün yazılışı #masal necə yazılır? #masal sözünün düzgün yazılışı #masal leksik mənası #masal sözünün sinonimi #masal sözünün yaxın mənalı sözlər #masal sözünün əks mənası #masal sözünün etimologiyası #masal sözünün orfoqrafiyası #masal rusca #masal inglisça #masal fransızca #masal sözünün istifadəsi #sözlük