izahat sözü azərbaycan dilində

izahat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • izahat • 99.0553%
  • İzahat • 0.8747%
  • İZAHAT • 0.0700%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

izahat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “izah” söz. cəmi] Bir məsələni, sözü və s.-ni ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə; müfəssəl izah. İzahata ehtiyac yoxdur. – Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski “Vətən dili” kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış… F.Köçərli. Qulam müəllim artıq bir izahata girişmək istəmədi. S.Rəhimov. // Bir işin, hərəkətin, hadisənin və s.-nin səbəblərini izah edən yazılı məlumat. Hadisə haqqında izahat təqdim etmək. □ İzahat vermək – şifahi və ya yazılı surətdə ətraflı şərh etmək, aydınlaşdırmaq, məlumat vermək. Hacı Manaf izahat verməyə başladı… S.Hüseyn. Başqa bir otağa girdilər, müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. M.S.Ordubadi. Eldar sözə qarışıb, onun dediklərini təsdiq etdi və mənə izahat verdi… M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / izahat
  • 2 hər hansı fikri ətraflı izah etmə.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / izahat
  • 3 ə. «izah» c. t. aydın və ətraflı şərh etmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / izahat
  • 4 Cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillər

    Terminlər lüğəti / izahat

izahat sözünün sinonimləri (yaxın mənalı sözlər)

izahat sözünün rus dilinə tərcüməsi

  • 1 объяснение, разъяснение

    Azərbaycanca-rusca lüğət / izahat
  • 2 сущ. 1. объяснение; разъяснение; изъяснение (изложение причин, обстоятельств чего-л.). İzahata ehtiyac yoxdur нет надобности в объяснении, yazılı izahat письменное объяснение, şifahi izahat устное объяснение 2. разг. комментарий: 1) толкование, разъяснение какого-л. текста. Əlyazmasına izahat (şərh) комментарии к рукописи 2) рассуждения, пояснительные и критические замечания по поводу чего-л. Hadisələrə izahat (şərh) комментарии к событиям; izahat yazmaq написать объяснение (объяснительную), izahat almaq получить объяснение, разъяснение, izahat tələb etmək требовать объяснения; izahat vermək дать объяснение II прил. 1. обьяснительный. İzahat vərəqəsi объяснительная записка 2. разъяснительный. İzahat işləri разъяснительная работа

    Azərbaycanca-rusca lüğət / izahat

izahat sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. explanation; yazılı ~ written explanation; bir kəsdən ~ tələb etmək to demand an explanation of / from smb.; to insist on an explanation from smb.; ~ vermək to explain (d.), to elucidate (d.), to give* an explanation; 2. comment; commentary; İzahat artıqdır (lazım deyil) Comment is superfluous, No comment is needed II. s. explanatory; ~ vərəqəsi explanatory note, note of explanation; ~ işi explanatory work

    Azərbaycanca-ingiliscə lüğət / izahat

izahat sözünün fransız dilinə tərcüməsi

izahat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “izah” söz. cəmi] сущ. изагьат; баян авун, вири патарихъай ачухрун (са месэла, гаф ва мс.); // са кардин, вакъиадин ва мс. себебар ачухарна кхьенвай малумат; izahat vermək изагьат гун, мецелай ва я кхьена баян авун, ачухрун, малумат гун.

    Azərbaycanca-ləzgicə lüğəti / izahat

"izahat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#izahat nədir? #izahat sözünün mənası #izahat nə deməkdir? #izahat sözünün izahı #izahat sözünün yazılışı #izahat necə yazılır? #izahat sözünün düzgün yazılışı #izahat leksik mənası #izahat sözünün sinonimi #izahat sözünün yaxın mənalı sözlər #izahat sözünün əks mənası #izahat sözünün etimologiyası #izahat sözünün orfoqrafiyası #izahat rusca #izahat inglisça #izahat fransızca #izahat sözünün istifadəsi #sözlük