* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat. – Məhbub xanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu”. Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbət sayırdı. Mir Cəlal. Kələntərli həmişə dara düşəndə olduğu kimi, indi də zarafata əl atdı. İ.Hüseynov. □ Zarafat bir yana – danışarkən tamamilə ciddi tona keçmək istənildikdə deyilən ifadədir. Zarafat deyil – ciddi məsələdir, əhəmiyyətli məsələdir. …Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov. [Sədr:] Eyvaz kişini qınamaq olmaz. Zarafat deyil, bir il tamam olmamış kişinin sinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev. Zarafat etmək (eləmək) – əylənmək, oynamaq, dilxoşluq etmək. Olmaya sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. Cumayəm, istərəm zarafat edəm; Nə fayda, yanından getməz xocası. Molla Cümə. Kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev. [Əhməd] buçağacan barıtla, güllə ilə zarafat eləməmişdi. B.Talıblı. Zarafat öz yerində – bax zarafat bir yana. Zarafata salmaq – zarafatla ötüşməyə, işin içindən çıxmağa çalışmaq. Sən zarafata salıbsan, amma mən düzünü deyirəm. M.Rzaquluzadə. 2. zərf Zarafatla şəklində: zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. Zarafatla demək. – Sözün düzünü zarafatla deyərlər. (Məsəl). Elçin də atasının zarafatına zarafatla cavab verdi. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / zarafat1 Ərəb sözüdür (əsli: zərafət), “zəriflik” deməkdir, zərif kəlməsinin ərəbcə cəm formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zarafat3 ZARAFAT, HƏNƏK Girdi zarafata xeyli sevinəcək; Axı, insanlan şux saxlar hənək (M.Rahim); Hənək-hənək, axın dəyənək (Ata. sözü); DİLXOŞLUQ (dan.), MAZAQ (vulq.) (adətən kişi ilə qadın arasında).
Azərbaycan dilinin sinonimlər lüğəti / zarafat2 сущ. шутка. Bir aprel zarafatı первоапрельская шутка, kobud zarafat грубая шутка, şən zarafat весёлая шутка; zarafat eləmək шутить, zarafat saymaq считать, принимать за шутку; zarafata salmaq обратить в шутку, свести к шутке; zarafat qanmamaq не понимать шутки; zarafat götürməmək не принимать шутки; zarafat bir yana шутки в сторону; zarafat öz yerində … шутка шуткой …; zarafat yeri deyil не до шуток; не место шуткам; zarafat deyil не шутка, zarafat xatirinə ради шутки; doğru sözü zarafata salıb deyərlər в каждой шутке есть доля правды
Azərbaycanca-rusca lüğət / zarafat1 i. 1. joke; jest; fun; ~ bir yana joking apart; ~ üçün in jest, for fun; Zarafat deyil ... Sənə zarafat gəlməsin ... It is no joke ..., It is not so easy ..., It is no laughing matter (+to inf.); ~ etmək to joke (with), (araya qoymaq) to make* fun of smb.; amer. to haze (d.), (ciddi danışmamaq) to be* in jest, to make* jokes, d.d. to be* funny; to fool; odla ~ etmək to play with fire; Zarafat eləməyə halım / təhərim yoxdur I’m in no joking mood; Zarafat eləmirəm I’m serious, I’m not joking; bir şeyi ~a salmaq to jest / to laugh smth. away; ~ üçün demək to say* smth. only for a rag; Sözün doğrusunu zarafatda deyərlər at. söz. ≅ Many a true word is spoken in jest; 2. (oyun, hoqqa) prank, trick
Azərbaycanca-ingiliscə lüğət / zarafat1 is. 1) plaisanterie f, blague f ; farce f ; ~ etmək plaisanter vi, badiner vi, rire vi ; dan. blaguer vi ; ~ bir yana! plaisanterie à part! dan. blague à part! pis ~ mauvaise plaisanterie, malice f ; ~ üçün pour plaisanter, pour rire, par blague ; ~ deyil (sənə ~ gəlməsin) ce n’est pas facile, ce n’est pas un jeu d’enfant ; ~ eləməyə halım (təhərim) yoxdur je ne suis pas d’humeur à plaisanter, à rire ; ~ eləmirəm je suis sérieu||x, -se, je ne plaisante pas ; bir şeyi ~a salmaq prendre qch à la blague ; 2) badinerie f (oyun) ; bouffonerie f (hoqqa)
Azərbaycanca-fransızca lüğət / zarafat1 [ər.] 1. сущ. зарафат; zarafat etmək (eyləmək) зарафат авун, зарафатун; zarafata salmaq зарафатдал вегьин; 2. zarafatla нареч. зарафатдалди, зарафатдин рекьелди, зарафат тегьерда.
Azərbaycanca-ləzgicə lüğəti / zarafat