marağa sözü azərbaycan dilində

marağa

Yazılış

  • marağa • 88.7105%
  • Marağa • 11.1859%
  • MARAĞA • 0.1036%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Hacıbağırkəndi (Marağa)
Hacıbağırkəndi (fars. حاجي باقركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (26 ailə).
Hacıkürd (Marağa)
Hacıkürd (fars. حاجي كرد‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,101 nəfər yaşayır (512 ailə).
Hacıkənd (Marağa)
Hacıkənd (fars. حاجي كندي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Heris (Marağa)
Heris (fars. ‎‎هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Kahcıq (Marağa)
Kahcıq (fars. كهجوق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,256 nəfər yaşayır (306 ailə).
Kamilabad (Marağa)
Kamilabad (fars. كامل اباد‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (150 ailə).
Köhlən (Marağa)
Köhlən (fars. كهلان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 423 nəfər yaşayır (99 ailə).
Kərəmcavan (Marağa)
Kərəmcavan (fars. ‎‎‎كرمجوان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,262 nəfər yaşayır (506 ailə).
Laləzar (Marağa)
Laləzar (fars. ‎‎‎‎لاله زار‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə əhali yaşamır.
Marağa (Dağıstan)
Marağa – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Marağa kəndi «„Marağa kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 1791 nəfər təşkil etmişdir. == Tarixi == Kəndin tarixi mənbələrdə VII əsrdə salınması qeyd edilir. Elə ilk yazılı mənbələrdə bu əsrə aiddir. O zaman kənd əlalisinin Ərəbistan yarımadasından gəlməsi qeyd edilir. Mağaralıların Altaydan gəlmiş türk qəbilələri olmaları qeyd edilir.
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Marağa (Tərtər)
Şıxarx (əvvəlki adları: Leninavan, daha əvvəl — Marquşevan; ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Şıxarx qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini "Marağa" adlandırdılar. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar ərzidə abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 30 iyun 1959-cu il tarixində Marquşevan kəndinin adı dəyişdirilib Leninavan adlandırılmışdı. Digər mənbəyə görə, indiki Şıxarx 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. Sovet vaxtı Azərbaycan SSR 1961-ci il üçün, 1963-cü il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə Marağa kəndi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan kənd Sovetinin tərkibində göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 yanvar 1966-cı il tarixli Fərmanı ilə Leninavan kəndini şəhər tipli qəsəbələr kateqoriyasına keçirmək, şəhər tipli Leninavan qəsəbəsində qəsəbə Soveti yaratmaq, Leninavan kənd Sovetini ləğv etmək, şəhər tipli Leninavan qəsəbəsi ilə birləşdiyi üçün Marağa kəndini yaşayış məntəqələri siyahısından çıxarmaq haqqında o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı. Qarabağ münaqişəsinin başlamasından əvvəl Azərbaycan SSR 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Leninavan şəhər tipli qəsəbəsi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan qəsəbə Sovetinin mərkəzi kimi göstərilir.
Marağa (dəqiqləşdirmə)
Marağa — İranda Güney Azərbaycanda şəhər. Marağa (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində qəsəbə. Yeni Marağa və ya Nor Marağa — Tərtər rayonu ərazisində kənd. Marağa (Misir) — Misirdə şəhər. Marağa (Dağıstan) — Marağa (Savə) — Savə şəhristanında kənd.
Marağa Universiteti
Marağa Universiteti (fars. دانشگاه مراغه‎) — İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının Marağa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Saleh Şahabivənddir. == Tarixi == Marağa Universiteti 1987-ci ildən fəaliyyət göstərir. == Kontingent == Marağa Universitetində min nəfərdən çox tələbə təhsil alır. == Azərbaycanşünaslıq Dərnəyi == Universitetdə Azərbaycanşünaslıq Dərnəyi fəaliyyət göstərir. Dərnək türk dili və ədəbiyyatının tədris edilməsi ilə bağlı xeyli cəhd göstərmiş, universitetin Mədəniyyət Şurasına çoxlu məktublar göndərmişdir. Nəhayət, dərnəyin müraciəti Mədəniyyət Şurasından Universitetin Təhsil Şurasına, oradan isə Elm, Təhqiqat və Texnologiya Nazirliyinə çatdırılıb. Sonra müraciətin cavablandırılması üzrə prosedur yenidən Universitetin Qərarçıxarma Şurasına tapşırılıb. Şura isə tələbələrin ardıcıl müraciətlərini nəzərə alaraq müraciəti dəyərləndirib və bu barədə 2016-cı ildə müsbət qərar çıxarıb.
Marağa livası
Marağa livası və ya Marağa sancağı — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1725 ci ildə XVIII əsrdə bu ərazilərdə aparılmış təhrirə əsasən isə Marağa livasının tərkibinə Benacu, Səracu, Bukan , Kavdul maa′ Miyandoab (yəni, Kavdul ilə Miyandab birlikdə), Əcri, Leylan və Əkərtu nahiyələri, ibarətdir Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Marağa livasına Benacu və Bukan nahiyəsi əlavə edilmiş, yuxarı və aşağı olan Əcri nahiyəsi birləşdirilmiş, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış, XVI əsrdə Marağa livasının tərkibində olan Axtaçı nahiyəsi vahid nahiyəyə çevrilərək Soyuqbulaq livasına daxil edilmişdir.
Marağa mədrəsələri
Marağa mədrəsələri - Azərbaycanın Marağa şəhərində XIII əsrə aid “Atabəylər”, “Qazı” və “Əhmədağa” adlı üç mədrəsə. == Haqqında == === Atabəylər mədrəsəsi === Marağada da “Atabəylər” mədrəsəsi fəaliyyət göstərmişdir. Bu mədrəsə alim qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. Onun özü də bu mədrəsədə müdərrislik etdiyi üçün “əl-müdərris” ləqəbini almışdır. Azərbaycan Atabəyləri və sultanlarının yanında böyük hörmət və mərhəmət sahibi olmuşdur. O, sultan Cəlaləddin Xarəzmşahın yanına gəldikdə, sultan onu ən hörmətli adam kimi qəbul edir və taxtda öz yanında oturdurdu. Ömrünün axırında İrbilə köçür və 628 (9.XI 1230- 28.X 1231)-ci ildə vəfat edir. === Qazi mədrəsəsi === Bu mədrəsə Marağada fəaliyyət göstərirdi. Müdərrislərdən Sərab qazısı Kamal əl-Din (ö.1230-1231-ci ildə, İrbildə) Azərbaycan Atabəyləri yanında böyük hörmət-izzət sahibi olmuşdur. === Əhmədağa mədrəsəsi === Bu mədrəsə də Marağada fəaliyyət göstərirdi.
Marağa qətliamı
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.
Marağa rəsədxanası
Marağa rəsədxanası — Elxan Hülakü xanın əmri himayəsi və alim astronom Nəsirəddin Tusi rəhbərliyi ilə yaradılmış astronomik rəsədxana. İranın Şərqi Azərbaycan ostanındakı Marağa şəhərində yerləşən rəsədxana 1259-cu ildə yaradılmışdır.YUNESKO 2009-cu ili "Marağa Rəsədxanası" ili adlandırıb. Bu tikili 1985-ci ildə İranın milli abidələri siyahısında qeydə alınıb və son illərdə dünya irsində qeydiyyata alınması üçün bu tarixi binanın dirçəldilməsi nəzərdə tutulub. == Tarixi == Keçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diqqət mərkəzində olan Marağa rəsədxanası 1259–1271-ci ildə yaradılmışdır. Rəsədxana Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini öz ətrafına toplayaraq, həmin dövrün bütün elmləri ilə məşğul olduğu üçün, bir növ akademiyanı əvəz edirdi. Rəsədxana haqqında məlumat verən əsərlərdə qeyd olunduğuna görə, onun memarı Fəxrələddin Əhməd ibn Osman Mərağeyi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və dənizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. Təxminən 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin ortalarında tədqiq olunmağa başlanılmışdır. Rəsədxanada işləmiş alimlərin sayı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin "Rövzətüssəfa"nın müəllifi Mirxond, Əbqa / Abaqa xan tərəfindən Xacə Nəsirəddinin şagirdlərindən yüz nəfərinin mükafatlandırılması barədə məlumat verir.
Marağa sabunu
Marağa sabunu — Cənubi Azərbaycanın Marağa şəhərində düzəldilən sünnəti (ənənəvi) bir sabun adıdır ki, Marağada ənənəvi və yarı-sənaye üsullarıyla hazırlanır. Bu sabun çox vaxt sarı rəngdə olur və dərinin təravətli qalması və sağlamlığı üçün çox faydalıdır. Deyilənlərə görə, 150 ildən çoxdur ki bu sabun düzəldilir. Azərbaycanın eşiyində də adlımdır (məşhurdur) və satılır. İstehsalında heyvan piyi və kostik sodadan istifadə olunur. == Marağa sabunu necə düzəlinir? == Marağa sabunu qoyun quyruğu və natrium hidroksiddən (acışdıran sudan) düzəlinir, və yeni kimyəvi maddənin qatılmamağına görə dəriyə zərərli deyil. Marağa sabunu sarı boyasından əlavə, ağ və qara boyasında da düzəlinir. Sarı və ağ sabunun təkcə boyalarında fərqləri var, ancaq qara Marağa sabunu, materialın artıqlarından düzəldilir və təmizləmə gücü az olur. Bu sabuna sidr və xına da qatılanda baş qovağının (kəpəyi), saç tökülməsinin qarşısının almaqda yararlıdır və saçın kökünü gücləndirir.
Marağa sancağı
Marağa sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Bu zaman Marağa livası Səracu, Leylan, Əgərtu, Kavdul, Miyandab, Axtaçı-ulya (Yuxarı Axtaçı) və Axtaçı-suflə (Aşağı Axtaçı-G.Qafqazlı) nahiyələrdən ibarət olmuşdur. Suldus livası isə Suldus, Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Marağa tüməni
Marağa tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin "Nüzhət əl qülub" əsərində verilmiş məlumatların təhlili göstərir ki, Marağa Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Marağa tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Marağa xanlığı
Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı. Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi. Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir. Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi. Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi. Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl. Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı. Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu.
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hüseyn Dəxil Marağayi
Axund Molla Hüseyn Marağayi — "Dəxil" təxəllüsü ilə Azərbaycan şairlərindən dir ki Marağada dünyaya gəlib. O,Azərbaycan dilində şeir yazıb. Bu şair 19-cu yüzildə yaşayırdır. == Həyatı == Hüseyn dəxil Marağayinin dəqiq doğum tarixi bəlli deyildir. Lakin onun XIX əsrdə bu şəhərdə dünyaya gəldiyi və elə o şəhərdə də vəfat etdiyi bilinməkdədir. O, Marağa şəhərində fəaliyyət göstərən axundlardan biri olmuşdur. === Fəaliyyəti === Hüseyn Marağayinin şeiriyyatının önəmli hissəsini şiəlik ilə bağlı hadisələrin poetik təsviri təşkil etməkdədir. O, Kərbəla döyüşündə İmam Hüseynin öldürülməsi hadisəsi barədə xeyli şeirlər yazmış, eləcə də İmam Əli, Zeynəb bint Əli barədə də əsərlər yaratmışdır. Ümumilikdə o, Kərbala hadisəsi barədə 7 cildlik əsər yazmışdır. Onun divanı müxtəlif vaxtlarda Təbriz şəhərində Azərbaycan türkcəsində çap edilmişdir.
Marağa-150 abidəsi
Marağa-150 abidəsi — Azərbaycan SSR-in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə ucaldılmış abidə. Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılmışdır. "Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik yol məsafəsi vardır. == Xarici mətbuatda == “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin könüllü olaraq icra etdiyi “Erməni yalanları dünya mediasında” layihəsi çərçivəsində xaricdəki soydaşlarımızın dəstəyi ilə Norveçin “Utrop” (utrop.no), Albaniyanın “Nacional”, Pakistanın “Thefortress.com” və “Globalurdunews.com”, Türkiyənin “Haberiniz.com.tr” saytlarında “Marağa-150” abidəsi haqqında yazılar dərc olunub.
Marağa Fosil Sahəsi
Marağa Fosil Sahəsi — 1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən, İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerləşən 7–12 milyon il öncəyə aid olan heyvan qalıqları sahəsi. == Haqqında == Marağa fosil sahəsində ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib. Marağa fosil sahəsi 40 min hektardan çox çox ərazini əhatə edir və 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib. Maraghe'nin fosil sahəsi, dünyanın elmi icmaları tərəfindən illər əvvəl diqqət yetirilən məməlilərin fosillərinə görə dünyanın bənzərsiz yerlərindən biridir. Fosil bölgəsinin əhəmiyyətinə görə bu şəhərdə 15 il öncə Fosil Tədqiqat Mərkəzi və bir muzeyin inşası başlayıb lakin hələ bu layihələ başa çatmayıb.

marağa sözünün leksik mənası və izahı

"marağa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#marağa nədir? #marağa sözünün mənası #marağa nə deməkdir? #marağa sözünün izahı #marağa sözünün yazılışı #marağa necə yazılır? #marağa sözünün düzgün yazılışı #marağa leksik mənası #marağa sözünün sinonimi #marağa sözünün yaxın mənalı sözlər #marağa sözünün əks mənası #marağa sözünün etimologiyası #marağa sözünün orfoqrafiyası #marağa rusca #marağa inglisça #marağa fransızca #marağa sözünün istifadəsi #sözlük