Mariya sözü azərbaycan dilində

Mariya

Yazılış

  • Mariya • 99.7024%
  • MARİYA • 0.2451%
  • mariya • 0.0525%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
Kalabriyalı Mariya
Alba qrafinyası Kalabriyalı Mariya (it. Maria; 6 may 1329, Neapol – 20 may 1366, Neapol) — böyük bacısı Kraliça I İoannanın ölümündən sonra Neapol tacını miras almış Anju-Siciliya ailəsinin neapollu şahzadəsi. == Həyatı == === Erkən həyatı === Mariya Kalabriya hersoqu Karlın (Neapol Kralı Müdrik Robertin böyük oğlu) və Valualı Mariyanın (Fransa Kralı VI Filippin ögey bacısı) beşinci və ölümündən sonra dünyaya gələn övladı idi. O, atasının ölümündən təxminən altı ay sonra, 9 noyabr 1328-ci ildə anadan olub. Onun doğulduğu vaxt, üç böyük bacısı və bir qardaşından yalnız 1325-ci ilin martında anadan olmuş bacısı İoanna sağ idi. İki il sonra, 23 oktyabr 1331-ci ildə Mariyanın anası Valualı Mariya Bariyə ziyarəti zamanı öldü və Mariya və onun böyük bacısı İoanna (hazırda Neapol taxtının varisi) yetim qaldı. Hər ikisi ata tərəfdən babaları Kral Robertin Neapoldakı sarayında böyüdülər. 30 iyun 1332-ci il tarixli qərarla Papa XXII İoann rəsmi olaraq Mariya və onun böyük bacısının Macarıstan Kralı I Karlın oğulları ilə evlənəcəyinə qərar verdi: İoanna Macarıstanlı Endryu ilə nişanlandı, Mariya isə böyük qardaşı ilə nişanlandı — Macarıstan taxtının varisi, Macarıstan Kralı I Lüdovik; lakin bu nişan, İoannanın evliliyi başa çatana qədər öldüyü təqdirdə Mariyanın kiçik qardaşı Endryu ilə evlənəcəyini şərtləndirdi. Kral Robert bu yolla Neapol tacından məhrum olan böyük qardaşının övladları ilə öz qan soyunu öz xeyrinə barışdırmaq istəyirdi. Mariyanın babası 20 yanvar 1343-cü ildə vəfat etdi.
Macarıstanlı Mariya
Arpad sülaləsindən olan Macarıstanlı Mariya (mac. Mária; 1257, bilinmir – 25 mart 1323, Neapol) — Kral II Karlla evliliyi ilə Neapol Kraliçası olmuş qadın. O, Macarıstanlı V İştvan və onun həyat yoldaşı Kumanlı Yelizavetanın qızı idi. Mariya ərinin olmadığı müddətdə 1290–1294-cü illərdə Provansda və 1295–1296, 1296–1298 və 1302-ci illərdə Neapolda regent vəzifəsində çalışmışdır. == Ailəsi == Mariyanın anası digər kumanlar kimi şamanizm inancına sahib idi. O, Avropanın müasir xristianları tərəfindən bütpərəst hesab olunurdu və Yelizaveta Mariyanın atası İştvan evlənmək üçün katolikliyi qəbul etməli oldu. Onun hansı yaşda xristianlığı seçdiyi məlum deyil, lakin ola bilər ki, o, uşaqlıqdan Macarıstan kral sarayında pravoslav kimi böyüyüb. Mariya altı uşağın ikincisi idi. Onun bacıları Yelizaveta və Yekaterina hər ikisi Serbiyanın Kraliçası oldular. Başqa bir bacı, Anna II Andronik Paleoloq ilə evləndi.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Eleonora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Eleonora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Mariya Boleyn
Mariya Boleyn (İngiliscə: Mary Boleyn) (təq. 1499 – 19 iyul 1543, Esseks[d]) — İngiltərə kralı VIII Henrinin hakimiyyəti boyunca böyük gücə sahib olan Boleyn ailəsinə mənsub olan Kraliça Anna Boleynin bacısı. 1521-1526 tarixləri arasında Kral VIII Henrinin sevgililərindən biri olmuşdur. Kralın iki övladını dünyaya gətirsə də, kral bu uşaqların heç birini qəbul etmədi. Hətta bəzi şayələrə görə Mariya Boleyn 1515-1519 tarixlərində VIII Henrinin rəqibi Fransa kralı I Fransiskin də sevgilisi olmuşdur. Mariya Boleyn iki dəfə evləndi: 1520-ci ildə William Carey ilə və 1534-cü ildə William Stafford ilə gizlicə evləndi. Mariya Boleynin gizlicə baş tutan ikinci evliliyi isə həm bacısı Kraliça Anna Boleyni, həm də Kral VIII Henrini hirsləndirdi və nəticədə Mariya kral sarayından sürgün edildi. Həyatının geri qalanı haqqında məlumat çox azdır. Bacısı Anna Boleynin edamından sonra daha 7 il yaşadı. == Gənclik illəri == Mariya böyük ehtimalla Norfolkdakı ailə mülklərində dünyaya gəlmişdi və gənclik illəri Kent əyalətindəki Hever qalasında keçdi.
Mariya Borisova
Mariya Borisova (d. 28 iyul 1997) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Borisova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Mariya Borodakova
Mariya Borodakova — rusiyalı qadın voleybolçu. Dinamo Kazan klubunda kapitan olan Mariya blokçu möqeyində oynayır. == Karyerası == Mariya Borodakovanın karyerasının çox hissəsi Dinamo Moskvada keçmişdir. Voleybolçu burada beş sezon forma geyindikdən sonra Əczacıbaşına transfer olunmuşdu. Moskvada keçirdiyi beş mövsümdə üç dəfə Rusiya çempionatının qızıl medalını qazanan voleybolçu Türkiyədə heç bir çempionluq yaşaya bilməmişdi. 2010-cu ildə transfer olunduğu Dinamo Kazanda ən böyük uğurlarını yaşayan Mariya burada kapitanlıq sarğısına da yiyələnmişdi. Klubla keçirdiyi ilk mövsümdə Rusiya çempionatını və kubokunu qazanan voleybolçu 2013-14 sezonunda Çempionlar Liqasının kubokunun başı üzərinə qaldırmışdı. Həmin mövsümün öncəsi və sonrası Rusiya çempionatı qazanan Dinamo Kazanın kapitana Mariya 2014-cü ildə Klublararası dünya çempionatıında da çempionluq sevinci yaşamışdı. Borodakovanın milli komanda karyerası da klub karyerası kimi rəngarəndir. Hər bir voleybolçunun qazanmaq arsuzu olduğu dünya çempionatında iki dəfə fəxri kürsününün ən yüksək pilləsinə qalxmışdı.
Mariya Davitaşvili
Mariya Şalvovna Davitaşvili (gürc. მერი (მარიამ) შალვას ასული დავითაშვილი; 13 mart 1924 – 17 fevral 2014) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi. Gürcüstan SSR əməkdar artisti (1960), Gürcüstan SSR xalq artisti (1979), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət Mükafatı laureatı (1981). == Həyatı == 1946-cı ildə Tbilisi Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində Andrey Balançivadzenin kursunu bitirib. 1968-1992-ci illərdə Gürcüstan Bəstəkarlar İttifaqının üzvü olub. SSRİ Bəstəkarlar İttifaqının Təftiş Komissiyasının katibi və üzvü seçilib. Mariya Davitaşvilinin rəhbərliyi ilə mütəmadi olaraq uşaq musiqi həftələri keçirilirdi. Mariya Davitaşvili 1973-cü ildən - Tbilisi Konservatoriyasında müəllim kimi çalışmağa başlamışdır. == Yaradıcılığı == Mariya Davitaşvili təbiəti dəyişdirən insanların həyatından bəhs edən "Samqori" (Günəşin toyu) baletinin müəllifidir. Balet 1956-cı ildə Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrında səhnələşdirilmişdir.
Mariya Feodorovna
Mariya Feodorovna (rus. Мария Фёдоровна; 14 (25) oktyabr 1759, Şetsin – 5 noyabr 1828[…], Qış sarayı) — Rusiya imperatoru I Pavelin ikinci xanımı.
Mariya Fyodorovna
Mariya Fyodorovna (rus. Мария Фёдоровна; 26 noyabr 1847[…], Kopenhagen – 13 oktyabr 1928) — Rusiya imperatoru III Aleksandrın həyat yoldaşı, imperator II Nikolayın anası, imperatriça. == Həyatı == Mariya Sofiya Frederika Daqmar (Daqmara) 14 oktyabr 1847-ci ildə Qlyuksburq şahzadəsi Kristian (sonradan Danimarka kralı IX Kristian) və Luiza Karolina Hessen-Kasselin dördüncü övladı olaraq dünayaya gəlir. İlk olaraq Daqmara çar II Aleksandrın böyük oğlu Nikolay Aleksandroviçlə nişanlansada bu izdivac baş tutmur. Belə ki, Romanovlar taxt-tacının vəliəhdi 1865-ci ildə 21 yaşında İtaliya səfərində vərəm xəstəliyindən vəfat edir. Qəfil ölüm sülalə üzvlərini sarsıldır. Bu zamanlarda Daqmara və çarın ikinci oğlu Aleksandr arasında yaxınlaşma olur. Aleksandr xatirələrində bu haqda yazır: 17 iyun 1866-cı ildə yeni cütlük Kopenhagendə nişanlanır. Həmin ilin 12 oktyabrında Qış sarayının kafedral kilsəsində provaslavlığı qəbul edən Daqmara növbəti gün Mariya Fyodorovna adını qəbul edir. 28 oktyabrda Aleksandr və Mariya Qış sarayının Böyük kilsəsində evlənirlər.
Mariya Georgatou
Mariya Georgatou (10 may 1984) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Georgatou Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Mariya Kadobina
Mariya Kadobina (4 fevral 1997, Minsk) — Belarusu təmsil edən bədii gimnast. Mariya Kadobina, 2016-cı ildə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Mariya Kadobina, 2016-cı ildə Belarus bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anna Dudzenkova, Mariya Katsiak, Valeriya Pişelina və Arina Tsitsilina ilə birgə final yarışlarında 35.299 xal topladı və 5-ci yeri tutdu.
Mariya Kakiou
Maria Kakiou (d. 29 yanvar 1989; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Mariya Kakiou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariya Kakiou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Liana Xristidou, Yeleni Xronopoulou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Mariya Kallas
Mariya Kallas (yun. Μαρία Κάλλας, doğum şəhadətnaməsindəki adı — Sofiya Seseliya Kalos, ing. Sophia Cecelia Kalos, xaç suyuna çəkilərkən aldığı ad Anna Mariya Sesiliya Sofiya Kaloqeropulos, yun. Άννα Μαρία Καικιλία Σοφία Καλογεροπούλου; 2 dekabr 1923[…], Nyu-York, Nyu-York ştatı – 16 sentyabr 1977[…], Paris) — yunan əsilli Amerika opera müğənnisi, soprano. XX əsrin ən məşhur opera müğənnilərindən biri. O, ifadəli belkanto texnikasına, geniş səs diapazonuna və böyük artistlik istedadına sahib idi. Onun repertuarına klassik operalardan tutmuş Donizetti, Bellini, Rossini, Verdi və Puççininin bel-kanto operaları daxil idi. O, özünün nəzərəçarpan musiqi və artistik qabiliyyətlərinə görə La Divina (azərb. İlahə‎) ləqəbinə layiq görülmüşdü. == Həyatı == Mariya Kallas Nyu-Yorkda yunan mühacir valideynlərinin ailəsində anadan olub.
Mariya Kapnist
Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993, Kiyev) — ukraynalı aktrisa, Ukrayna SSR-nin əməkdar artisti (1988). O, uzunmüddətli aktyorluq karyerası ərzində (1956–1993) yüzdən çox rolda oynamışdır. == Erkən həyat və təhsil == Marietta Rostislavivna Kapnist 9 (22) mart 1913-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası qraf Rostislav Kapnist, Zaporojye ordusunun Mirqorod və Kiyev polkovniki Vasili Kapnistin birbaşa nəslindən, anası Anastasiya Baydak isə Zaporojye atamanı İvan Sirkonun nəvəsi idi. Kapnist ilk vokal dərslərini rus opera müğənnisi Fyodor Şalyapindən almışdır. Kapnist ailəsi 1917-ci ilə qədər Sankt-Peterburqda yaşamış, həmin il Rusiya inqilabı səbəbi ilə Krıma, Sudaka qaçmalı olmuşdurlar. Kapnistin atası 1921-ci ildə ÇK-nın cəza dəstəsi tərəfindən güllələnib. Tezliklə kapnistlərin Sudakdakı evi dağıdılmış və sağ qalan ailə üzvləri gizlənməli olmuşdur. 1927-ci ildə Kapnist xalası ilə yaşamaq üçün Kiyevə köçdü və orada fəhlə məktəbini bitirdi. O daha sonra Leninqrada köçərək 1934-cü ildə Aleksandr Puşkin adına Leninqrad Dram Teatrında Yuri Yuriyevin teatr studiyasına daxil oldu.
Mariya Katsiak
Mariya Katsiak (2 mart 1997, Minsk) — Belarusu təmsil edən bədii gimnast. Mariya Katsiak, 2016-cı ildə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Mariya Katsiak, 2016-cı ildə Belarus bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anna Dudzenkova, Mariya Kadobina, Valeriya Pişelina və Arina Tsitsilina ilə birgə final yarışlarında 35.299 xal topladı və 5-ci yeri tutdu.
Mariya Kaçinska
Mariya Kaçinska (pol. Maria Helena Kaczyńska; 21 avqust 1942 – 10 aprel 2010, Smolensk) — Polşanın birinci xanımı. == Həyatı == Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib. Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib. Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub.
Mariya Kaçinskaya
Mariya Kaçinska (pol. Maria Helena Kaczyńska; 21 avqust 1942 – 10 aprel 2010, Smolensk) — Polşanın birinci xanımı. == Həyatı == Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib. Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib. Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub.
Mariya Keneşi
Mariya Keneşi (mac. Mária Kenessey; 1 aprel 1946, Budapeşt) — macar türkoloq alim. == Həyatı == Maria Keneşi aprelin 1-i 1946-cı ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 1967-ci ildə Zumplaov Luka Georgiyevlə ailə həyatı qurmuşdur. 2 övladı var == Təhsili == O , ibtidai təhsilini 5-ci sinifdən sonra rus dilində təhsil aldığı Újpest əyalətinin Atilla küçəsindəki məktəbdə almışdır. Ümumi orta məktəbin 8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət göstərən rus dili və ədəbiyyatı təmayüllü gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında rus dilində keçirilən dərslərin üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə yaxından tanış olmağa başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü kursda oxuyarkən olduqca çətin imtahan verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qəbul olunur. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b. dərs demişdir.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Mariya Kirbasova
Mariya Kirbasova (rusca:Мария Ивановна Кирбасова, 1941, SSRİ – 2011) — Rusiya Əsgər Anaları Komitəsinin əsasını qoyan insan haqları aktivisti. Rusiyada anadan olan Mariya Kirbasova Kalmık əsillidir. 1955-ci ildə Mariya Kirbasova Thorolf Rafto Memorial Mükafatı və Sean MakBrayd Sülh Mükafatı ilə təltif edilmişdir. O, həmçinin 1996-cı ildə Right Livelihood Mükafatı ilə təltif edilmişdir. == Həyatı == Mariya Kirbasova İkinci Dünya müharibəsi zamanı Sibirə sürgün edilmiş Kalmık ailəsində anadan olmuşdur. Ona və onun ailəsinə 1950-ci illərdə — Xruşşovun hakimiyyəti illərində ata-baba yurdlarına geri dönmələrinə icazə verildi. O, düşüncə baxımından pasifist buddist olmuşdur. Onun oğlu Petia 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. Kirbasova oğlunun hərbi xidmətə çağırılmasına hərarətli formada qarşı çıxmış və Sovet Ordusunda xidmət edən əsgərlərin yaşadıqları şərtlərə qarşı etirazlar təşkil etmişdir. O, Rusiya Əsgər Anaları Komitəsininə katib seçilmişdir.
Mariya Kobörn
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Mariya Kolikova
Mariya Kolikova (slovak. Mária Kolíková 29 avqust 1974, Dunayska Streda, Trnava diyarı) — Slovak qadın siyasətçi və hüquqşünas. Magitr. «İnsanlar üçün» Partiyasının üzvü. 21 mart 2020-ci ildən bəri İqor Matoviçin rəhbərlik etdiyi hökumətdə mövcud ədliyyə naziri. 29 fevral 2020-ci ildən 21 mart 2020-ci ilədək Milli Radasının deputatı. == Bioqrafiyası == 29 avqust 1974-cü ildə Dunay-Streda şəhərində anadan olmuşdur. 1993-1999-cu illərdə Bratislavadakı Y.A. Komenski Universitetinin Hüquq fakültəsində oxuyub. Magistr dərəcəsi almışdır. 1998-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərindəki Kvazulu-Natal Universitetində təhsil almışdır.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Mariya Göppert-Mayer
Mariya Göppert-Mayer (28 iyun 1906[…], Katovitse, Prussiya, Almaniya imperiyası – 20 fevral 1972[…], San-Dieqo, Kaliforniya) — Alman – ABŞlı fizik. Fizika sahəsində atom nüvəsinin nüvə qabıq modeli ilə Nobel mükafatına layiq görülmüşdür. Mariya Küridən sonra Nobelə layiq görülən ikinci qadındır. Göttigen Universitetindən məzun olan Mariya Göppert-Mayer doktorluq dissertasiyasını atomlar tərəfindən sovrulan iki mümkün foton nəzəriyyəsi üzərində yazmışdır. Hazırladığı tezisinin təcrübi təsdiqlənməsi o illərdə uzaq bir ehtimal olarkən, lazerin inkişaf etdirilməsi bunu mümkün etmişdir. Bu gün iki foton udmanın kəsik sahəsinin ölçü vahidi Göppert-Mayer (GM) vahidi ilə xarakterizə olunur. Mariya Göppert-Mayer o sırada Johns Hopkins Universitetində dosent olan Cozef Edward Mayer ilə evlənmiş və Amerika Birləşmiş Dövlətlərinə yerləşmişlər. Johns Hopkins Universiteti o sirlərdən çox qatı olaraq tətbiq olunan "adam / yoldaş himayə etmə" (nepotism) qaydaları səbəbi ilə Mariya Göppert-Mayeri alim olaraq işə almamış. ancaq assistent olaraq bir iş vermişdir. Mariya Göppert-Mayer mövzusunun ən orijinal məqaləsi olaraq qəbul edilən "cüt beta tənəzzülü" (double beta decay) məqaləsini 1935-ci ildə asistent olarkən yazmışdır.
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.
Mariya Kayetana de Silva Alba
Mariya Kayetana de Silva Alba (isp. María del Pilar Teresa Cayetana de Silva y Álvarez de Toledo; 10 iyun 1762 – 23 iyul 1802)—Alba hersoginyası. == Əsl adı == isp. Doña María del Pilar Teresa Cayetana de Silva Álvarez de Toledo y Silva Bazán, décimo tercera duquesa de Alba de Tormes, décima primera duquesa de Huéscar, sexta duquesa de Montoro, octava condesa-duquesa de Olivares, décimo primera marquesa del Carpio, décimo tercera marquesa de Coria, novena marquesa de Eliche, décimo segunda marquesa de Villanueva del Río, sexta marquesa de Tarazona, marquesa de Flechilla y Jarandilla, décimo primera condesa de Monterrey, décimo cuarta condesa de Lerín, décimo tercera condesa de Oropesa, décimo cuarta Condestablesa de Navarra, décimo segunda condesa de Galve, décimo cuarta condesa de Osorno, de jure duquesa de Galisteo, décimo primera condesa de Ayala, novena condesa de Fuentes de Valdepero, condesa de Alcaudete, condesa de Deleitosa, señora del estado de Valdecorneja, señora de las baronías de Dicastillo, San Martín, Curton y Guissens. == Həyatı == Bir gün rəssam Fransisko Qoyyanın həyatında iyirmi yaşlı hersoqinya Alba peyda oldu. Alba Qoyyanın ömür boyu ən çox arzuladığı qadın olub. Həyatının ilahəsini rəssam məhz Albada tapmışdı. Təkrarolunmaz rəssamı görmək ümidilə Alba onun emalatxanasına getmişdi. 1795-ci ilin yayında baş verən görüşdən sonra rəssam dostuna demişdi ki, nəhayət, həyatın nə olduğunu anlayıb. Onların ehtiraslı münasibəti yeddi il davam etdi.

mariya sözünün leksik mənası və izahı

Oxşar sözlər

#mariya nədir? #mariya sözünün mənası #mariya nə deməkdir? #mariya sözünün izahı #mariya sözünün yazılışı #mariya necə yazılır? #mariya sözünün düzgün yazılışı #mariya leksik mənası #mariya sözünün sinonimi #mariya sözünün yaxın mənalı sözlər #mariya sözünün əks mənası #mariya sözünün etimologiyası #mariya sözünün orfoqrafiyası #mariya rusca #mariya inglisça #mariya fransızca #mariya sözünün istifadəsi #sözlük