* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••• | 1.18 |
2005 | •••••••• | 0.67 |
2006 | •••••••••••••• | 1.13 |
2007 | •••••••• | 0.63 |
2010 | ••••• | 0.36 |
2011 | •••••• | 0.51 |
2012 | ••••••• | 0.52 |
2013 | ••••••••••••••••••• | 1.60 |
2014 | •••••••••••••••••••• | 1.72 |
2018 | •••••• | 0.45 |
1 is. [ər.] 1. Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi. Bir çox Misir mumiyası hal-hazıra qədər qalır və muzeylərdə saxlanılır. “Qədim dünya tarixi”. 2. məc. Dərman, dava, əlac. Bir sınmışa mumiya dilərdim; Bir xəstə üçün şəfa dilərdim. Füzuli. 3. məc. Cansızlığı, arıqlığı, hərəkətsizliyi və s. xassələri ilə qurumuş cəsədi xatırladan adam haqqında. Yazıq Xədicə dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti2 is. [ər.] Müxtəlif qırmızı rəngləri olan toz halında mineral boya.
Azərbaycan dilinin izahlı lüğəti1 Qədim misirlilər üçün insanın ölümündən sonra onun bədənini qoruyub saxlamaq çox vacib idi. Misirlilərin axirət dünyası haqda olduqca mürəkkəb təsəvvür sistemləri var idi. Onlar hesab edirdilər ki, ölümdən sonrakı həyatın bütün üstünlüklərindən yalnız dünyasını dəyişdikdən sonra bədənləri qorunub saxlananlar tam yararlana bilərlər. Buna görə də misirlilər ölənlərin bədənlərini konservləşdirmək üçün müxtəlif üsullara əl atırdılar. Daxili orqanları çıxardaraq ayrıca daş qablarda saxlayırdılar. Həyatın əsasını təşkil edən ürəyi isə yenidən bədənə qaytarırdılar. Sonra bədəni xüsusi məhlulların içinə yerləşdirirdilər. Həmçinin çox geniş yayılmış maddələrdən – arı mumu, yağ və duzdan da istifadə edirdilər. Olduqca mürəkkəb olan bu proses 70 gün çəkə bilərdi. Sonra bədəni su keçirməsin deyə mum hopdurulmuş kətan bintlə sarıyırdılar. E.ə. 525-ci ildə Misiri tutan farsların diqqətini, əsasən, bədənə dolanmış kətanın üzərindəki nazik mum təbəqə cəlb etmişdi. Farslar onu mum adlandırmağa başladılar. Misiri bundan 1100 il sonra istila edən ərəblər üçün bu söz “mumia”ya, yəni bizim bu gün də işlətdiyimiz “mumiya“ya çevrildi. Vaxt keçdikcə bu söz daha geniş məna kəsb etdi. Təsadüfən hansısa xüsusi bir şəraitə düşərək çürüməyən cəsəd mumiyalanmış adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti1 1. мумия (труп, высушенный и забальзамированный для долгого сохранения); 2. краска из окиси железа;
Azərbaycanca-rusca lüğət2 1 сущ. мумия: 1. труп человека или животного, не разложившийся благодаря бальзамированию. Qədim Misir mumiyaları древнеегипетские мумии 2. о человеке, напоминающем худобой, безжизненностью и т.п. высохший труп 2 сущ. мумиё (смолоподобный продукт естественного происхождения, употребляемый с древних времён с лечебными целями) 3 сущ. мумия (минеральная краска в виде порошка красного цвета)
Azərbaycanca-rusca lüğət1 i. mummy; ~ya döndərmək to mummify (d.); ~ya dönmək to get* mummified; to become* mummy
Azərbaycanca-ingiliscə lüğət1 is. momie f ; ~ya döndərmək momifier vt, transformer vt en momie ; ~ya dönmək transformer (se) en momie
Azərbaycanca-fransızca lüğət1 [ər.] сущ. мумия (1. балзамдалди ктӀун тийирвал хвенвай мийит; 2. пер. дарман, дава, илаж; 3. пер. яхунвиляй кьуру жендек хьиз аквадай, гзаф кьурай касдин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti2 [ər.] сущ. мумия (руг хьтин яру ранг).
Azərbaycanca-ləzgicə lüğətiə. 1) qədim misirlilərdə: müxtəlif maddələr vasitəsilə çürüməkdən saxlanmış quru meyit, mumiyalanmış meyit; 2) sümük sınmasının müalicəsində istifadə olunan sürtkü dərmanı; 3) qırmızı rəngli boyaq bitkisi; 4) hər cür dərdi sağalda bilən əfsanəvi dərman; 5) m. çox zəif və saralmış (adam haqqında).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti