Kariya sözü azərbaycan dilində

Kariya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kariya • 55.5556%
  • kariya • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Kariya cığırı
Şablon:Карточка путешествияKariya cığırı ( türk. Karia Yolu ) — Türkiyənin cənub-qərbində, indiki Muğla və Aydın vilayətləri ərazisində, təxminən 800 km uzunluğunda uzun bir yürüyüş marşrutu. Bu cığır öz adını qədim Kariyadan götürüb. Buradan qədim xarabalıqları, daş döşənmiş karvan yollarını və kəndləri sahildən dağlıq ərazilərə birləşdirən qatır yollarını miras qalmışdır. Şam meşələri zeytun terrasları və badamları olan dağ yamaclarını gizlədir. Bunlar egionun iqtisadiyyatının mühüm tərkib hissəsidir.
Nomion (Kariya hökmdarı)
Nomion (q.yun. Νομίονας) — yunan mifologiyasında Kariyadan olan hökmdar. Onun iki oğlu Amfimax və Nast Troya müharibəsində kariyalıların liderləri, troyalıların müttəfiqləri kimi iştirak etmiş və burada Axill tərəfindən öldürüldümüşlər.
Kariyalılar
Kariyalılar (q.yun. Κᾶρες) — cənub-qərbi Anadoluda yerləşən Kariyanın qədim sakinləri. == Qeyri-yunan mənbələrində == Bəzi tədqiqatçılar kariyalılıarn ilk xatırlanmasını Het mətnlərindən "Karkiya" və ya "Karkisa" termini hesab edirlər. Tunc dövrü Karkisa ilk dəfə Het kralı I Tudhaliya ilə müharibədə Assuva Liqasına kömək edən qəbilə ittifaqı və ya dövlət kimi xatırlanır. Daha sonra, e.ə. 1323-cü ildə lral II Arnuvanda Karkiyaya məktub göndərmiş, qərbi Anadoludakı Arsava luvi birliyinə daxil olan padşahlıqlardan biri olan "Seha çayı ölkəsi"ndən devrilmiş Manapa-Tarhunta üçün sığınacaq istəmişdir. Onlar Manapa-Tarhuntanın öz səltənətini bərpa etməsinə icazə verərək belə etmişdilər. Bir tərəfdən Tunc dövrünə aid "Karkiya" və ya "Karkisa" ilə Dəmir dövrünə Kariya və kariyalılar arasındakı əlaqə, hər ikisinin Qərbi Anadoluda lokallaşdırılmasına baxmayaraq, Karkisanın dəqiq yeri aydın olmadığı üçün olduqca mübahisəlidir. Kariyalılar qonşu olan xalqların əksəriyyətinin adı "dəniz xalqları" sırasında çəkilir, lakin Kariyadakı Yasos şəhəri ilə bağlı olan WSS termini onlara aid edilmədiyi halda, kariyalıların özləri onların arasında deyil. Qədim Misir və Nubiyada tapılan, I Psammetix və II Psammetixin hökmranlıqlarına aid edilən "Kari" və ya "Hari" adları ilə yazılmış kitabələrdə kariyalılar muzdlular kimi də xatırlanır.

Oxşar sözlər

#kariya nədir? #kariya sözünün mənası #kariya nə deməkdir? #kariya sözünün izahı #kariya sözünün yazılışı #kariya necə yazılır? #kariya sözünün düzgün yazılışı #kariya leksik mənası #kariya sözünün sinonimi #kariya sözünün yaxın mənalı sözlər #kariya sözünün əks mənası #kariya sözünün etimologiyası #kariya sözünün orfoqrafiyası #kariya rusca #kariya inglisça #kariya fransızca #kariya sözünün istifadəsi #sözlük