* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Başqa rənglə qarışıq boz rəng; açıq-boz və ya tünd-boz. Çal ayğır qulağını qırpıb adamların üstünə cumanda handa bir özündən deyən igid belə qabağında dura bilmir… Ə.Vəliyev. Başında çal papaq, çiynində xurcun; İldırım çaxırdı gözündən onun. B.Vahabzadə. 2. Ağarmağa başlamış, dən düşmüş. Qoca çal qaşları altında gizlənmiş gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı… Ə.Məmmədxanlı. Ləzzətli düşbərəni iştaha ilə yeməyə başlayan usta çal bığlarını sığalladı. B.Bayramov. □ Çal düşmək – ağarmağa başlamaq, dən düşmək. 3. Bitkisi az olan və ya heç olmayan; boz. Meşənin arasında çal qayalığın ayağı iki yana ayrılmışdı. S.Rəhimov. Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun-quzu… Ə.Cəmil.
Azərbaycan dilinin izahlı lüğəti / çal1 Çal saqqal deyirik, çil toyuq işlədirik. Çal və çil tarixən eyni söz olub, fleksiya yolu ilə forma və məna dəyişib. Kül rəngində dəmgülləri, ləkələri olan şeyə çal deyiblər. Çil toyuqda da belə ləkələr olur. İndi çal sözü “ağ (külə bənzər) rəng” anlamında işlədilir. Çalar sözü də, ehtimal ki, buradandır (yada sal məna çaları). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çal3 1. ÇAL Yorulmuş idi, yatırdı, yataqda xəstə yağı; Qoca o çal başını dikdi bir qədər aşağı (A.Şaiq); AĞ Ağ saçlı arvad sözünü qurtarmamış Mina xanım top kimi açıldı (M.İbrahimov); AĞARMIŞ Yasəmən ərinin seyrək saçlarının çallaşmış və ağarmış tüklərini qarışdırırdı... (Ə.Vəliyev); ÇALLAŞMIŞ Qələmdar axırıncı cümlələri oxuyanda atası əllərini çallaşmış bığlarına çəkib istehza ilə gülümsündü (Ə.İldırımoğlu); QIR Çal qış! Buyur, uyğur olsun! Qır saçlarını cinlər yolsun (Ə.Cavad). 2. ÇAL, BOZUMTUL (rəng)
Azərbaycan dilinin sinonimlər lüğəti / çal1 ÇAL – QARA Seyrək, çal saçlarını da azacıq isladıb, arxaya darayırdı (S.Qədirzadə); Mariana yəqin ki bunu duyub, qara, sıx kirpiklərini aşağı endirdi (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / çal1 ÇAL I is. Çəpər, hasar. Gələn yox, gətirən yox; Batıb çalı, çəpəri (H.Arif). ÇAL II sif. Saçı ağarmış, qocalmış. Çal saçları ortadan haçalanaraq gicgahlarına tökülmüşdü (S.Qədirzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / çal2 прил. 1. чалый (серый, с примесью другого цвета – обычно о масти лошади). Çal ayğır чалый жеребец 2. сизый: 1) тёмно-серый, серо-голубой. Çal dumanlar сизые туманы 2) с синеватым оттенком (о цвете кожи) 2. седой: 1) белый, потеряший свою окраску (о волосах); с проседью. Çal saqqal седая борода, çal saçlar седые волосы 2) с белыми волосами, с проседью. Çal baş седая голова 3) с вкраплением белых ворсинок (о мехе) 4. серый (цвета пепла). Çal papaq серая папаха (шапка), çal qayalar серые (седые) утёсы
Azərbaycanca-rusca lüğət / çal1 s. 1. roan; ~ at / inək a roan horse / cow; 2. grey, gray; ~ saç grey hair; ~ baş grey headed
Azərbaycanca-ingiliscə lüğət / çal1 sif. gris, -e ; grivelé, -e ; argenté, poivre et sel (saç haqq.)
Azərbaycanca-fransızca lüğət / çal1 прил. 1. чал (маса рангуник акахьнавай рехи ранг); экуь-рехи ва я мичӀи рехи; çal at чал балкӀан; 2. рехи, лацувал акатай, твар акатай (мес. чӀарар, чуру); çal düşmək ттвар акатун, рех ягъун, рехи (лацу) жез авалун (мес. чӀарар); 3. векь, хъач, ттар авачир ва я тӀимил авай; буз (мес. кьвал, пел ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / çal(Xanlar, Qax, Qazax) dağ döşü, yamac. – O dağın bəri döşünə çal de:rix’ (Xanlar); – Büyün Əjdər qoyunu oxarıdakı çalda otarerdı (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.