* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Südün qatığa çevrilməsi üçün ona çalası vururlar. Çalmaq sözünün bir mənası “vurmaq” deməkdir (südə qatıq vurmaq). Çalası sözü feilin lazım formasıdır, sonra isimləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çalası1 ÇALASI I is. Qatıq mayası. Çalasısız qatıq olmaz (Ata. sözü). ÇALASI II is. Aravuran, araqarışdıran. Mən onu tanıyıram. Qırx qazana çalasıdır.
Azərbaycan dilinin omonimlər lüğəti / çalasıI (Ağcabədi, Ağdam, Borçalı, Böyük Qarakilsə, Çənbərək, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xanlar, Kəlbəcər, Qax, Qarakilsə, Qazax, Tovuz, Salyan, Şərur, Zaqatala, Zəngibasar) qatıq mayası. – Çalasıyı südə vurollar kın, süd üyüşsün qatığ olsun (Daşkəsən); – İsdeysiη ora yüz qazan süd qoy, çalası töx’məsəη düynədə üyüşməz (Xanlar); – Çalası gəti, südü çalax (Qazax); – Çalasıynan çalellar qatığı (Gədəbəy) II (Ağcabədi, Bərdə, Borçalı, Çənbərək, Daşkəsən, Gədəbəy, Gəncə, Sal- yan, Şərur, Goranboy) aravuran, araqarışdıran. – Güllər çalası arvaddı (Daşkəsən); – Əli kimi çalası görməmişəm (Gəncə); – Əbdüləli çox çalası adamdı (Borçalı); – Məsi çalasının biridi (Çənbərək)
Azərbaycan dilinin dialektoloji lüğəti.