* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çökək yer, çuxur yer, çökəklik. [Səməd:] Baxın, o çalada … pambıq adam boyundan yuxarıdır. T.Ş.Simurq. Orxan o tərəfə adladı və gördü ki, … it balaca çaladakı ayranı uzun, qırmızı dili ilə laqqıldadalaqqıldada içir. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çala2 yağış və çay suları ilə dolmuş çökək /Gəncə rayonunda/ Bəzi susuz sahələrdə qazılıb su ilə doldurulmuş çuxurlar da Ç. adlanır. чала (лунка) hole
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / çala1 Türk mənşəlidir, “su çökəkliyi” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çala1 ÇALA – DÜZ Çox çətinliklə Məmişi çaladan çıxartdılar (M.Talıbov); Düzdə oturdular (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / çala1 ÇALA I is. Çuxur, çökək. Maşın, balaca bir çalada dirəndi (Ə.Mirzəcəfərli). ÇALA II is. Yuva. Gələrsən-görərsən qalası qalır; Daşında kəkliyin çalası qalır (İ.Tapdıq).
Azərbaycan dilinin omonimlər lüğəti / çala2 I сущ. 1. яма (вырытое или образовавшееся в земле углубление). Dərin çala глубокая яма, canavar çalası волчья яма, çala qazmaq вырыть (выкопать) яму; çalaya düşmək: 1) спуститься в яму 2) провалиться, угодить в яму; çalaya yıxılmaq упасть (свалиться) в яму, çaladan çıxmaq вылезть (выбраться) из ямы 2. воронка (коническая яма в земле, образованная разрывом артиллерийского снаряда, мины, авиабомбы) 3. низина, впадина (углублённое место, углубление). İki zirvə arasında çala впадина между двумя вершинами 4. котловина (углубление, впадина в почве с отлогими боками). Göl çalası озёрная котловина 5. лунка (небольшое углубление, ямка, часто специально сделанная для чего-л.) II прил. котловинный (расположенный в котловине). Çala meşəsi котловинный лес, çala gölləri котловинные озёра
Azərbaycanca-rusca lüğət / çalaI (Kürdəmir, Şəki) lək, çəltik ləki. – Çalaları süynən dolduruf üsdünnən çəltiyi saçiylər; – Çalaları donquz dağıtdı (Şəki); – Bı çala suvarılmamış qalıp (Kürdəmir) II (Basarkeçər) biçənək. – Qoyunu çalıya ötümə III (Qazax) tarla düşərgəsi IV (Bakı, Yardımlı, Saatlı, Zəngibasar) dərə V (Əli Bayramlı) yer, sahə. – Bərzəbil çalası çox münbitdi VI (Ordubad) təndir VII (Zəngibasar) doğuşdan əvvəl heyvanın ifraz etdiyi selik
Azərbaycan dilinin dialektoloji lüğəti.