* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Bu anda çağa qışqırdı, onun həyat qədər güclü və sağlam səsi atasının sözlərini təsdiq edirdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / çağa1 Bir neçə mülahizə söyləmək olar: 1. Uşağın çıxardığı səslə (cığıllamaq, cağıldamaq) bağlıdır. 2. Tuva dilində çağa sözünün mənası “təzə” kimi açıqlanıb. Yeni il ifadəsinə onlar “çağa il” deyirlər. Deməli, çağa “təzə doğulmuş” deməkdir. Dilimizdə “kefin çağdır” cümləsi var. Görünür, buradakı çağ kəlməsi tuva dilindəki təzə sözünün mənası ilə bağlıdır. Deməli, 2-ci mülahizə daha inandırıcıdır. Türkməncə ayı balası yerinə “ayı çağası” deyirlər. Uşağın səsi ilə (cığıltı) bağlı yaranmış sözdür, “təzə, körpə” və s. anlamlarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çağa2 ÇAĞA (körpə uşaq) Gəlinlər, qocalar, qızlar, qarılar; Beşikdə çağalar, ömrü yarılar (S.Vurğun); BƏBƏ (dan.) Qundaqda ikən bir qızı ad eyləmişəm mən; Nazlı bəbədən könlümü şad eyləmişəm mən (M.S.Ordubadi); BƏBƏK (köhn.) O gözəl sevimli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək (A.Səhhət); KÖRPƏ Əlində körpəni oynadır qarı; Göstərir uzanan dilsiz yolları (S.Vurğun); QUNDAQ (dial.) [Ağa Mərdan:] Hacı Qafurun qapısından ötəndə gördük durubdur, qucağında bir qundaq (M.F.Axundzadə); MÖVLUD (köhn.) Qazi dua oxuyub, elini uşağın alnına çəkəndən və təzə mövludi təbrik edəndən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi... (M.S.Ordubadi); SÜDƏMƏR ..Allahın nəzərini “cəlb” etmək üçün o günü südəmər uşaqlara süd verməkdən analar “mən” olmuşdu (Çəmənzəminli); TİFİL (dan.) Salman bəy: Əstəğfürullah eyləyin, gedin işinizin dalınca bəs o biçarə tifillər necə olacaqlar (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / çağa1 ÇAĞA – BÖYÜK Xalisə çağanın əskisini yuyanda birini orada unudubdur, get onu gətir, gəl (S.S.Axundov); Qəməri güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / çağa2 I сущ. разг. новорождённый, новорождённая; младенец, маленький ребёнок. Çağanı bələmək пеленать новорождённого (младенца), çağanı əmizdirmək кормить грудью новорождённого, çağa üçün paltar dəsti комплект белья для новорождённого II прил. младенческий. Çağa vaxtından с младенческих лет, с младенческого возраста, с пелёнок
Azərbaycanca-rusca lüğət / çağa(Ağdaş, Basarkeçər, İsmayıllı, Şəki) uşaq. – Ay çağa, dur bir az odun doğra (Ağdaş); – Sona hələ çağadı, ərə gedən vaxdı döyül (Basarkeçər)
Azərbaycan dilinin dialektoloji lüğəti.