çapa sözü azərbaycan dilində

çapa

Yazılış

  • çapa • 93.6404%
  • Çapa • 6.1404%
  • ÇAPA • 0.2193%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. == Həyatı == Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Vasili Çapayev
Vasili Çapayev (rus. Василий Иванович Чапаев; 28 yanvar (9 fevral) 1887, Budayka[d], Kazan quberniyası, Rusiya imperiyası – 5 sentyabr 1919) — XX əsrin əvvələrindəki vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri. == Həyatı == 32 yaşında sirli ölüm İndi isə qəhrəmanımız, damarlarında türk qanı olan Vasili İvanoviç Çapayevdən bəhs edəcək. Kimdir Çapayev? Vasili İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasili rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasili İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapal çayı

Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Çapala gölü
Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl. == Sahəsi == Sahəsi 1,100 km2 (ölkədə ən böyük). == Coğrafi xüsusiyyətləri == Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.
Çapan (Əhər)
Çapan (fars. چاپان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (57 ailə).
Çapand
Çapand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çapaqan (Meşkinşəhr)
Çapaqan (fars. چپقان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşkin kəndistanında, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 447 nəfər yaşayır (99 ailə).
Çapaqcur
Bingöl — Türkiyənin Bingöl ilinin inzibati mərkəzi. == Tarixi == Bingölün əvvəlki adı Çapaqcur olmuşdur. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur.
Çapaqcur döyüşü
Çapaqcur Döyüşü 1387 ci ildə Qaraqoyunlu Və Teymurilər arasında baş vermiş müharibə == Döyüşdən əvvəlki siyasi şərait == 1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir. Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır.
Çapaqcur döyüşü (1387)

Çapaqlar
Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü, yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır. Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir, sayı 5–5, bəzən 6–5, çox nadir hallarda 5–6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir, çeynəmə səthi isə şırımlıdır. Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Anus üzgəci uzun olub ,15–44 şaxəsiz şüaya malikdir. Pulcuqları sıx yerləşir. Cinsin Avropada,Kiçik Asiyada,Qafqazda və Aral dənizi hövzəsində yayılmış 3 növü vardır. Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Çapar (Ağdərə)
Çapar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. == Tarixi == Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çapar (Kəlbəcər)

Çapar (Sərdəşt)
Çapar (fars. چپر‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər. yaşayır (18 ailə).
Çapar (Zəncan)
Çapar (fars. چپر‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər. yaşayır (18 ailə).
Çapar (jurnal)
Çapar — 2018-ci ildə təsis edilmiş və Azərbaycanda çap olunan tarix jurnalıdır. Aylıq jurnal kimi nəzərdə tutulan "Çapar"ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. == Haqqında == Çapar jurnalı 2018-ci ildə Bakıda təsis olunub. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir. Məqsədləri Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. Jurnalın ilk sayı 2018-ci ilin dekabr ayının 8-də işıq üzü görüb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Jurnalın ilk sayında baş yazı "Azərbaycan Parlamenti 100 yaşında" adlanır. Bundan başqa Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məmmədzadənin 14 yaşında ikən Bakıda nəşr etdiyi "Nəf-i elm, yaxud elmin sonu" adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib. Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadə olub. Daha sonra jurnalda Yusif İlhamoğlunun "99 illik universitet necə quruldu?", Ceyhun Nəbinin "Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı", Orxan Cəbrayılın "Mühacir hərbçi Firudin bəy Daryal" yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşa şəhərinin Çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.
Çapar (peşə)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Çapar (tarixsəl poçtaçı)

Çapar Xana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.04 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 6.85
2003 ••••••• 2.36
2004 ••••••••••••••••• 6.06
2005 •••••••••••••••••••• 7.42
2006 •••••••••••••• 4.96
2007 •••••••• 2.75
2008 •••••••••••••••• 5.85
2009 •••••••• 2.88
2010 •••••••••••• 4.36
2011 •••••••• 2.83
2012 ••••••••••• 4.04
2013 ••••••• 2.33
2014 ••••••• 2.23
2015 ••• 1.02
2016 ••••• 1.74
2017 •••• 1.14
2018 •• 0.60
2019 •••••• 2.09
2020 •••••••••••• 4.11

çapa sözünün rus dilinə tərcüməsi

çapa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Gədəbəy, Kəlbəcər) kətmən. – Çapeynan qartopun, qardalının alasını vuroylar; – Qartofun divini çapeynan doldur (Gədəbəy)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çapa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çapa nədir? #çapa sözünün mənası #çapa nə deməkdir? #çapa sözünün izahı #çapa sözünün yazılışı #çapa necə yazılır? #çapa sözünün düzgün yazılışı #çapa leksik mənası #çapa sözünün sinonimi #çapa sözünün yaxın mənalı sözlər #çapa sözünün əks mənası #çapa sözünün etimologiyası #çapa sözünün orfoqrafiyası #çapa rusca #çapa inglisça #çapa fransızca #çapa sözünün istifadəsi #sözlük