çardaqlı sözü azərbaycan dilində

çardaqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çardaqlı • 46.6667%
  • Çardaqlı • 46.6667%
  • ÇARDAQLI • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çardaqlı (Qubadlı)
Çardaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Çardaqlı kəndi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Çardaqlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi həmin r-nun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Çardaqlı kəndi rayon mərkəzindən 10 km. qərbdə, dağətəyi ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Çardaqlı (Tuzxurmatu)
Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. == Coğrafiya == Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.
Çardaqlı (Tərtər)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. == Tarixi == Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2011 ••••• 0.09
2013 ••••••••••••••• 0.29
2017 ••••••••• 0.16

çardaqlı sözünün leksik mənası və izahı

çardaqlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

çardaqlı sözünün rus dilinə tərcüməsi

çardaqlı sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#çardaqlı nədir? #çardaqlı sözünün mənası #çardaqlı nə deməkdir? #çardaqlı sözünün izahı #çardaqlı sözünün yazılışı #çardaqlı necə yazılır? #çardaqlı sözünün düzgün yazılışı #çardaqlı leksik mənası #çardaqlı sözünün sinonimi #çardaqlı sözünün yaxın mənalı sözlər #çardaqlı sözünün əks mənası #çardaqlı sözünün etimologiyası #çardaqlı sözünün orfoqrafiyası #çardaqlı rusca #çardaqlı inglisça #çardaqlı fransızca #çardaqlı sözünün istifadəsi #sözlük