çanaqlı sözü azərbaycan dilində

çanaqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çanaqlı • 85.9155%
  • Çanaqlı • 12.6761%
  • ÇANAQLI • 1.4085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çanaqlı (Urmiya)
Çanaqlı (fars. ‎‎چناقلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsində, Nazlı kəndistanında, Urmiya şəhərindən 18 km simal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (89 ailə).
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. == Həyat tərzi == Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. == Quruluşu == Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.
Çanaqlı xərçənglər
Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. == Ümumi xrakteristikası == Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.Ostrakodlar müxtəlifcinsli canlılardır.
Çanaqlı yastıcalar
Çanaqlı yastıcalar (lat. Coccinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinə aid olan fəsilə. == Xarici görünüşü == Koksidlər yastıcıları və çanaqlı yastıcaları, o sıradan, yalançı yastıcaları və uzunsov çanaqlı yastıqçaları birləşdirir. Koksidlər çox xırda ölçülü (0,5 mm-3mm), az hərəkətli və hərəkətsiz həşəratlar olub, aydın şəkildə cinsi demorfizmə malikdir. Dişi fərdlər, sürfələr və erkək fərdlərin pronimfalarının bədəni çanaqla örtülü olur. Çanaq bədənin üstünü ortür, lakin bədənə birləşmir. Uzunluğu 1-12 mm-dir. Kəskin cinsi dimorfizm səciyyəvidir. Dişilər qanadsız, bir çox çanaqlı yastıca hərəkətsiz, mumabənzər qalxancığın mühafizəsi altındadır. Bədəni baş, döş və qarıncığa bölünməmişdir.
Bənövşəyi çanaqlı yastıca
Koliforniya çanaqlı yastıcası
Oleandr çanaqlı yastıca
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tut çanaqlı yastıca

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••• 0.09
2011 ••••••• 0.09
2015 ••••••••••••• 0.17
2020 •••••••••••••••••••• 0.27

çanaqlı sözünün leksik mənası və izahı

  • 1 sif. Çanağı olan, bədəni çanaqla örtülmüş (bax çanaq 2-ci mənada). Çanaqlı bağa. Çanaqlı ilbiz. – Çanaqlı yastıca yarpaq yığımına başlanan zaman öz yumurtalarını salır. “Çay bitkisi”.

    Azərbaycan dilinin izahlı lüğəti / çanaqlı

çanaqlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

çanaqlı sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. зоол. панцирный (покрытый панцирем). Çanaqlı kələz панцирный ящер, çanaqlı bağa черепаха 2. зоол. раковинный, с раковиной, покрытый раковиной. Çanaqlı ilbizlər раковинные моллюски, улитки 3. строит. ковшовый (снабженный ковшом). Çanaqlı konveyer ковшовый конвеер, çanaqlı transportyor ковшовый транспортёр

    Azərbaycanca-rusca lüğət / çanaqlı

çanaqlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. чанахъ алай; çanaqclı ilbiz чанахъ алай шуькьуьнт; çanaqlı bağa кӀвал (чанахъ) алай къиб, хъалхъас (кил. çanaq 6).

    Azərbaycanca-ləzgicə lüğəti / çanaqlı

"çanaqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çanaqlı nədir? #çanaqlı sözünün mənası #çanaqlı nə deməkdir? #çanaqlı sözünün izahı #çanaqlı sözünün yazılışı #çanaqlı necə yazılır? #çanaqlı sözünün düzgün yazılışı #çanaqlı leksik mənası #çanaqlı sözünün sinonimi #çanaqlı sözünün yaxın mənalı sözlər #çanaqlı sözünün əks mənası #çanaqlı sözünün etimologiyası #çanaqlı sözünün orfoqrafiyası #çanaqlı rusca #çanaqlı inglisça #çanaqlı fransızca #çanaqlı sözünün istifadəsi #sözlük